31 may 2 iyun tarixlərində Naxçıvan şəhərində (Naxçıvan Muxtar Respublikası, Azərbaycan) GUAM-a üzv dövlətlərdə ticarət və nəqliyyatın dəstəklənməsi layihəsi üzrə Rəhbər Komitənin 26-cı iclası keçirilib.
İclasın gündəliyində qeyd olunan məruzələr sırasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin əməkdaşı Zaur Qardaşov tərəfindən “Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı” adlı layihə üzrə Mərkəz tərəfindən hazırlanan təqdimat iclas iştirakçılarına təqdim edilmiş və onlar, Azərbaycan Respublikası ilə ticarət münasibətləri olan GUAM-a üzv dövlətlərin sahibkarları tərəfindən Rəqəmsal Ticarət Qovşağının istifadəsinin imkanları ilə bağlı məlumatlandırıb.
Xeberler.az-ın məlumatına görə, Eston-Azərbaycan Ticarət Palatasının sədri və Mobile ID layihəsi üzrə beynəlxalq ekspert olan xanım Yana Krimpenin “GUAM-a üzv dövlətlərin sərhədləri boyunca mal və nəql vasitələrinin gömrük qeydiyyatı zamanı mobil elektron rəqəmsal imzaların tətbiqi və qarşılıqlı tanınması üzrə layihənin konsepsiyası” mövzusunda məruzəsi də böyük maraq doğurub.
Qeyd edək ki, GUAM-a üzv dövlətlərin sərhədləri boyunca mal və nəql vasitələri ilə bağlı gömrük prosedurlarının qarşılıqlı tanınması haqqında GUAM-a üzv dövlətlərin gömrük administrasiyaları arasında Protokola, dövlət sərhədləri boyunca keçirilən mal və nəql vasitələrinin GUAM dövlətlərinin qanunvericiliyinə uyğun olaraq nəzərdə tutulan və tərtib olunan gömrük və digər sənədlər, o cümlədən elektron formada sənədlərlə müşayiət edilməsini təmin edən maddə daxil edilmişdir.
ASAN İmza mobil elektron imza xidmətinin operatoru B.est Solutions Azərbaycan şirkətinin rəhbəri xanım Yana Krimpe tərəfindən iclasda təqdim edilən “Mobile ID Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı və transsərhəd elektron xidmətlər üçün təhlükəsizlik açarıdır” adlı məruzəsi elektron sənədlər və mobil imza məsələlərinə həsr olunub.
Xanım Yana Krimpe iclas nümayəndələrini İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən iclasda təqdim edilən və ölkədə elan edilmiş “Made in Azerbaijan” konsepsiyasını izləyən ASAN imza-nın Azexport.az portalına inteqrasiyasının da daxil olduğu innovativ Azərbaycanın nailiyyətləri ilə tanış edib.
Bu gün portal Azərbaycanda istehsal olunan malların ixracını dəstəkləyir və Alibaba.com, Wholesale və All.biz kimi dünya elektron ticarət şirkətləri ilə çalışır. Azərbaycan Respublikası prezidenti İlham Əliyevin sərəncamı əsasında daxili ticarət əməliyyatlarının genişləndirilməsi və rəqəmsal ticarət qovşağı (Digital Trade Hub of Azerbaijan) kimi Azexport.az portalının işinin gücləndirilməsi üzrə əlavə tədbirlər görülməkdədir. Bu sərəncama əsasən ASAN imza dünya üzrə Azərbaycanın bütün diplomatik nümayəndəliklərində xarici vətəndaşlara təqdim olunacaq.
“Mən elektron gömrük xidmətlərinin inkişafında və onların təkmil mobil elektron imza ASAN İmza ilə inteqrasiyasında Azərbaycanın Gömrük Komitəsinin xüsusi rolunu qeyd etmək istərdim. Əminəm ki, GUAM-a üzv dövlətlərin iclası transsərhəd gömrük elektron xidmətləri üçün infrastrukturun yaradılmasında dönüş nöqtəsi olacaq, bu isə ölkələrimiz arasında ticari-transsərhəd axını və iqtisadi münasibətlərin inkişafına əvəzsiz töhfə verəcəkdir”, -deyə xanım Yana Krimpe öz çıxışında qeyd edib.
Həmçinin B.est Solutions şirkəti vahid AsanDoc.az portalını GUAM katibliyinə ödənişsiz olaraq istifadəyə verə biləcəyinə hazır olduqlarını bildirmişdi. Hansı ki, bu portalda GUAM-a üzv dövlətlər ASAN imza mobil elektron imza və elektron rəqəmsal imza vasitəsilə elektron şəkildə istənilən vacib sənədi imzalaya bilərlər. Bu, GUAM-a üzv dövlətlərin gömrük strukturları arasında hüquqi baxımdan rahat və qanuni əlaqəni təmin edərək, sənəd dövriyyəsini də sadələşdirmiş olacaq. Həmçinin Rəqəmsal Ticarət Qovşağı vasitəsilə bu xidmətlərin transsərhədliliyi təmin edilmiş olacaq.
Qeyd edək ki, 4 aprel 2016-cı ildə gömrük sərhəddindən mal və nəql vasitələrinin köçürülməsi prosesində yüksək səviyyədə effektivliyə və şəffaflığa nail olunması məqsədilə Azərbaycanda elektron gömrük bəyannamələrinin tətbiqinə başlanılmışdır. Elektron Hökumət Portalında (www.e-gov.az) malların və transsərhəd vasitələrinin elektron gömrük bəyan edilməsi xidməti istifadəyə açıqdır.
Bu xidmət vasitəsilə vətəndaşlar mobil autentifikasiya aləti və imza vasitəsi olan ASAN imza ilə operativ şəkildə idxal və nəqliyyat vasitələrini gömrük vasitəçiliyi institutu çərçivəsində gömrük sərhəddindən keçirə biləcəklər.
Elektron gömrük bəyannamələrinin tətbiqi gömrük sərhədindən keçən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi prosesinin sadələşdirilməsinə təsir etdi, gömrük xidmətlərinin şəffaflığını təmin etdi, sahibkarlar üçün əlverişli mühit yaratdı və xarici ticarətin stimullaşdırılmasına səbəb oldu. Mallarını gömrük bəyannaməsindən keçirən şəxslər üçün bütün prosesin yerinə yetirilməsi zamanı sadəcə özlərində ASAN imza SIM kartını dəstəkləyən mobil qurğunun (mobil telefon, planşet və s.) olması kifayətdir.
Günel
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri