Previous Next
Bağla

B.EST Solutions ISESCO ilə əməkdaşlığa başladı

23-11-2016 15:21
B.EST Solutions ISESCO ilə əməkdaşlığa başladı

Noyabrın 17-də Mərakeş Krallığının paytaxtı Rabat şəhərində B.EST Solutions şirkəti ilə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) arasında mövcud olan əməkdaşlıq çərçivəsində “ISESCO BESTDOC PORTAL” layihəsinin pilot rejimdə tətbiqinə dair razılaşma imzalanıb.

Xeberler.az-ın məlumatına görə, razılaşmanın başlıca mövzusu ISESCO üçün qabaqcıl sərhədlərarası rəqəmsal imza və elektron sənəd dövriyyəsi portalının yaradılması və tətbiqi sahəsində tərəflərin əməkdaşlığını əhatə edir.  

“ISESCO BESTDOC PORTAL” adlandırılacaq portal Azərbaycanın “Asan İmza” və “Asan ID” mobil və elektron imza texnologiyalarının bazasında xüsusi olaraq ISESCO üçün yaradılmış universal “ISESCO ID” rəqəmsal identitet alətinin köməyilə fəaliyyət göstərəcək və ISESCO-ya üzv olan 52 ölkə arasında sənəd dövriyyəsini təkmilləşdirmək məqsədilə hazırlanmış vahid elektron mühit çərçivəsində fəaliyyət imkanı yaradacaq.

Portaldan istifadə etməklə “ISESCO ID & m-ID” aləti vasitəsilə istifadəçilərin gücləndirilmiş autentifikasiyası və imza səlahiyyətlərinin təsdiqi, sənədlərin elektron imzalanması, saxlanması və sistemin digər istifadəçiləri ilə paylaşılması mümkün olacaq.

Qeyd etmək lazımdır ki, beynəlxalq təşkilat çərçivəsində daxili elektron identitet alətinin tətbiqi dünya miqyasında bu qəbildən olan ilk belə innovativ layihədir.

Xatırladaq ki, “ISESCO BESTDOC PORTAL” portalının təqdimatı ötən ilin noyabr ayında Bakıda baş tutmuş ISESCO İcraiyyə Şurasının 36-cı iclası və ISESCO Baş Konfransın 12-ci sessiyası çərçivəsində keçirilib.   

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Sənədlərin e-imzalanması platforması tətbiq edilir

30-11-2015

“Asan İmza” Polşada təqdim ediləcək

02-06-2016

Azərbaycan innovasiyası Mərakeşdə tətbiq edilə bilər

13-11-2017

BMT və ISESCO nümayəndələri ASAN xidmət-də

15-03-2019

Azərbaycanlıların iştirakı ilə dünyada ilk dəfə ISESCO ASANDOC portalı yaradılacaq

21-05-2015

Əfqanıstan nümayəndə heyəti “Asan İmza” ilə tanış olub

06-12-2016

Xarici mütəxəssislər “Asan İmza” texnologiyası ilə tanış olub

14-11-2016

B.EST Solutions Azərbaycanı Avropada tanıdacaq- Yeni layihə

26-07-2016

“Asan İmza” ilə 10 milyondan artıq elektron əməliyyat həyata keçirilib

11-02-2016

Azərbaycanla Ukrayna ilk dəfə “Asan İmza” ilə sənəd imzaladı

07-10-2016

İT şirkətimiz beynəlxalq assosiasiyaya üzv seçilib

21-07-2016

İKT şirkətlərimiz beynəlxalq tenderdə iştirak edir

24-05-2016

“Asan İmza” Parisdə təqdim edilib

16-11-2016

“Asan İmza” Daşkənddə təqdim edilib

22-09-2016

Asan İmza ödənişsiz oldu

22-05-2020

“Asan İmza” Romada təqdim edildi

06-05-2015

“Asan İmza” Londonda nüfuzlu tədbirdə təqdim edilib

14-05-2016

“Asan İmza” Kann şəhərində təqdim olunub

01-12-2016

“Asan İmza” Londonda təqdim ediləcək

03-05-2016

“Asan İmza” Rusiyada təqdim ediləcək

14-09-2016

Azərbaycan GUAM ölkələri ilə elektron vergi bəyannaməsinin tətbiqini müzakirə edir

24-10-2018

“Asan İmza” Haaqada təqdim ediləcək

13-06-2016

Asan imza ağıllı texnologiyalar həftəsində təqdim edilib

17-09-2015

“ASAN İmza” Ümumdünya Görüşü-2021 mükafatına namizəd olub

18-03-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə