Previous Next
Bağla

“ASAN xidmət” modeli Malayziyada tanıdılıb

05-12-2024 09:52
“ASAN xidmət” modeli Malayziyada tanıdılıb

Azərbaycanın Malayziyadakı səfirliyinin təşəbbüsü ilə Malayziyanın Anti-Korrupsiya Komissiyasının nəzdində fəaliyyət göstərən Anti-Korrupsiya Akademiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndələrinin iştirakı ilə “ASAN xidmət” modelinin tanıdılması məqsədilə virtual formatda görüş keçirilib.

Xeberler.az Azərtaca istinadən məlumat verir ki, görüşdə Dövlət Agentliyinin beynəlxalq əlaqələr şöbəsinin nümayəndələri “ASAN xidmət” təcrübəsinə dair geniş təqdimat ediblər. Təqdimatda Agentliyin fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar sahəsində həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, korrupsiyaya qarşı mübarizə, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Həmçinin Agentlik tərəfindən “ASAN xidmət” təcrübəsi əsasında bir sıra ölkələrdə dövlət qulluqçuları üçün qabaqcıl idarəetmə və dövlət xidmətlərinin göstərilməsi üzrə təlimlərin təşkil olunduğu diqqətə çatdırılıb və bu sahədə Malayziyadan olan tərəfdaşlarla da təcrübə mübadiləsinin həyata keçirilə biləcəyi vurğulanıb.

Görüş çərçivəsində Malayziya Anti-Korrupsiya Akademiyasının direktor müavini Mohd Saud Ayutollah bin Abdul Manan və akademiyanın Beynəlxalq Tədqiqatlar Mərkəzinin rəhbəri Sac Vestmoreland Anak Ajom “ASAN xidmət” modelinin onlarda yüksək təəssürat yaratdığını və müvafiq konsepsiya barədə aidiyyəti üzrə məlumat verəcəklərini bildiriblər. Görüş zamanı qurumlar arasında mümkün əməkdaşlıq imkanları müzakirə olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Venesuela səfiri “ASAN xidmət”də olub

16-04-2025

Nepalın baş prokuroru “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub

01-10-2024

Qırğız nümayəndə heyəti “ASAN xidmət”də olublar

05-09-2025

Keniyalı qonaq “ASAN xidmət” barədə məlumatlandırılıb

30-04-2025

“ASAN xidmət” mərkəzi efiopiyalı nazirdə yüksək təəssürat yaradıb

04-10-2024

Pakistan Milli Assambleyasının sədri “ASAN xidmət”də olub

08-07-2025

“ASAN xidmət” brendinin ixracı ilə bağlı növbəti müqavilə imzalanıb

03-06-2025

Xarici miqrasiya qurumlarının rəhbərləri “ASAN xidmət”də olublar

23-05-2025

Baham Adalarının xarici işlər naziri “ASAN xidmət”də olub

09-11-2024

Kolumbiyada “ASAN xidmət” təcrübəsi tətbiq olunacaq

14-02-2025

Forum iştirakçıları “ASAN xidmət” mərkəzləri ilə tanış olublar

26-06-2019

Türkiyənin və Slovakiyanın nümayəndə heyətləri “ASAN xidmət”də olublar

05-02-2025

Çilidən olan parlamentarilər “ASAN xidmət”də olublar

29-09-2025

"ASAN xidmət" modelinin tətbiqi üçün 30 ölkə ilə əməkdaşlıq edilir

02-12-2025

Barbadoslu nazir "ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub

19-11-2024

“Amazon”un sabiq vitse-prezidenti “ASAN xidmət”də

04-12-2023

Qazaxıstan nümayəndə heyəti “ASAN xidmət”də olublar

07-04-2026

Liviya “ASAN xidmət” modelinin tətbiqində maraqlıdır

28-11-2025

Qvineya-Bisaunun Prezidenti “ASAN xidmət”də olub

27-02-2025

Türkmənistan Məclisinin sədri ASAN xidmətin fəaliyyəti ilə tanış olub

04-11-2019

Somalinin Prezidenti "ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub

12-02-2025

Türkiyənin Vitse-prezidenti ASAN xidmətlə tanış olub

17-09-2019

Macarıstan nümayəndə heyəti “ASAN xidmət”də olublar

12-02-2026

ASAN AI Hub üzrə beynəlxalq tərəfdaşlıq genişlənir

03-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə