Vaxta qənaət və müştəri məmnuniyyətinin təmin edilməsi üçün "biletim.az" üzərindən tətbiqə giriş zamanı "mygov ilə giriş" funksionallığı təmin edilib.
Xeberler.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən məlumat verir ki, yenilik portal üzərindən qeydiyyat prosesini sürətləndirmək və sərnişinlərin təkrar qeydiyyatlarının qarşısını almaq məqsədi daşıyır.
Bu funksionallıq sayəsində istifadəçilər ilkin qeydiyyat zamanı ad, soyad, doğum tarixi və digər məlumatları doldurmaq əvəzinə portala birbaşa və sürətli giriş imkanı əldə edirlər.
Xatırladaq ki, daha əvvəl portal istifadəçiləri üçün əldə edilən bilet üzrə seçilmiş oturacaq yerinin dəyişdirilməsi və seçilmiş reys üzrə çıxış vaxtının digər reysə (saata) dəyişdirilməsi imkanı da yaradılıb. Bu yenilik sayəsində istifadəçilər əvvəlcədən əldə etdikləri elektron biletlər üzrə yerdəyişmə və ya bilet dəyişdirmə imkanı əldə ediblər.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları