Previous Next
Bağla

Ekspert: Açıq data ekosistemi olmadan hackathonun keçirilməsi effektiv deyil

25-05-2026 15:36
Ekspert: Açıq data ekosistemi olmadan hackathonun keçirilməsi effektiv deyil

Azərbaycanda açıq data ekosistemi hələ tam formalaşmadığı halda dövlət qurumlarının hackathon keçirməsi müzakirələrə səbəb olub.

Xeberler.az bildirir ki, məsələ ilə bağlı Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz sosial media hesabında paylaşım edib.

Ekspert bildirib ki, İnnovasiya və Rəqəmsal İnkişaf AgentliyiNərimanov Rayon İcra Hakimiyyəti tərəfindən birgə təşkil olunan “Openwave” hackathonu gənclər, developerlər və startaplar üçün faydalı təşəbbüs olsa da, əsas problem ölkədə açıq məlumat bazalarının yetərincə inkişaf etməməsidir.

Onun sözlərinə görə, hackathonun əsas mövzusu dövlətə məxsus açıq məlumat bazaları üzərindən rəqəmsal həllərin qurulması olsa da, hazırda Azərbaycanda açıq data ekosistemi tam işlək vəziyyətdə deyil. Osman Gündüz qeyd edib ki, açıq məlumat portalında vacib datasetlər ya ümumiyyətlə yoxdur, ya köhnədir, ya da biznes üçün praktik əhəmiyyət daşımır. Bundan başqa, məlumatların API, CSV, JSON kimi maşınoxunan formatlarda təqdim olunmaması developerlər üçün ciddi maneə yaradır.

Ekspert vurğulayıb ki, hazırda dövlət qurumları üçün məlumatın paylaşılması müəyyən qədər məcburi olsa da, həmin məlumatların emal oluna bilən formatda təqdim edilməsi ilə bağlı hüquqi mexanizmlər və standartlar formalaşdırılmayıb. O hesab edir ki, bu istiqamətdə maliyyələşmə və nəzarət mexanizmlərinin olmaması prosesi ləngidir.

Osman Gündüzün fikrincə, hazırkı mərhələdə İRİA üçün əsas prioritet hackathon keçirməkdən daha çox dövlət qurumlarını data açmağa təşviq etmək, açıq məlumat standartlarını formalaşdırmaq, API və maşınoxunan formatların tətbiqini genişləndirmək olmalıdır. O, həmçinin açıq data üzrə dövlət qurumlarının reytinqinin hazırlanmasını və datasını keyfiyyətli paylaşan qurumların mükafatlandırılmasını təklif edib.

Ekspert əlavə edib ki, Prezident tərəfindən təsdiqlənən 2026–2028-ci illər üzrə Fəaliyyət Planında da açıq məlumatlar və dövlət datasının idarəçiliyi prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Sənəddə süni intellekt üçün vacib olan keyfiyyətli datanın əlçatanlığı və məlumat mübadiləsinin gücləndirilməsi xüsusi vurğulanır.

Onun fikrincə, dövlət datası biznes və startaplar üçün real şəkildə əlçatan olmadığı müddətdə “open innovation” anlayışının tam effekt verməsi mümkün olmayacaq.

 
 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“İnnovasiya və startap ekosistemi üçün açıq dialoq vacibdir” — Ekspert

“İnnovasiya və startap ekosistemi üçün açıq dialoq vacibdir” — Ekspert

06-02-2026
Osman Gündüz: Milli Süni İntellekt Mərkəzindən strateji yanaşma gözlənilir

Osman Gündüz: Milli Süni İntellekt Mərkəzindən strateji yanaşma gözlənilir

02-07-2026
Osman Gündüz: Dövlət xidmətlərinin myGov-da cəmlənməsi risklər yaradır

Osman Gündüz: Dövlət xidmətlərinin myGov-da cəmlənməsi risklər yaradır

07-04-2026
Ekspert: Rəqəmsal müavinlərlə bağlı tapşırığın icrasına 1 ay qalıb

Ekspert: Rəqəmsal müavinlərlə bağlı tapşırığın icrasına 1 ay qalıb

08-05-2026
Kibertəhlükəsizlik laboratoriyaları nə üçün yaradılır? - Şərh

Kibertəhlükəsizlik laboratoriyaları nə üçün yaradılır? - Şərh

06-02-2026
Osman Gündüz: Prezidentin fərmanı düzgün icra olunmur

Osman Gündüz: Prezidentin fərmanı düzgün icra olunmur

19-12-2025
Superkompüter Mərkəzlərindən hansına "MİLLİ" statusu veriləcək ?

Superkompüter Mərkəzlərindən hansına "MİLLİ" statusu veriləcək ?

12-05-2026
Osman Gündüz: İT sektorunun real çəkisi gözləniləndən aşağıdır

Osman Gündüz: İT sektorunun real çəkisi gözləniləndən aşağıdır

10-04-2026
İKT sektorunda tənzimləmə formal xarakter daşıyır – Ekspert rəyi

İKT sektorunda tənzimləmə formal xarakter daşıyır – Ekspert rəyi

23-02-2026
İRİA "texnopark rezidentləri" müzakirəsinə dövlət qurumlarını da dəvət etməyib - Ekspert

İRİA "texnopark rezidentləri" müzakirəsinə dövlət qurumlarını da dəvət etməyib - Ekspert

20-12-2025
ASAN Xidmətin "Publik Data Portalı" və Dövlət İdarəçiliyində Süni İntellektin Rolu

ASAN Xidmətin "Publik Data Portalı" və Dövlət İdarəçiliyində Süni İntellektin Rolu

04-04-2025
Ekspert: Kim hazırdır, kim geridə qalır? AI reytinqində Azərbaycanın mövqeyi

Ekspert: Kim hazırdır, kim geridə qalır? AI reytinqində Azərbaycanın mövqeyi

07-01-2026
Biznesin və elmi tədqiqat sektorunun dövlətə məxsus dataya əlçatanlığı yoxdur - Osman Gündüz

Biznesin və elmi tədqiqat sektorunun dövlətə məxsus dataya əlçatanlığı yoxdur - Osman Gündüz

03-11-2025
Məhkəmə qərarı olmadan rəqəmsal axtarış: dəyişikliklər və risklər

Məhkəmə qərarı olmadan rəqəmsal axtarış: dəyişikliklər və risklər

30-01-2026
ADY-də problem artıq təkcə qiymət siyasəti deyil - Ekspert

ADY-də problem artıq təkcə qiymət siyasəti deyil - Ekspert

22-05-2026
Kağızdan tam imtina 2026-cı ilədək reallaşa bilər

Kağızdan tam imtina 2026-cı ilədək reallaşa bilər

13-04-2022
Ekspert: Azərbaycan bir pillə geriləyib

Ekspert: Azərbaycan bir pillə geriləyib

22-02-2023
m10 insidenti artıq fintex yox, milli təhlükəsizlik məsələsidir - Ekspert

m10 insidenti artıq fintex yox, milli təhlükəsizlik məsələsidir - Ekspert

18-02-2026
Ekspert: Mobil telefonda axtarış üçün məhkəmə qərarı olmalıdır

Ekspert: Mobil telefonda axtarış üçün məhkəmə qərarı olmalıdır

04-06-2026
Osman Gündüz: Rəqəmsal İnkişaf Şurasının qərarlarının icrası sürətləndirilməlidir

Osman Gündüz: Rəqəmsal İnkişaf Şurasının qərarlarının icrası sürətləndirilməlidir

30-06-2026
Beynəlxalq internet reytinqi reallığı nə dərəcədə əks etdirir? – Ekspert

Beynəlxalq internet reytinqi reallığı nə dərəcədə əks etdirir? – Ekspert

08-01-2026
Seçim olmayan internet bazarı, susan tənzimləyicilər - Təhlil

Seçim olmayan internet bazarı, susan tənzimləyicilər - Təhlil

30-12-2025
Dövlət aparatında rəqəmsal inqilabın başlanğıcı - Təhlil

Dövlət aparatında rəqəmsal inqilabın başlanğıcı - Təhlil

11-02-2026
Ermənistanın nüvə-AI strategiyası: Azərbaycan üçün risklər və imkanlar

Ermənistanın nüvə-AI strategiyası: Azərbaycan üçün risklər və imkanlar

10-02-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə