“Az.StarNet” şirkəti Sumqayıt və Ələtdə xidmət göstərməyə başlayıb

14-07-2010 / 00:16
Azərbaycanın “Az.StarNet” internet provayder şirkəti xidmət göstərdiyi ərazilərin əhatə dairəsini genişləndirir. Yaxın günlərdə 654/655 nömrəli ATS-lərə internet qoşulması təmin ediləcək. Hazırda şirkət artıq Xırdalanda 342, Mərdəkanda 454-554, Ələtdə yerləşən 544 və Sumqayıtda 656/657/648 nömrəli ATS-lərə internet qoşulmaları təmin edib. Qeyd edək ki, hazırda şirkətin 1 Mbit/s sürətlə limitsiz traffik üzrə internetə qoşulma xidmətinin tarifi 20 manat, 2 Mbit/s sürətlə limitsiz traffik cəmi 30 manat təşkil edir. “Az.StarNet” ADSL xidmətlərini 341, 342, 370, 374, 375, 376, 570, 406, 421, 422, 423, 323, 520, 428, 429, 430, 431, 530, 432, 433, 434, 533, 438, 439, 510, 537, 440, 441, 449, 450, 453, 553, 454, 554, 471, 472, 473, 479, 571, 579, 477, 478, 491, 493, 498, 598, 494, 495, 596, 597, 513, 560, 568, 569, 514, 566, 567, 550, 561, 562, 563, 564 ATS-lərinin ərazisində yerləşən abunəçilərə göstərir. Xatrıladaq ki, “Az.StarNet” informasiya texnologiyaları bazarında 2002-ci ildən etibarən fəaliyyət göstərir. Şirkət yüksəksürətli şəbəkəsini Bakı və Abşeron yarımadası ərazisində genişləndirərək, “Sonuncu mil” problemlərini həll edir. “Az.StarNet” Simsiz qoşulma (10 Mbit/s-yə qədər), optik lifli qoşulma (100 Mbit/s-yə qədər) və ADSL texnologiyası ilə qoşulma imkanlarını təqdim edir. mənbə: APA

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə