Previous Next
Bağla

ATS-lərin NGN texnologiyası əsasında elektronlaşdırılmasına başlanacaq

20-05-2009 13:19
ATS-lərin NGN texnologiyası əsasında elektronlaşdırılmasına başlanacaq

Cari ilin sentyabr ayında Sumqayıt və Gəncə şəhərlərində ATS-lərin NGN texnologiyası əsasında elektronlaşdırılmasına başlanacaq.
 
Bu barədə Azərbaycan rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib.

Onun sözlərin görə, hazırda bu işlərin icrasına dair tender başa çatdırılıb: “Biz tenderi başa çatdırmışıq və artıq sentyabr ayında Sumqayıt və Gəncə şəhərlərində ATS-lərin yenidən qurulması işlərini həyata keçirəcək podratçı şirkətlə müqavilə imzalamışıq”.

Bundan əlavə İ. Məmmədov həmçinin Bakı şəhərində ATS-lərin tam elektronlaşdırılmasına dair tenderin başa çatdığını qeyd edib: “Bu tenderin qalibi ilə hələ ki müqavilə bağlanmayıb, lakin bu podratçı şirkət tərəfindən 471, 472, 474, 475, 476, 470, 423, 438, 439, 494, 495, 493 və 498 saylı indekslər tam elektronlaşdırılacaq».

Qeyd edək ki, «Aztelekom» Azərbaycanın regionlarında ilk dəfə NGN texnologiyasını Şamaxıda tətbiq edib. «Elektron Azərbaycan»ın kiçik modeli kimi reallaşdırılan «Elektron Şamaxı» layihəsinin həyata keçirilməsi nəticəsində Şamaxı rayonunun mərkəzində və 23 kənd yaşayış məntəqəsində quraşdırılmış NGN şəbəkəsi ötən ilin sonunda əhalinin istifadəsinə verilib.

NGN texnologiyası istifadəçilərə İP-TV, video telefon, İnternetə sürətli qoşulma ilə yanaşı, əlavə 21 növ servis xidmətlərindən istifadə etmək imkanı verir. Bura çıxış zənglərinin məhdudlaşdırılması, nömrənin bağlanması, zəngli saat, giriş zənglərinin məhdudlaşdırılması, birbaşa yönəltmə, cavab olmayanda yönəltmə, məşğulluq zamanı yönəltmə, ikinci zəngin qəbulu, nömrənin məşğulluğu zamanı məşğulluq bitdikdə hər iki tərəfə zəng göndərilməsi, 3 və 64 nəfərlik konfrans rabitə, konfrans rabitə zamanı ikinci zəngin qəbulu, nömrənin təyin edilməsi, nömrənin gizlədilməsi, ehtiyatda olan nömrə gizlətmə və s. xidmətlər aiddir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Abşeron yarımadası gələn ay NGN texnologiyası ilə tam təmin olunacaq

02-04-2009

Sumqayıtda NGN texnologiyasının tətbiqi ilə bağlı yeni tender keçirilir

04-04-2009

Sumqayıtda NGN şəbəkəsinin qurulması ilə bağlı işlər davam etdirilir

14-07-2009

Azərbaycanın iki iri şəhərinin telefon sistemində NGN şəbəkəsi qurulacaq

17-11-2008

Gəncədə NGN texnologiyası tətbiq olunacaq

10-06-2009

Gəncədə NGN texnologiyası tətbiqinə başlanılır

29-06-2009

Bakıda ATS-lərin elektronlaşdırılması oktyabrın sonunadək tam başa çatdırılacaq

10-08-2009

Bu il Bakı telefon şəbəkəsinin elektronlaşdırılması başa çatdırılacaq

10-02-2009

Bakı Telefon Rabitəsi İB paytaxtın bir neçə ATS-nin elektronlaşdırılmasına başlayıb

07-10-2009

Göyçayın 18 kəndində ATS-lər müasir NGN texnologiyası əsasında yenidən qurulub

30-01-2011

BTRİB 74 saylı ATS-in abunəçilərinin elektron xəttə keçirilməsi üzrə işlərə başlayır

18-12-2009

Azərbaycanın bölgələrindəki ATS-lər ilin sonunadək tam elektronlaşacaq

24-10-2010

Zaqatalada 12 yeni elektron ATS quraşdırılır

12-07-2015

Kürdəmir və Salyan ATS-ləri yenidən qurulacaq

04-09-2009

Azərbaycanın rayon mərkəzi ATS-lərinin elektronlaşdırılması yaxın bir ildə başa çatacaq

20-11-2008

Tovuzda ATS-lərin tutumu genişləndirilir

15-07-2009

Respublika günü münasibətilə yeni rabitə obyektləri istifadəyə verilib

28-05-2010

Novruz bayramına kimi ATS-lərin elektronlaşdırılması tam başa çatdırılmalıdır

31-10-2008

Gəncədə 5 yeni ATS inşa olunacaq

27-02-2009

Regionlarda universal telekommunikasiya xidmətləri tətbiq edilir

09-07-2008

Azərbaycanda bütün ATS-lərin elektronlaşdırılması bu il başa çatacaq

14-12-2010

İyul ayına qədər Sumqayıtdakı ATS-lərin elektronlaşdırılması başa çatdırılacaq

12-02-2009

Zaqatalada müasir tələblərə uyğun infrastruktur qurulub

22-09-2015

Azərbaycanın daha bir rayonunda mərkəzi ATS yenidən qurulacaq

13-01-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə