Azərbaycan Beynəlxalq Bankı SMS-mәlumatlandırma sistemini istifadəyə verib

12-06-2009 / 17:49

Azərbaycan Beynəlxalq Bankı (ABB) «SMS Notification» adlı yeni mәlumatlandırma sistemi üzrə xidmәtlərə başlayıb.

Azərbaycan Beynəlxalq Bankından xeberler.az-a verilən məlumata əsasən,bu xidmәt vasitәsi ilә müştəri plastik kart hesabındakı bütün әmәliyyatlar barәdә real vaxt rejimindә xəbərdar edilir – operativ şəkildə müştərinin mobil telefonuna SMS göndәrilir.

Belәliklә, müştəri әmәk haqqınızın ödәnildiyini, pul köçürmәsinin gәldiyini vә digәr kart әmәliyyatları barədə dərhal xәbәrdar edilir. Hәftәnin yeddi günü vә günün 24 saatı mәkandan vә zamandan asılı olmayaraq plastik kart hesabı nәzarәt altında olacaq.

Xatırladaq ki, hazırda bankın respublika üzrə 36 filialı, 1 mübadilə məntəqəsi, 589 bankomatı, 2 633 POS-terminalı və 63 informasiya köşkü fəaliyyət göstərir.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.