Azərbaycan “yaşıl enerji” layihələri ilə bağlı BMT ilə yaxından işləyir.
Bu barədə Xeberler.az-a İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru Əlövsət Əliyev məlumat verib.
Onun sözlərinə görə, Azərbaycanın “yaşıl enerji”, “yaşıl inkişaf” ilə bağlı layihələrin həyata keçirilməsini öz üzərinə götürüb:
“2030-cu ilə qədər həyata keçiriləcək həmin öhdəliklərin “yaşıl enerji” balansında mühüm əhəmiyyət daşıyır. Azərbaycan BMT-nin bəşəriyyətin gələcəyi ilə bağlı layihələrində yaxından iştirak edir”.
Şöbə müdirinin sözlərinə görə, ölkəmizə müvafiq sahədə dəstəyin göstərilməsində biliklərin təkmilləşdirilməsi, qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi, o cümlədən innovativ həllərin tətbiqinin asanlaşdırılması vacibdir.
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və “Azərbaycan Respublikasının 2022-2026-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda “təmiz ətraf mühit” və “yaşıl inkişaf” ölkəsi kimi prioritetlər qeyd edilib",- deyə Ə.Əliyev vurğulayıb.
““Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də ölkəmiz üçün milli prioritet olaraq seçilmiş 119 göstəricinin 16-sının yaşıl inkişafla birbaşa əlaqəlidir”.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri