Previous Next
Bağla

Yaşıl hesablamalar: davamlı gələcək üçün innovasiyalar adlı seminar keçirilib

18-12-2024 12:29
Yaşıl hesablamalar: davamlı gələcək üçün innovasiyalar adlı seminar keçirilib

Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunda “Yaşıl hesablamalar: davamlı gələcək üçün innovasiyalar” mövzusunda elmi seminar keçirilib.

Xeberler.az məlumat verir ki, mövzu ilə bağlı çıxış edən institutun əməkdaşı Orxan Mehdiyev bildirib ki, yaşıl hesablamalar sahəsindəki müasir tendensiyalar İKT sektorunda enerji istehlakının azaldılması zərurətini və rəqəmsal texnologiyaların ətraf mühitə təsirinin minimuma endirilməsinin vacibliyini əks etdirir. Yaşıl hesablamalar, dayanıqlı inkişafı və karbon emissiyasının azaldılmasını hədəfləyən texnologiyalar təkcə ekoloji səmərəliliyi artırmır, həmçinin qlobal ekosistemin qorunmasına mühüm töhfə verir.

O.Mehdiyevin sözlərinə görə, bulud texnologiyaları, virtuallaşma, təkrar emal, enerjinin idarə olunması, telekommunikasiya İKT sektorunun ekoloji cəhətdən təmiz olmasına mühüm töhfələr verib. Bu texnologiyalar tullantıların azaldılması, enerji səmərəliliyinin artırılması və resursların daha effektiv istifadəsinə imkan yaradır. Bundan əlavə, Sənaye 4.0 bu prosesləri daha da irəli apararaq avtomatlaşdırma, süni intellekt və əşyaların interneti kimi qabaqcıl texnologiyalar vasitəsilə ətraf mühitə olan təsiri minimuma endirməklə yanaşı, daha dayanıqlı və səmərəli istehsal proseslərini dəstəkləyir.

Sonra məruzəçi yaşıl hesablamalar sahəsində innovativ həllər və texnologiyalar haqqında bəhs edərək “Apple” şirkətinin təchizatçılar üçün təmiz enerji proqramını qeyd edib. Bildirib ki, bu proqram şirkətin birbaşa istehsalat xərclərinin 85 faizdən çoxunu təşkil edir.

O.Mehdiyev diqqətə çatdırıb ki, yaşıl hesablama strategiyası yalnız karbon emissiyasının minimuma endirilməsinə deyil, eləcə də resursların optimallaşdırılmasına, enerji səmərəliliyinin artırılmasına və dayanıqlı ekoloji infrastrukturun yaradılmasına yönəlib. Süni intellekt, kvant və biokompüterlər sahəsində əldə olunan nailiyyətlər, enerjiyə qənaət edən mikroçip arxitekturaları sayəsində İKT-nin təbiətə mənfi təsirinin azaldılması və daha dayanıqlı, ekoloji təmiz gələcəyin yaradılması mümkündür.

Sonda məruzə ilə bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Müasir elektron kitabxanalarda yaşıl və rəqəmsal transformasiyalar” adlı seminar keçirilib

04-11-2024

Azercell yaşıl baza stansiyalarının sayını artırır

14-10-2024

Yaşıl transformasiya kontekstində e-dövlətin vəzifələri və problemləri araşdırılır

31-10-2024

Azercell enerji səmərəliliyi və ətraf mühit təşəbbüslərini genişləndirir

21-08-2025

Azercell COP29-un telekommunikasiya tərəfdaşıdır

04-11-2024

Yaşıl gömrük təşəbbüsü gömrük proseslərinin rəqəmsallaşdırılmasını tələb edir

20-11-2024

"COP29-un dayanıqlı gələcək naminə tərəfdaşlıqları” adlı tədbir keçirilib

11-11-2024

Yaşıl informasiya texnologiyaları nədir?

29-09-2017

Yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək

20-11-2024

Yaşıl İT sahəsində problemlər araşdırılır

02-05-2018

“Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” adlı dəyirmi masa keçiriləcək

18-11-2024

Orta Dəhlizin rəqəmsallaşdırılması müzakirə olunacaq

14-11-2024

DGK sədri: Müasir texnologiyalar gömrük orqanları üçün yeni imkanlar yaradır

20-11-2024

Yaşıl və rəqəmsal transformasiyalara həsr olunmuş konfrans başa çatıb

11-11-2024

“Azerconnect" karbon emissiyalarının azaldılması ilə bağlı tədbirdə iştirak edib

07-10-2024

Naxçıvanda 400 MVt gücündə günəş elektrik stansiyası tikiləcək

05-06-2023

“Yaşıl və rəqəmsal transformasiyalar” adlı konfrans keçirilib

09-11-2024

“Yaşıl dəhliz” layihəsi təkcə iqtisadi deyil, həm də siyasi əhəmiyyətə malikdir”

05-04-2023

Süni İntellektlə bağlı panel müzakirəsi təşkil olunacaq

15-11-2024

SİMA minlərlə ağacın qorunmasına töhfə verir

22-11-2024

3D çapın ətraf mühitə müsbət və mənfi təsirləri müzakirə edilib

28-11-2024

COP29 çərçivəsində Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannamə qəbul olunub

16-11-2024

Azərbaycan BMT ilə “yaşıl enerji” layihələri işləyəcək

11-11-2022

“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirə keçirilib

22-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə