Previous Next
Bağla

Prezident elektromobillərdən istifadənin təşviqi ilə bağlı Sərəncam verib

07-03-2024 17:03
Prezident elektromobillərdən istifadənin təşviqi ilə bağlı Sərəncam verib

Prezident İlham Əliyev Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında Sərəncam imzalayıb.

Xeberler.az  xəbər verir ki, Sərəncamda qeyd edilib ki, karbon emissiyalarının azaldılmasında, enerji səmərəliliyinin yüksəldilməsində və nəqliyyat sənayesində innovasiyaların təşviqində elektrik mühərrikli nəqliyyat vasitələrinin rolunu nəzərə alaraq, dayanıqlı və ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması daha təmiz və dayanıqlı nəqliyyat sisteminə keçidi sürətləndirmək üçün xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan, elektrik nəqliyyat vasitələrindən istifadənin genişləndirilməsini, zəruri infrastrukturun inkişafını, habelə ümumi nəqliyyat sisteminə inteqrasiyanı təmin edən normativ hüquqi bazanın formalaşdırılması zəruridir.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi, Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsi, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu sahədə aparılan məqsədyönlü və ardıcıl dövlət siyasətinin təzahürüdür.

Sərəncamla qərara alınır:

- Azərbaycan Respublikasının Nazirlər Kabineti:

- elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin və elektrik enerjisi doldurma məntəqələrinin əhatə dairəsinin genişləndirilməsi, həmin məntəqələrin yaradılması işlərinə sahibkarlıq subyektlərinin cəlb edilməsi məqsədilə normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Azərbaycan Respublikası Energetika Nazirliyinin, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin təklifləri əsasında elektrik enerjisi doldurma məntəqələrinin quraşdırılması üçün yerləri bir ay müddətində müəyyən etsin;

- elektrik enerjisi doldurma məntəqələrinin quraşdırılması, zəruri infrastrukturun yaradılması, habelə həmin məntəqələrin dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi üçün “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən müvafiq tədbirlər görülməsini təmin etsin;

- bu Sərəncamın 1.3-cü bəndində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi məqsədilə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin təklifləri əsasında cari ilin və növbəti ilin dövlət büdcəsindən müvafiq vəsait ayrılması üçün tədbirlər görsün;

- bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ekoloji nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması üçün tədbirlər görüləcək

Ekoloji nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması üçün tədbirlər görüləcək

28-12-2018
Naxçıvanda tramvay nəqliyyatı təşkil ediləcək

Naxçıvanda tramvay nəqliyyatı təşkil ediləcək

20-09-2023
Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

25-12-2023
Azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı təsdiqlənib

Azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı təsdiqlənib

22-06-2022
Masallı Sənaye Məhəlləsi yaradılır-Sərəncam

Masallı Sənaye Məhəlləsi yaradılır-Sərəncam

14-06-2016
Prezident qəza ilə əlaqədar Dövlət Komissiyası yaradıb

Prezident qəza ilə əlaqədar Dövlət Komissiyası yaradıb

03-07-2018
Azərbaycanda radioyayım şəbəkəsinin genişləndirilməsinə 13,7 milyon manat ayrılıb

Azərbaycanda radioyayım şəbəkəsinin genişləndirilməsinə 13,7 milyon manat ayrılıb

24-07-2023
Prezident sərəncam imzaladı

Prezident sərəncam imzaladı

16-11-2018
 Pirallahı Sənaye Parkı yaradılır-Sərəncam

Pirallahı Sənaye Parkı yaradılır-Sərəncam

14-09-2016
Azərenerji elektrik enerjisi istehsalını artırıb

Azərenerji elektrik enerjisi istehsalını artırıb

23-11-2018
Prezident "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərman imzalayıb

Prezident "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərman imzalayıb

07-02-2013
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

07-03-2014
Qanunda dəyişiklik edildi

Qanunda dəyişiklik edildi

16-07-2018
İlham Əliyevdən teleradio yayımları ilə bağlı sərəncam imzalayıb

İlham Əliyevdən teleradio yayımları ilə bağlı sərəncam imzalayıb

18-04-2019
Azərbaycan Respublikasının Kosmik Agentliyi yaradılıb

Azərbaycan Respublikasının Kosmik Agentliyi yaradılıb

27-04-2021
İnformasiya Texnologiyaları Universitetinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İnformasiya Texnologiyaları Universitetinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

03-02-2013
Prezident İlham Əliyev sərəcam verdi

Prezident İlham Əliyev sərəcam verdi

16-03-2012
“Yaşıl enerji məkanı” üzrə İşçi qrup 2023-cü ilin yekun hesabatını müzakirə edib

“Yaşıl enerji məkanı” üzrə İşçi qrup 2023-cü ilin yekun hesabatını müzakirə edib

19-02-2024
Laçının ən ucqar kəndlərinin elektrik şəbəkəsi yenilənir

Laçının ən ucqar kəndlərinin elektrik şəbəkəsi yenilənir

30-06-2023
COP29-un Təşkilat Komitəsinin tərkibi dəyişdi

COP29-un Təşkilat Komitəsinin tərkibi dəyişdi

19-01-2024
Prezident “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”ni təsdiqlədi

Prezident “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”ni təsdiqlədi

12-02-2015
“Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası hazırlanacaq - SƏRƏNCAM

“Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası hazırlanacaq - SƏRƏNCAM

19-04-2021
Prezident innovativ inkişaf haqqında Sərəncam imzalayıb

Prezident innovativ inkişaf haqqında Sərəncam imzalayıb

10-01-2019
Azərbaycanda elektromobillərdən istifadə ediləcək

Azərbaycanda elektromobillərdən istifadə ediləcək

29-12-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə