Previous Next
Bağla

Azərbaycan hakerləri xarici banklara hücumlar edib

20-04-2016 16:01
Azərbaycan  hakerləri xarici banklara hücumlar edib

Sabiq nazir Eldar Mahmudovun kriminal bandasına haker qrupu da daxil olub.

Xeberler.az məlumat verir ki, bu haqda məlumatı musavat.com yayıb. Saytın xəbərinə görə, sabiq nazirin razılığı ilə həmin hakerlər vasitəsilə müxtəlif bankların sisteminə hücumlar təşkil olunub. Sonradan isə həmin banklara belə hücumların qarşısını almaq üçün MTN rəhbərliyi öz kadrlarını yerləşdirib.

Beləliklə də banklarda Eldar Mahmudovun maraqlarından çıxış edən kadrlar peyda olub. Həmin kadrlar vasitəsilə əldə olunan məlumatlar sonradan bankların rəhbərliyini daim şəxsi nəzarətdə saxlamağa imkan verib.

Hakerlər qrupu ötən ilin oktyabrında MTN-də baş tutan əməliyyatdan az əvvəl oradan qovulub. 6 nəfərdən ibarət olan qrup üzvləri ABŞ banklarının birindən 150 milyon dolları oğurlayıb və dünyanın ən müxtəlif ölkələrində yerləşən banklar üzərindən Azərbaycandakı banklardan birinə yerləşdiriblər. Həmin vaxt bank rəhbərliyi həbsdə olduğundan bankı Eldar Mahmudovun qudası Cahangir Hacıyevə yaxın kadrlar idarə ediblər. Yerli bankdakı hesaba 150 milyon dollar oturandan sonra oradan çıxarılıb.

Məsələni ABŞ-ın müvafiq qurumları araşdırıb. Hakerlərin çırpışdırdığı pulun son nəticədə Azərbaycandakı bank hesabından çıxarıldığı müəyyən edilib. Bundan sonra Azərbaycanın müvafiq qurumlarına məsələ ilə bağlı məlumat verilib.

Məsələ araşdırılıb və ölkə rəhbərliyi səviyyəsində pulun qaytarılması ilə bağlı qərar verilib. Araşdırmalar zamanı həmçinin pulu ABŞ bankından çırpışdıran hakerlərin Eldar Mahmudovun yaxın əhatəsinə daxil olan şəxslər olduğu üzə çıxıb. Məlum olub ki, həmin hakerlər tez-tez Eldar Mahmudovun yaxın ətrafı ilə görüşürlər.

Bu olaydan sonra Eldar Mahmudovun haker qrupundan xəbər yoxdur. Onların ölkədən qaçırıldığı haqda məlumatlar var. Belə ehtimallar da var ki, qeyri-rəsmi formalaşdırılan haker qrupu sabiq nazirin istəyinə uyğun olaraq bu və ya digər məmurun kompüter şəbəkəsinə daxil olmaqla məlumatlar toplayıb. Həmin məlumatlar sonradan məmurların şantaj olunmasında istifadə olunub.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

BTRİB rəhbəri Beytulla Hüseynov vəzifəsindən azad edildi

21-10-2015

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri saxlanılıbmı? -Açıqlama

21-10-2015

RYTN-nin aparat rəhbəri Vidadi Zeynalov həbs olunub

29-10-2015

Tarixin ən böyük bank soyğunçuluğu - 1 milyard dollar

16-02-2015

“MTN işi” ilə bağlı Beytulla Hüseynov həbs edilib

27-10-2015

MTN işi ilə bağlı BTRİB-in keçmiş rəisinə cinayət işi açıldı

26-10-2015

RYTN-nin aparat rəhbəri azadlıqdadırmı?

30-10-2015

Azərbaycan banklarına xaker təhlükəsi: müştərilərin əmanətləri risk altında

28-12-2009

Hakerlər 1,1 milyon müştərinin fərdi məlumatlarını oğurlayıb

21-05-2015

Rusiyanın Federal Təhlükəsizlik Xidməti 1,2 milyon haker hücumunun qarşısını alıb

25-05-2009

Azərbaycan Mərkəzi Bankı Vətən müharibəsində erməni hakerlərin hədəfi olub

09-12-2021

ABŞ-da hakerlər qrupunun üzvü həbs edilib

15-04-2015

ABŞ-nin hüquq və texnologiya firmalarına haker hücumu olub

08-10-2025

Hakerlər Cənub Qaz Dəhlizinə hücum edib

16-06-2015

ABŞ-da hakerlər kiberdələduzluq yolu ilə 590 milyon dollar əldə edib

16-10-2021

Hakerlər "Sony"ni "darmadağın" etməyə hazırlaşır

06-05-2011

Hakerlər Belçikanın hökumət saytlarına hücum ediblər

25-03-2025

Bankların SMS-məlumatlandırma xidmətləri üzrə tariflərin artırılmasının səbəbləri açıqlanıb

17-11-2023

Rabitə şəbəkələrində əməliyyat-axtarış tədbirləri necə həyata keçirilir?

19-10-2015

Hakerlər banka hücum edib

22-12-2009

Hakerlər yarım milyon “Zoom” hesabını satıblar

04-05-2020

“Anonymous” hakerlər qrupu Rusiyaya kibermüharibə elan

25-02-2022

“Meta” iranlı hakerlərin ABŞ rəsmilərinin hesablarını sındırmaq istədiklərini bildirib

24-08-2024

Instagram-da milyonlarla hesaba hücum olub

02-09-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə