Previous Next
Bağla

Tarixin ən böyük bank soyğunçuluğu - 1 milyard dollar

16-02-2015 15:43
Tarixin ən böyük bank soyğunçuluğu - 1 milyard dollar

Hakerlər 30 ölkənin 100-dən çox bankını taladı

“Kaspersky Lab” antivirus laboratoriyası tarixin ən böyük bank soyğununun üstünü açıb.

Laboratoriya bu haqda hesabatını sabah - fevralın 16-da dərc edəcək, ancaq “The New York Times” qəzeti hesabatın bəzi məqamlarını dərc edib. Orada deyilir ki, hakerlər son iki ildə dünyanın 30-dan çox ölkəsində 100-dən çox bankın kompüter sisteminə müdaxilə edərək 1 milyard dollardan çox vəsaiti talayıblar.

Bu bankların çoxu Rusiyadadır, ancaq ABŞ, Niderland. Yaponiya və İsveçrə kimi ölkələrdən də bankların soyğuna məruz qaldığı bildirilir. Təkcə Rusiya banklarından oğurlanan vəsaitin həcmi 300 milyon dollardan çoxdur.

“Kaspersky Lab” soyğuna məruz qalan bankların adını hesabatında göstərməyib, çünki bu, müştərilərin həmin banklardakı pullarını kütləvi şəkildə çıxarmasına səbəb ola bilər.

Qəzet araşdırıb ki, ABŞ Federal Təhqiqatlar Bürosu, İnterpol, Hollandiya polisinin kibercinayətlərə qarşı mübarizə bölməsi hakerlərin kütləvi bank soyğunu əməliyyatını araşdırır.

Bildirilir ki, “Kaspersky Lab” soyğunçuların izlərinə təsadüfən düşüb. Laboratoriyanın əməkdaşlarını Kiyevdəki banklardan birinin “qudurğan” bankomatı ilə bağlı məsələni araşdırmağa dəvət ediblər. Məlum olub ki, bankomat kupyurları periodik olaraq onun yanından keçən şəxslərin ayaqları altına səpir.

Mütəxəssislər öz-özünə pul səpən bankomatı araşdıranda məlum olub ki, həmin bankın kompüter sistemində aylardır virus proqramı işləyir. Bu proqram bankın kompüter sistemində aparılan bütün əməliyyatları izləyir və informasiyaları hakerlərə ötürür.

“Kaspersky Lab” bildirir ki, azı 300 milyon dolların oğurlandığına dair sübutlar var, lakin əslində məbləğ bundan üç dəfə çox ola bilər. Hakerlər banklardan oğurladıqları pulları o qədər də böyük olmayan məbləğlərlə dünyanın bir çox ölkələrində açdıqları hesablara ötürüb, oradan nəqdləşdiriblər.

“Kaspersky”nin Şimali Amerika üzrə direktoru Kris Doqqert bildirib ki, bu haker proqramına “Carbank” adı veriblər. Onun sözlərinə görə, bu indiyədək mövcud olan ən mükəmməl bank soyğunudur və orada ən yüksək texnoloji metodlar tətbiq olunub.

Hələlik heç bir bank kompüter sisteminin hakerlərin hücumuna məruz qaldığını etiraf etməyib. Çünki bankların heç biri müdafiə sisteminin zəif olduğunu etiraf edib müştərilərini itirmək istəməzdi. Ekspertlər ehtimal edir ki, bu bank soyğununun arxasında Rusiya, Ukrayna, Çin və bəzi Avropa ölkələrinin hakerləri dayanır.

Hakerlər birbaşa bankların kompüter sisteminə daxil olaraq hesablardakı pulları öz hesablarına yönəldib. Bir dəfəyə həyata keçirilən ən iri oğurluq 10 milyon dollar olub. Hər bankın kompüter sisteminə daxil olmaq, orada virus proqramını yerləşdirmək və zəruri informasiyaları toplamaq, daha sonra pulları ələ keçirmək hakerlərin orta hesabla 2-4 ay vaxtını alıb.

Hakerlər hədəf seçdikləri bankların konkret mühafizə sistemini öyrənməyə böyük səy və əmək sərf ediblər. Eyni zamanda onlar oğurladıqları pulları köçürmək üçün ABŞ və Çin də daxil olmaqla bəzi ölkələrin banklarında saxta hesablar açıblar. Belə hesabların “JP Morgan Chase” bankında da açıldığı bildirilir.

Ən iri soyğunçuluq halları bankların mühasibat uçotu sisteminə müdaxilə yolu ilə həyata keçirilib. Hakerlər bank işçilərinin əvəzindən köçürmələr üzrə hesabları şişirdiblər. Məsələn, hansısa hesabdan 1000 dollarlıq köçürmə olanda hakerlər rəqəmi 10.000 ediblər, bu zaman 1000 dollar müştərinin təqdim etdiyi hesaba, 9000 dollar isə hakerlərin hesabına köçürülüb. Hesabın sahibi problemlə bağlı şübhələnmir və bank özü nə baş verdiyini dərk etmək üçün müəyyən vaxt sərf edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan hakerləri xarici banklara hücumlar edib

20-04-2016

Hakerlər 1,1 milyon müştərinin fərdi məlumatlarını oğurlayıb

21-05-2015

Hakerlər banka hücum edib

22-12-2009

ABŞ-da hakerlər qrupunun üzvü həbs edilib

15-04-2015

İtaliyanın bəzi bank və qurumlarına kiberhücum edilib

13-01-2025

1 milyarddan çox monitor haker hücumuna qarşı dayanıqsızdır

11-08-2016

Azərbaycan banklarına xaker təhlükəsi: müştərilərin əmanətləri risk altında

28-12-2009

ABŞ-da hakerlər kiberdələduzluq yolu ilə 590 milyon dollar əldə edib

16-10-2021

Hakerlər NASDAQ elektron fond birjasına hücum ediblər

10-02-2011

Hakerlər Vodafone şirkətinin məlumatlarını oğurlayıb

02-11-2015

Bank hakerlərin hücumuna məruz qalıb

13-07-2018

Ukraynalı hakerlər "Zolotaya korona" köçürmə sisteminə hücum ediblər

30-08-2023

Kibercinayətkarlar bankomatları zərərverici proqram təminatı olmadan qarət etməyi öyrəniblər

30-11-2018

İranda iki bankın informasiya sistemlərinə kiberhücumlar olub

19-06-2025

ABŞ-nin hüquq və texnologiya firmalarına haker hücumu olub

08-10-2025

Avropa bankları yeni virusa görə milyonlar itirir

16-10-2015

Bank troyanları 430 min istifadəçiyə hücum edib

08-08-2019

“Microsoft”un səhvi qlobal kiberfəlakətə səbəb ola bilər

08-03-2021

Mobil cihazlar vasitəsi ilə pul oğurluğu artacaq

14-04-2017

Çinli hakerlər ABŞ siyasətçilərinin telefon danışıqlarını ələ keçiriblər

28-10-2024

Rusiyanın Federal Təhlükəsizlik Xidməti 1,2 milyon haker hücumunun qarşısını alıb

25-05-2009

“Bankın onlayn xidmətindəki problem müştəridə güvənsizlik yaradır”

27-07-2017

“Anonymous” hakerlər qrupu Rusiyaya kibermüharibə elan

25-02-2022

Hakerlər hücum etdi, dünyada İnternet problemi yaşandı

10-04-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə