Previous Next
Bağla

Bankların SMS-məlumatlandırma xidmətləri üzrə tariflərin artırılmasının səbəbləri açıqlanıb

17-11-2023 17:46
Bankların SMS-məlumatlandırma xidmətləri üzrə tariflərin artırılmasının səbəbləri açıqlanıb

Azərbaycanın bir neçə bankı SMS-məlumatlandırma xidmətləri üzrə tariflərini təqribən 40 qəpikdən 1 manata qədər artırıb.

Bunu Azərbaycan Mərkəzi Bankın (AMB) sədrinin birinci müavini Rəşad Orucov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

O qeyd edib ki, banklar bu xidmətləri prosessinq mərkəzlərindən alırlar:

"Bu mərkəzlər isə həmin xidmətləri mobil operatorlardan alırlar. Sonradan banklara təqdim edirlər. Son üç ildə prosessinq şirkətlərinin paket şəklində aldığı SMS-qiymətləndirmə tariflərində təqribən 70 % artım olub. Sözügedən banklar bu müddət ərzində həmin xidmət haqlarını artırmayıblar. Yalnız indi belə qərar qəbul ediblər".

R.Orucov deyib ki, pensiya kartları və digər sosial kartlar üzrə SMS-məlumatlandırma üzrə xidmət haqları alınmır:

"Təqribən 2 milyon 300 mindən çox pensiya və sosial müavinət kartları var. Bu kartlar üzrə xidmət haqları alınmır. Bankların bir çoxu ümumiyyətlə SMS-məlumatlandırma xidmətlərindən imtina edib. Çünki son dövrlər bankların əksəriyyəti mobil əlavələr istifadə edir. Orda avtomatik onlayn rejimdə aparılan əməliyyatlar haqqında məlumatlar ötürülür. Bu zaman ümumiyyətlə SMS-məlumatlandırma xidmətindən istifadəyə ehtiyac yoxdur. Bankların çoxu tərəfindən bu, müştərilərə əlavə bir xidmət kimi təklif edilir. Müştəri bu xidmətdən istifadə edib-etməməkdə sərbəstdir. Banklar yeni texnologiyalara keçidlə əlaqədar SMS-məlumatlandırmadan imtina edirlər".

AMB sədrinin birinci müavini əlavə edib ki, Mərkəzi Bankın müxtəlif xidmətlər üzrə komissiya haqlarının maksimum həddini müəyyən etmək səlahiyyəti yoxdur: "Banklar haqqında" qanuna görə bu xidmət haqları bank və müştərilər arasında sərbəst şəkildə müəyyən edilir. Lakin bu xidmət haqlarında elə bir ciddi artım yoxdur".

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
«Bank Standard» SMS-məlumatlandırma xidmətini istifadəyə verib

«Bank Standard» SMS-məlumatlandırma xidmətini istifadəyə verib

19-06-2009
Şagirdlərlə bağlı SMS-məlumatlandırma xidməti bərpa edilir

Şagirdlərlə bağlı SMS-məlumatlandırma xidməti bərpa edilir

31-08-2016
«Xalq Bank»ın veb-saytının yeni versiyası hazırlanıb

«Xalq Bank»ın veb-saytının yeni versiyası hazırlanıb

06-10-2009
«UniBank» SMS məlumatlandırılması sahəsində yeni xidmətlər təqdim edib

«UniBank» SMS məlumatlandırılması sahəsində yeni xidmətlər təqdim edib

04-08-2009
Daşınmaz əmlakla bağlı SMS xidmətləri istifadəyə verilib

Daşınmaz əmlakla bağlı SMS xidmətləri istifadəyə verilib

10-03-2015
DəmirBank plastik kartlar üzrə əlavə xidmətlər təklif edir

DəmirBank plastik kartlar üzrə əlavə xidmətlər təklif edir

12-10-2015
«Royal Bank» ilin sonuna kimi «SMS banking» üzrə xidmətlərə başlayacaq

«Royal Bank» ilin sonuna kimi «SMS banking» üzrə xidmətlərə başlayacaq

03-12-2009
Azercell-dən bezdirici SMS-lərlə bağlı yenilik

Azercell-dən bezdirici SMS-lərlə bağlı yenilik

23-12-2015
Xalq Bank onlayn ödənişlərin təhlükəsizliyini artırır

Xalq Bank onlayn ödənişlərin təhlükəsizliyini artırır

19-11-2015
Nazirliyin Çağrı mərkəzləri 16 mindən çox müraciəti cavablandırıb

Nazirliyin Çağrı mərkəzləri 16 mindən çox müraciəti cavablandırıb

06-03-2018
Pul göndərmək üçün poçt lazım deyil

Pul göndərmək üçün poçt lazım deyil

24-06-2011
"SMS-xəbərdarlıq" xidməti banklarda neçəyədir?

"SMS-xəbərdarlıq" xidməti banklarda neçəyədir?

03-11-2014
“Elektron pul bazarında əməliyyatların məbləği ilə bağlı dəqiq statistika aparılmır"

“Elektron pul bazarında əməliyyatların məbləği ilə bağlı dəqiq statistika aparılmır"

22-06-2023
Azercell  abonentlərinə güzəştli SMS paketləri

Azercell abonentlərinə güzəştli SMS paketləri

22-12-2009
Gömrük rüsumunun məbləği SMS-lə bildiriləcək

Gömrük rüsumunun məbləği SMS-lə bildiriləcək

25-05-2018
QR kodla ödənişlər üzrə xidmət haqları müzakirə edilib

QR kodla ödənişlər üzrə xidmət haqları müzakirə edilib

21-10-2025
Mərkəzi Bank: Ölkədə nağdsız ödənişlərin təhlükəsizliyilə bağlı ciddi problem yoxdur

Mərkəzi Bank: Ölkədə nağdsız ödənişlərin təhlükəsizliyilə bağlı ciddi problem yoxdur

14-06-2023
Catel istifadəçilərinə web SMS xidmətini təqdim edib

Catel istifadəçilərinə web SMS xidmətini təqdim edib

09-12-2009
Naxçıvanda işləyən CDMA telefon abunəçiləri üçün yeni xidmət istifadəyə verilib

Naxçıvanda işləyən CDMA telefon abunəçiləri üçün yeni xidmət istifadəyə verilib

07-01-2015
Azərbaycanda bankların proqram təminatı yenilənir

Azərbaycanda bankların proqram təminatı yenilənir

12-01-2017
Azərbaycanda ödəniş xidmətlərinin təchizatçıları müəyyən olunur

Azərbaycanda ödəniş xidmətlərinin təchizatçıları müəyyən olunur

22-06-2023
TQDK yeni sms MƏLUMATLANDIRMA xidmətini istifadəyə verir

TQDK yeni sms MƏLUMATLANDIRMA xidmətini istifadəyə verir

09-05-2011
Azərbaycanın plastik kart bazarının inkişaf səviyyəsi

Azərbaycanın plastik kart bazarının inkişaf səviyyəsi

26-03-2012
Taleh Kazımov: "Ölkədaxili nağdsız əməliyyatların həcmi 20 milyard manata çatıb"

Taleh Kazımov: "Ölkədaxili nağdsız əməliyyatların həcmi 20 milyard manata çatıb"

24-11-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə