Rabitə şəbəkələrində əməliyyat-axtarış tədbirləri necə həyata keçirilir?

19-10-2015 / 13:24

Məlum olduğu kimi,  Prezident İlham Əliyevin sərəncamı ilə Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən azad edilib. Bu olay ictimaiyyətdə geniş müzakirələrə yol  açıb və hətta eks-nazirin həbs xəbəri də yayılıb.

Mediada yayılan məlumatlara  görə, dünən Prezident İlham Əliyev fövqəladə toplantı keçirib.

Toplantı Prezident Adminstrasiyasında Dövlət Təhlükəsizlik Şurasının üzvlərinin iştirakı ilə baş tutub.

Toplantıda sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən azad edilməsinin səbəbləri, Azərbaycan dövlətinin təhlükəsizliyi ilə bağlı məsələlər müzakirə olunub.

Eldar Mahmudov telefon dinləmələrinə görə həbs olunub.

Mediada  yayımlanan məlumatlarda, MTN nazirinin həbsi həm də  telefon dinləmələri ilə əlaqələndirilir. Bildirilir ki, Eldar Mahmudov telefon dinləmələrinə görə həbs olunub.

Ümumiyyətlə, maraqlıdır ki, ölkədə telefonların dinləmələri qanunvericiliklə necə həyata keçirilməlidir,  kimlər bu prosesdə iştirak edir, kimlər  buna nəzarət edir?

Xeberler.az olaraq bu məsələnin ölkəmizdə qanunverciliklə necə tənzimlənməsini araşdırdıq.

Prezidentin bu fəaliyyətlə bağlı fərmanlarına nəzər saldıq. İyun ayına qədər bütün səlahiyyətlər MTN-də olub. Bəs sonra?

Qanunvericiliklə bu səlahiyyət  Prezidentin 2001-ci il 19 iyun tarixli 507 nömrəli  “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında”  Fərmanı ilə cari ilin iyun ayınadək yalnız MTN-də olub .

İyunda Daxili İşlər Nazirliyinə (DİN) də bu səlahiyyətlər verilir

İyun ayında Prezident tərəfindən “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin  yeni Fərmanı əlavə edildi və  “Rabitə şəbəkələrində əməliyyat-axtarış tədbirləri Azərbaycan Respublikasının Milli Təhlükəsizlik və Daxili İşlər nazirlikləri tərəfindən avtonom rejimdə istismar olunan avadanlıqlar tətbiq edilməklə həyata keçirilməsi təsdiqləndi.


Yeni Fərmanda bu səlahiyyətlərin MTN-lə yanaşı DİN-ə verilməsi nəzərdə tutulurdu.

17 gün əvvəl Dövlət Mühafizə Xidməti də rabitə xidmətlərində əməliyyat-axtraış tədbirləri ilə bağlı səlahiyyətlər əldə etdi.

Oktyabrın 2-də Prezident tərəfindən “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin  yeni Fərmanı əlavə edildi və  “Rabitə şəbəkələrində əməliyyat-axtarış tədbirlərinin Xüsusi Dövlət Mühafizə  Xidməti tərəfindən də həyata keçirilmsəi təsdiqləndi.

Bəs qanunvericiliklə bu necə həyata keçirilməlidir?  İnternetdə, şəbəkələrdə nəzarət , dinləmələr necə gerçəkləşdirilir?

Xeberler.az məsələ ilə bağlı Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüzlə əlaqə saxlayıb.

Osman  Gündüz  məsələni şərh edərkən bildirib ki,  Telekommunikasiya haqqında qanunun 39-cu maddəsinin 1-ci bəndinə görə əməliyyat axtarış,  kəşfiyyat məqsədilə operatorlar və provayderlər müvafiq icra orqanına şərait yaratmalıdırlar. Ekspert izah edir ki, yəni bu o deməkdir ki,  əgər hansısa  şəbəkədə  əməliyyat-axtraş tədbiləri   aparılırsa, həmin şəbəkənin sahibi qabaqcadan bunun  üçün şərait yaratmalıdır.

MTN istədiyi məlumatı həmin an əldə edə bilər

Osman Gündüz 2001-ci ildə ABŞ-da  baş  verən terror aktından sonra  hər  bir ölkədə olduğu kimi, Azərbaycanda da bu istiqamətdə fəaliyyətlərin sərtləşdirildiyini və bununla bağlı MTN-nə daha geniş səlahiyyətlər verildiyini  xatırladıb:

Bütün informasiya trafiki MTN-dən keçirdi

“ABŞ-dakı terror  hadisəsindən sonra  bu məsələlərdə daha sərt mexanizm götürüldü.  Əksəriyyət ölkələrdə , o cümlədən də Azərbaycanda rabitə xidməti göstərənlərə qarşı əməliyyat axtarış tədbirləri məqəsdilə daha sərt tədbirlər, şərtlər irəli sürüldü. Bu şərtlərə görə bütün informasiya trafiki, danışıq trfaiki, istifadə olunan avadanlıqlar, proqram təminatları   elə quruldu ki,  qanunla səlahiyyətli qurum olan  MTN-  istənilən anda trafikə nəzarət imkanı əldə etdi. Daha əvvəlki illərdə olduğu kimi bu məqsədlə ATS-lərə, provayderlərin ofislərinə getməyə ehtiyac qalmırdı”.

Ekspert qeyd edib ki, bu cür sistemlə istənilən şəxs haqqında rabitə şəbəkələrində, informasiya trafikində müxtəlif proqram təminatlarından, səs tonlarından, açar sözlərdən, profil məlumatlarından istiafdə edilməklə  informasiyaların əldə edilməsi, qabaqlayıcı tədbirlərin görülməsi, cinayətlərin qarşısının qabaqcadan alnması operativ şəkildə avtomatik reimdə həyata keçirmək mümkündür.

Osman Gündüz Azərbaycanın yerləşdiyi geopolitik məkan baxımından, terrorçuluğun qarşısının alınması, dövlət əleyhinə olan cinayətlərin qarşısının alınması baxımından bu cür sistemlərin  qurulmasını  pozitiv hesab edib.

Bunula belə, o, dünya təcrübəsinə əsasən,  bu cür sistemlərdən istifadə üzərində ciddi dövlət nəzarətinin, həmçinin də hesabatlılığın, şəffaflığın  təmin edilməsinin də çox vacib olduğunu diqqətə çatdırıb.

Yeni Fərmanla rabitə xidmətlərində əməliyyat-axtarış tədbirlərinə  nəzarət 3 quruma tapşırıldı- MTN, XDMX, DİN

“Son illərədək rabitə şəbəkələrində əməliyyat-axtarış tədbirləri ilə bağlı “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi həyata keçiridi. İyun ayından sonra isə bu səlahiyyətlər həmdə DİN- verilib. Bir neçə gün bundan öncə isə  Xüsusi Dövlət Mühafizə Xidmətinə də belə səlahiyət verilib. Həm də Prezident tərəfindən qəbul edilən Fərmana görə rabitə şəbəkələrində əməliyyat-axtarış tədbirlərinin aparılması qaydaları da təsdiqlənib.

Osman Gündüz məsələylə bağlı Xeberler.az-a bildirib ki, güman ki, son illərdə rabitə şəbəkələrində əməliyyat-axtarış tədbiləri sahəsində dövlət  nəzarətinin gerçəkləşdirilməsi ilə bağlı problemlər olub  və bu baxımdan da düzgün olaraq,  addım-addım bu sahədə səlahiyyətlərin dəqiqləşdirilməsi, yalnız bir dövlət qurumu tərəfindən deyil ,  digər dövlət qurumları ilə razılaşdırmaların həyata keçirilməsi xətti götürülüb:

“Əvvəllər yuxarıda adını çəkdiyim sistemlə bağlı şərtləri, yəni informasiya trafikinə nəzaratlə bağlı provayderlərə, operatorlara qarşı , onların avadanlıqlarına qarşı irəli sürülən şərtləri yalnız MTN müəyyən edirdisə, hazırda bu şərtləri artıq MTN, DİN və XDMX ilə birgə hazırlamaldır”.

Osman Gündüz   indiyədək rabitə şəbəkələrində əməliyyat-axtarış tədbirləri sahəsində  belə qaydaların olmamasını  mənfi hal kimi dəyərləndirib:

“Xarici təcrübəyə nəzər salanda məlum olur ki, rabitə şəbəkələrində əməliyyat-axtarış tədbirlərinin aparılması, dinləmələr, yazışmalara nəzarət mexanizmləri dəqiq işlənir,  bununla bağlı qaydalar dəqiq müəyyən olunur.  Toplanan informasiyaların məhv edilməsi qaydaları şəffaf qaydada həyata keçirilir. Azərbaycanda son dövrlərdə bu istiqamətdə irəliləyişlər olsa da bu sahədə qanunvericiliyin təkmilləşdirlməsinə ciddi ehtiyac  duyulur”.

Osman Gündüz bu baxımdan dövlət başçısı tərəfindən 2 oktyabr tarixində qəbul edilən Fərmanların mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.