Previous Next
Bağla

Azərbaycan İnternet Forumunun Day.az-ın fəaliyyətinin dayandırması ilə bağlı açıqlaması

19-02-2009 18:19
Azərbaycan İnternet Forumunun Day.az-ın fəaliyyətinin dayandırması ilə bağlı açıqlaması

AIF təəssüflə bildirir ki, dünən  axşamdan  etibarən ölkənin ən tanınmış  internet resursu olan  rusdilli  Day.az  və onun  ingilis dilli  versiyası today.az informasiya  resurslarının  fəaliyyəti  dayandırılıb.

Day.az –ın təmsilçilərinə istinadən bu gün saat 16-dək İnternet  vasitəsilə    saytın  bağlanması ilə  bağlı  səbəblərin araşdırılması  haqqında  məlumatlar yayılıb.

Saat 16-dan  etibarən  həmin mənbələrə istinadən ümumiyyətlə bu Layihənin bağlandığı  bildirilib.

AİF  eyni  zamanda  elan  edir  ki,  bu  gündən etibarən   Azərbaycan İnternet məkanının əsas  milli domen  bazasından ( Whois.az-dan) day.az  domeninin məlumatları  silinib.

Hazırda sanki  bu  milli internet  ünvanının   heç  kimə mənsub olmamağı haqqına  whois.az   resursunda məlumat  yerləşdirilib.

AIF-ə daxil olan məlumata görə  Day.az  resursunun   qapadılması  və  milli internet  ünvanının – day.az domeninin  fəaliyyətinin dayandırılması  haqqında  heç  bir  məhkəmə qərarı olmayıb.

Whois.az  milli  domen məlumat  sisteminin və az  domeninin hazırda inzibatçılığını həyata keçirən məsul  şəxslər  AIF-ə  bununla  bağlı  açıqlama  vermək istəmədiklərini  bildiriblər.

Day.az   resursunun  sahiblərinin baş   vermiş  hadisə ilə  bağlı  açıqlamalar  vermək istəmədiklərinə  baxmayaraq AİF  hər  bir  halda   məhkəmənin  qərarı olmadan  hər  hansı İnformasiya  resursunun  qapadılmasını qətiyyətlə pisləyir və bunu yolverilməz  hesab  edir.

AİF bildirir ki, İnternet  KİV subyekti olaraq  özünü təsdiq  edən, regionda ən populyar  resurs olan Day.az-ın  qapadılması beynəlxalq  hüquq normalarının ,  Azərbaycan Respublikasının Konstitusiyasının 50-ci maddəsinin,  KİV haqqında  Qanunun 19-cu maddəsinin tələblərinin kobudcasına  pozulmasıdır. AİF  bildirir ki,  baş  verənlər son bir  neçə ildə Azərbaycan İnternetində nəzərəçarpacaq dərəcədə güclənmən  keyfiyyət  və kəmiyyət  dəyişikliklərinə ciddi zərbə vurur.

AİF bir  daha bəyan edir ki, məhkəmənin qərarı olmadan belə addım  atılması ciddi qanun pozuntusudur və ölkədə informasiya azadlığına, habelə ifadə azadlığına və internet azadlığına ciddi zərbədir. Bu addım, Azərbaycanın Avropa Şurasına üzv olarkən qəbul edərək ölkədə birbaşa hüquqi qüvvəsi olduğunu bəyan etdiyi Avropa İnsan hüquqları konvensiyasına da zidd addımdır və qərb dəyərlərindən, demokratiyadan uzaqlaşmaq istiqamətində ciddi olaraq  yanlış bir addımdır.

 xeberler.az/Ellada

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
day.az domeni  yenidən qeydiyyatdan  keçdi

day.az domeni yenidən qeydiyyatdan keçdi

20-02-2009
DAY.AZ-A NƏ OLUB?

DAY.AZ-A NƏ OLUB?

19-02-2009
 Azərbaycan İnternet Forumunun www.eqreb.com bloqu ilə bağlı açıqlaması

Azərbaycan İnternet Forumunun www.eqreb.com bloqu ilə bağlı açıqlaması

16-10-2010
Azərbaycan İnternet forumunun açıqlaması

Azərbaycan İnternet forumunun açıqlaması

04-12-2008
Milli İnternet ünvanların legitimləşdirilməsi ilə  bağlı məsələ müzakirə ediləcək

Milli İnternet ünvanların legitimləşdirilməsi ilə bağlı məsələ müzakirə ediləcək

03-02-2010
Day.az-ın yeni versiyası

Day.az-ın yeni versiyası

27-06-2010
AİF .az  domeninin qeydiyyat məsələsini yenidən gündəmə çıxardı

AİF .az domeninin qeydiyyat məsələsini yenidən gündəmə çıxardı

08-04-2010
Milli domenlərin qeydiyyatı sahəsində dözülməz vəziyyət hələ də qalmaqdadır

Milli domenlərin qeydiyyatı sahəsində dözülməz vəziyyət hələ də qalmaqdadır

20-09-2012
DAY.AZ YENİDƏN FƏALİYYƏTDƏ!!!

DAY.AZ YENİDƏN FƏALİYYƏTDƏ!!!

26-02-2009
Milli domenə maraq niyə azdır?

Milli domenə maraq niyə azdır?

06-08-2013
İnternetdə böhtan və təhqir xarakterli fikirlərə görə cinayət məsuliyyəti yaradan dəyişikliklərlə bağlı AİF -in açıqlaması

İnternetdə böhtan və təhqir xarakterli fikirlərə görə cinayət məsuliyyəti yaradan dəyişikliklərlə bağlı AİF -in açıqlaması

21-05-2013
“Day.az“ radio yenidən fəaliyyətə başlayıb!

“Day.az“ radio yenidən fəaliyyətə başlayıb!

15-04-2009
Azərbaycan İnternet Forumunun açıqlaması

Azərbaycan İnternet Forumunun açıqlaması

06-02-2009
AİF Azərbaycan internetində yaranan problemlə bağlı açıqlama yaydı

AİF Azərbaycan internetində yaranan problemlə bağlı açıqlama yaydı

17-11-2015
Azərbaycanda 7174 .az domeni qeydiyyatdan keçib

Azərbaycanda 7174 .az domeni qeydiyyatdan keçib

08-10-2008
“Day.az” və “Today.az” layihələri satılıb!!!

“Day.az” və “Today.az” layihələri satılıb!!!

24-02-2009
AIF Bakı şəhərində keçirilməsi nəzərdə tutulan  beynəlxalq   İnternet İdarəçiliyi Forumunun (IGF) 7-ci toplantısı ilə bağlı məsələ müzakirə edib

AIF Bakı şəhərində keçirilməsi nəzərdə tutulan beynəlxalq İnternet İdarəçiliyi Forumunun (IGF) 7-ci toplantısı ilə bağlı məsələ müzakirə edib

17-07-2012
AİF üzvləri  ICANN rəhbərliyi ilə görüşüb

AİF üzvləri ICANN rəhbərliyi ilə görüşüb

08-11-2012
Milli internet ünvanların qeydiyyatı məsələləri müzakirə olundu

Milli internet ünvanların qeydiyyatı məsələləri müzakirə olundu

05-02-2010
AİF rəhbəri Milli İnternet ünvanların qeydiyyatının tənzimlənməsi məsələsi ilə bağlı Əli Abbasova  məktub ünvanlayıb

AİF rəhbəri Milli İnternet ünvanların qeydiyyatının tənzimlənməsi məsələsi ilə bağlı Əli Abbasova məktub ünvanlayıb

18-02-2010
AİF  Kosmik Məsələlər üzrə Şuranın sədri ,  akademik Arif Paşayevə müraciət edib

AİF Kosmik Məsələlər üzrə Şuranın sədri , akademik Arif Paşayevə müraciət edib

02-04-2012
AIF bəzi internet resurslara girişin məhdudlaşmasına münasibət bildirdi

AIF bəzi internet resurslara girişin məhdudlaşmasına münasibət bildirdi

11-03-2010
Son iki ayda Azərbaycanda 60 yeni milli domen qeydiyyata alınıb

Son iki ayda Azərbaycanda 60 yeni milli domen qeydiyyata alınıb

07-07-2010
Azərbaycan İnternet Forumunun  toplantısı keçirilib

Azərbaycan İnternet Forumunun toplantısı keçirilib

20-11-2008





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə