Previous Next
Bağla

İnternetdə böhtan və təhqir xarakterli fikirlərə görə cinayət məsuliyyəti yaradan dəyişikliklərlə bağlı AİF -in açıqlaması

21-05-2013 09:59
İnternetdə böhtan və təhqir xarakterli fikirlərə görə cinayət məsuliyyəti yaradan dəyişikliklərlə bağlı AİF -in açıqlaması
AİF  bildirir ki, Milli Məclis  Azərbaycan Respublikası “Cinayət məcəlləsi”nə İnternetdə böhtan və təhqir xarakterli fikirlərə görə cinayət məsuliyyəti yaradan dəyişiklikləri qəbul edib və təsdiq olunmaq üçün dövlət başçısına göndərib.
Dəyişikliklərdə İnternetdə təhqir və böhtana görə müxtəlif miqdarda cərimələrlə yanaşı, həmçinin azadlıqdan məhrum etmə müddəası da nəzərdə tutulub.

AİF təhqir və böhtandan qanuni yollarla qorunmanın zəruriliyini anlayır və bunu vacib hesab edir. Eyni zamanda kifayət qədər spesifik bir sahə olan, kommunikasiya və kütləvi informasiya vasitəsi olaraq milyonlarla insanın istifadə etdiyi İnternetdə təhqir və böhtana görə cinayət məsuliyyətinin sərtləşdirilməsindən ciddi narahatlıq keçirir.
Xüsusilə də azadlıqdan məhrumetmə kimi müddəaların da qəbul edilməsini AIF ölkədə İnternet azadlığına qarşı təhlükə kimi dəyərləndirir.

AİF adı çəkilən dəyişikliklərin real həyatda tətbiqinin daha təhlükəli nəticələri ola biləcəyini bildirir. AİF bildirir ki, demokratik ənənələri yetərli olmayan ölkələr üçün bu tip addımlar sonda senzuraya gətirib çııxarır. Belə ki İnternetdə anonimliyin kifayət qədər geniş yayılması, İnternet resurslarının fiziki olaraq müxtəlif ölkələrdə yerləşməsi, İnternetdə bir anda yüzlərlə saytın və ya konkret informasiyanın yaranması və yoxa çıxması, maraqlı qruplar tərəfindən başqasına məxsus resurslardan informasiyaların yayılması halları  qanunun tətbiqini  kifayət qədər çətinləşdirəcəkdir.

Eyni zamanda AİF, adı çəkilən dəyişikliklərin qəbulundan sonda bir sıra populyar informasiya resurslarının xarici domenlər altında və xarici hostinqlərdə fəaliyyətə keçəcəklərini, resursların və ya istifadəçilərin anonim adlar altında fəaliyyətə üstünlük verəcəklərini istisna etmir. Bütün bunların isə ölkədə normal informasiya infrastrukturunun, dayanıqlı informasiya cəmiyyətinin qurulmasına, milli İnternet seqmentinin inkişafına əngəllər yaradacağı şəksizdir.

AİF bildirir ki, dəyişikliklərin qəbulu bəzi hüquq-mühafizə orqanlarının da resurslarını və gücünü daha vacib işlərdən yayındırmağa xidmət edə bilər. Mövcud resursların kibercinayətkarlıqla mübarizəyə səfərbər olunmasının ciddi əhəmiyyət kəsb etdiyi bir zamanda adi bir istifadəçinin təhqir və böhtanına görə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi Azərbaycan İnternetinə heç də yaxşı günlər vəd etmir.

Facebook, Twitter, Google, Youtube, Vkontakte, Wordpress və bu kimi populyar resursların ofislərinin ölkə daxilində olnmamasının da əlavə problemlər yaradacağı şəksizdir. Bütün bunlar  sonda Azərbaycan hökumətini global dünya ilə İnformasiya müharibəsi səviyyəsinə gətirib çıxara bilər.

AİF diqqətə çatdırır ki, son dövrlərdə ölkədə İKT sahəsində atılan addımlar və əldə olunan uğurlar, Azərbaycanın milli peykə sahib olan ölkəyə çevrilməsi, müxtəlif səpkili beynəlxalq İKT tədbirlərinin keçirilməsi, cari ilin “İKT ili” elan olunması və nəhayət büdcədən İnternetin inkişafına milyonlarla vəsaitin ayrılması ölkənin İKT sahəsində beynəlxalq imicini xeyli yüksəldib.

AF hesab edir ki bütün bu müsbət addımların fonunda tamamilə əks istiqamətdə olan dəyişikliklərin qəbulu anlaşılmaz və təhlükəlidir.

AİF yuxarıda qeyd olunanları nəzərə alaraq icrası kifayət qədər mürəkkəb olan, Azərbaycan İnternetinin inkişafına mane ola biləcək,  internet azadlığının reallaşması üçün ciddi əngəllər yaradacaq, beynəlxalq normalara yetərincə cavab verməyən dəyişikliklərin ölkə rəhbəri tərəfindən təsdiq olunmayacağına ümid edir.

AİF adı çəkilən dəyişikliklərin İnternet ictimaiyyətinin, sahə üzrə ekspertlərin iştirakı ilə yenidən müzakirə edilməsini, bu sahədə daha çox özünütənzimləmə mexanizmlərindən, həmçinin yalnız mülki məsuliyyətdən istifadə edilməsinin vacibliyini  diqqətə çatdırır.
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan İnternet forumunun açıqlaması

04-12-2008

AİF Kosmik Məsələlər üzrə Şuranın sədri , akademik Arif Paşayevə müraciət edib

02-04-2012

Azərbaycan İnternet Forumunun www.eqreb.com bloqu ilə bağlı açıqlaması

16-10-2010

Osman Gündüz : "‘Bu qanunun nəsə bir fayda verəcəyini düşünmürəm’"

30-04-2013

Osman Gündüz Avropa institutlarından Informasiya əldə edilməsi haqqında Qanuna ediləcək dəyişikliklərlə bağlı münasibət bildirməsini istəyib

07-06-2012

İnternetdə təhqirə görə cəza…

06-06-2013

AİF “Eurovision 2012” mahnı müsabiqəsinin Təşkilat Komitəsinə Təkliflər göndərib

11-07-2011

Azərbaycan İnternet Forumunun Day.az-ın fəaliyyətinin dayandırması ilə bağlı açıqlaması

19-02-2009

Azərbaycan İnternet Forumunun (AİF) növbəti toplantısı keçirilib

02-07-2009

RİTN-nin məhkəməyə verilməsi məsələsi AİF-in gündəmindədir

02-06-2010

Azərbaycan İnternet Forumunun məlumatı

19-12-2008

Milli İnternet ünvanların legitimləşdirilməsi ilə bağlı məsələ müzakirə ediləcək

03-02-2010

AİF Azərbaycan İnternetinin “Eurovision–2012” mahnı müsabiqəsinə hazırlığını müzakirə edəcək.

23-06-2011

Azərbaycan İnternet Forumunun toplantısı keçirilib

20-11-2008

AIF Bakı şəhərində keçirilməsi nəzərdə tutulan beynəlxalq İnternet İdarəçiliyi Forumunun (IGF) 7-ci toplantısı ilə bağlı məsələ müzakirə edib

17-07-2012

AİF .az domeninin qeydiyyat məsələsini yenidən gündəmə çıxardı

08-04-2010

Əli Abbasov : “İnternetin hüquqi bazasının inkişafına böyük ehtiyac var”

06-05-2013

Uşaqların təhlükəsizliyi ilə bağlı Treninq keçirilib

18-11-2011

AİF üzvləri ICANN rəhbərliyi ilə görüşüb

08-11-2012

Azərbaycan İnternet Forumunun açıqlaması

06-02-2009

Azərbaycanda və qonşu ölkələrdə müxtəlif bağlantılar vasitəsilə göstərilən İnternet xidmətlərinin qiymətləri araşdırılıb

29-01-2014

Milli internet ünvanların qeydiyyatı məsələləri müzakirə olundu

05-02-2010

AİF Azərbaycanda internetin hazırkı durumu ilə əlaqədar açıqlama yayıb

06-03-2009

Ölkədə İnternet xidmətləri nə üçün keyfiyyətsizdir ?

14-10-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə