Previous Next
Bağla

Azərbaycan İT şirkətləri beynəlxalq tenderdə qalib gələ bilər

25-04-2016 11:30
Azərbaycan İT şirkətləri beynəlxalq  tenderdə qalib gələ bilər

Azərbaycan İT şirkətlərinin konsorsiumu Tanzaniyada keçirilən tenderdə qalib gələ bilər.

Xeberler.az-ın məlumatına görə, Tanzaniya Gəlirlər İdarəsinin İnteqrasiya olunmuş Daxili Vergi İnzibatçılığı Sisteminin yaradılması və tətbiqi üzrə keçirilən tender çərçivəsində tender təkliflərinin açıqlanmasından sonra Azərbaycanın İT şirkətlərindən ibarət konsorsium sözügedən tenderdə qalib gəlmək imkanı var.

Qeyd edək ki, SİNAM JV MFI konsorsiumuna Azərbaycanın SİNAM, Cybernet, Bestcomp Group şirkətləri və Tanzaniyanın MFI Document Solutions şirkəti daxildir. Konsorsiumun əsas podratçısı SİNAM şirkətidir. 

Nəticələri üç aydan sonra açıqlanacaq tenderdə Azərbaycan şirkətlərinin iştirakı Azərbaycan hökumətinin qeyri-neft sektorunun inkişafı və ixrac potensialının artırılması üzrə həyata keçirdiyi dövlət strategiyasının tərkib hissəsidir.

Tender təklifləri aşağıda göstərilmiş qaydada təqim edilib:

23rd Century System – 7,97 mln. ABŞ dolları;

SINAM JV MFI  - 8,77 mln. ABŞ dolları;

Crown Agents JV TechnoBrain  - 11,8 mln. ABŞ dolları;

Data Torque Ltd JV Dimension Data – 13,51 mln. ABŞ dolları;

Sogema Technologies – 18,33 mln. ABŞ dolları; 

Copy Cat Ltd JV TATIS International – 20,56 mln. ABŞ dolları;

Tata Consultant Services JV Tata Africa Holding Ltd – 24,97 mln. ABŞ dolları.

Maraqlıdır ki, tender çərçivəsində ən aşağı qiyməti təklif edən 23rd Century System şirkətinin SAP Gold Partner statusuna baxmayaraq şirkətin vergi sistemi üçün hazır həlli yoxdur ki, bu da onun bu tenderdə qalib gəlmək şansını xeyli azaltmış olur.

Qeyd etmək lazımdır ki, sözügedən tenderin şərtlərinə əsasən qiymətləndirmə zamanı maliyyə təklifi 40, texniki təklif isə 60 əmsalına malikdir. Ona görə də SINAM JV MFI konsorsiumunun maliyyə təklifilə 800 min ABŞ dollarlıq fərq texniki qiymətləndirmə zamanı heçə enə bilər, çünki 23rd Century System şirkətinin avtomatlaşdırılmış vergi sisteminin yaradılması və tətbiqi sahəsində təcrübəsi yoxdur.

Qeyd etmək lazımdır ki, optimal qiymətdən savayı Azərbaycan İT-şirkətlərinin konsorsiumu analoji layihələrin Azərbaycanda və Qırğızıstanda reallaşdırılması təcrübəsinə və qeyd edilən ölkələrdə illərdir ki, istismar edilən vergi sistemi üçün nəzərdə tutulmuş hazır həllərə maıildir. Bundan əlavə Azərbaycan şirkətləri maliyyə sahəsində daha bir neçə iri layihə reallaşdırıblar ki, bu da onların uğur qazanmaq şansını bir az da artırır.

Texniki cəhətdən Azərbaycan konsorsiumu ilə müqayisədə eyni səviyyədə olan digər iştirakçıların qiymət təklifləri isə ən aşağısı 25% bahadır.

Konsorsium yaradılarkən onun iştirakçılarının Tanzaniyada keçirilən tenderin predmetinə uyğun olaraq həmin layihəyə oxşar layihələrdə iş təcrübəsi, kadr potensialı, maliyyə imkanları və respublika xaricində reallaşdırılan layihələrdə iştirak təcrübəsi kimi çox mühüm  göstəricilər nəzərə alınıb:

SİNAM şirkəti - Qırğızıstan Hökuməti yanında Dövlət Vergi Xidməti üçün “İnteqrasiya olunmuş Verginin İdarə olunması İnformasiya Sistemi”, AR Maliyyə Nazirliyi üçün Büdcə təşkilatları üçün Maliyyə və Mühasibatlıq hesabatı proqramı (FARABI), AR Milli Arxiv Fondu üçün Elektron Arxiv Sisteminin yaradılması, Hökumət Ödəniş Portalının yaradılması və digər iri miqyaslı e-hökumət həllərinin tətbiq olunduğu layihələri uğurla həyata keçirib.

Cybernet şirkəti – AR Vergilər Nazirliyi üçün İnteqrasiya olunmuş Vergi İnzibatçılığı Sisteminin yaradılması, AR Əmlak Məsələləri üzrə Dövlət Komitəsi üçün Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastr və İdarəolunması Sisteminin yaradılması kimi layihələri həyata keçirib.

BestComp Group – AR Maliyyə Nazirliyi üçün FARABI proqramının fəaliyyəti üçün avadanlıq və standart/sistem proqram təminatı platformalarının təchizatı, AR Məhkəmə-Hüquq Şurası, ədliyyə təşkilatları və pilot məhkəmələr üçün avtomatlaşdırılmış sənəd dövriyyəsi sistemi və informasiya şəbəkəsinin yaradılması üçün İKT və digər avadanlığın təchizatı kimi layihələri həyata keçirib.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İT şirkətlərimiz birgə layihə reallaşdırır

04-12-2015

Azərbaycan İT şirkətləri xarici tenderdə iştirak edir

23-01-2017

İT şirkətlərimiz beynəlxalq tenderdə iştirak edir

31-03-2016

Azərbaycan şirkəti Tanzaniyada keçirilən texnoloji tenderdə iştirak edir

06-04-2014

SİNAM şirkəti Afrikada fəaliyyətə başlayır

07-04-2015

SİNAM şirkəti İT-həllərini Qırğızıstanın Dövlət Vergi Xidmətində tətbiq edəcək

26-06-2010

“Elektron lisenziya” portalının yaradılması üçün açıq tender keçirilir

29-06-2016

Torpaqların Elektron Kadastrının yaradılması üzrə tender elan edilib

17-02-2016

İKT şirkətlərimiz beynəlxalq tenderdə iştirak edir

24-05-2016

SİNAM şirkəti pensiya sisteminin informasiyalaşdırılması üzrə beynəlxalq tenderdə iştirak edir

27-10-2010

"Azərkosmos" bu il təqribən 22 mln. dollarlıq xidmət ixrac edib

30-11-2022

Sinam Qırğızıstanın keçirdiyi tenderdə iştirak edir

28-08-2015

Azərbaycanın peyk xidmətlərinin ixracı artıb

31-01-2022

Azərbaycanın İT şirkəti Tacikistanda vergi informasiya sisteminin tətbiqinə başlayıb

05-09-2013

«Azərpoçt» kompüter avadanlığının alınması üzrə tender keçirir

27-02-2009

İqtisadi İnkişaf Nazirliyi elektron idarəetmə sisteminin yaradılması ilə bağlı tender keçirir

14-05-2009

Ədliyyə Nazirliyindən "Bestcomp Group"a 4,3 milyon manatlıq sifariş

30-08-2023

“AzerSat”-ın yaradılması ilə bağlı tenderdə Amerika şirkəti qalib gəlib

19-08-2009

Texnologiyaları Nazirliyi ilk milli telekommunikasiya peykinin orbitə buraxılması məqsədilə raket daşıyıcıları arasında tender elan edilməsini planlaşdırır.

26-11-2009

Büdcə Məlumat İdarəetmə Sistemi yaradılacaq

28-10-2019

“Sinam” şirkəti Mərkəzi Bank ödəniş sistemlərinin gücləndirilməsi üzrə işləri payızda başa çatdıracaq

18-06-2013

Qazaxıstan Azərbaycanda vergi sisteminin rəqəmsallaşması təcrübəsilə tanış olub

17-02-2024

Azersky peyki üçün avadanlıq alınır – TENDER ELANI

16-11-2018

"Google" koronavirus peyvəndlərinin təşviqinə 150 mln. dollar ayıracaq

25-01-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə