Previous Next
Bağla

Azərbaycan şirkəti Tanzaniyada keçirilən texnoloji tenderdə iştirak edir

06-04-2014 18:31
Azərbaycan şirkəti Tanzaniyada keçirilən texnoloji tenderdə iştirak edir

 Azərbaycanın “Sinam” şirkəti Tanzaniya Respublikasının Gəlirlər üzrə Səlahiyyətli Dövlət Orqanının “İnteqrasiya olunmuş daxili gəlirlərin idarə olunması sisteminin təchizatı və tətbiqi” üzrə açıq tenderində iştirak edir. 

Şirkətdən AzərTAc-a bildirmişlər ki, tenderin tələblərinə görə, Tanzaniyada 5 milyondan 15 milyonadək vergi ödəyicisinə (müştəriyə) xidmət göstərən və 50-dən yuxarı vergi növünü dəstəkləyən informasiya sistemi qurulmalıdır.Tenderdə dünyanın müxtəlif ölkələrindən, ümumilikdə, 8 şirkət iştirak edir. Hazırda təqdim olunan təkliflər qiymətləndirmə mərhələsindədir. Tenderin nəticələri 2 ay müddətində məlum olacaqdır.

 “Sinam” şirkəti tenderdə özünün tam funksional “İnteqrasiya olunmuş verginin idarə olunması sistemi” adlanan həlli ilə iştirak edir.Bu sistem artıq Qırğızıstanda Asiya İnkişaf Bankının layihəsi çərçivəsində müvəffəqiyyətlə tətbiq olunmuş və beynəlxalq ekspertlərin müsbət rəyini qazanmışdır.

“Sinam” şirkəti Azərbaycanda elektron hökumət həllərinin tətbiqində böyük təcrübə qazanmışdır və artıq bir neçə ildir ki, ölkədə iqtisadi siyasətinin prioritetlərinə uyğun olaraq, xarici bazarlara yüksək texnologiyaların ixracına başlamışdır.Afrika qitəsində yerləşən ölkələrin informasiya texnologiyaları sahəsində indiki durumunu nəzərə alsaq, gözləmək olar ki, təcrübəli Azərbaycan şirkəti bu regionun bir sıra ölkələrində elektron hökumət üzrə davamlı tərəfdaş ola bilər. 

Afrika ölkələri hazırda dünyanın aparıcı informasiya texnologiyaları şirkətlərinin diqqət mərkəzindədir və regiona çıxış yüksək rəqabətliliyi ilə seçilir . (AzərTAc)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan İT şirkətləri xarici tenderdə iştirak edir

23-01-2017

İT şirkətlərimiz birgə layihə reallaşdırır

04-12-2015

SİNAM şirkəti İT-həllərini Qırğızıstanın Dövlət Vergi Xidmətində tətbiq edəcək

26-06-2010

SİNAM şirkəti pensiya sisteminin informasiyalaşdırılması üzrə beynəlxalq tenderdə iştirak edir

27-10-2010

İT şirkətlərimiz beynəlxalq tenderdə iştirak edir

31-03-2016

Azərbaycanın İT şirkəti məhsullarını xarici bazara çıxarır

08-01-2016

Azərbaycan İT şirkətləri beynəlxalq tenderdə qalib gələ bilər

25-04-2016

SİNAM şirkəti Afrikada fəaliyyətə başlayır

07-04-2015

“Sinam” şirkəti “Cisco Silver Partner” statusu uğrunda sertifikasiyadan keçir

25-11-2009

“Sinam” şirkəti Mərkəzi Bank ödəniş sistemlərinin gücləndirilməsi üzrə işləri payızda başa çatdıracaq

18-06-2013

Azərbaycanın İT şirkəti Almaniya şirkəti ilə tərəfdaşlıq haqda razılaşma imzalayıb

25-11-2009

Sinam Qırğızıstanın keçirdiyi tenderdə iştirak edir

28-08-2015

Ultra şirkəti elektron idarəetmənin tətbiqi ilə bağlı keçirilən tenderdə qalib gəlib

25-09-2009

Microsoft şirkəti “Bakutel 2011” sərgisinin baş sponsorudur

22-11-2011

"Elektron-hökumət" üzrə Təlim Mərkəzinin yaradılması başa çatmaq üzrədir.

28-08-2014

«Azərpoçt»-un elan etdiyi tenderin qalibi HP şirkəti oldu

27-08-2009

Rumıniyanın 4 İKT şirkəti Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır

15-03-2013

Bakıda tədrisdə İKT-nin tətbiqinə həsr olunmuş açıq dərslər keçirilib

06-02-2009

Yerli şirkət “Cisco”nun ən yaxşı premyer-partnyoru seçilib

04-03-2013

Azərbaycanda gələn il “e-hökumət” layihələrinin tətbiqi genişlənəcək

03-12-2009

Dünyanın 100-dən artıq şirkəti Bu gün Bakutel 2009-da bir araya gəldi

04-11-2009

Azərbaycan yüksək texnologiyalar sahəsində MDB-nin liderlərindəndir - Rudi Kozak

10-11-2008

Azərbaycan ITU Telecom World 2009-da iştirak edir

05-10-2009

Bakıda elektron hökumətin formalaşması məsələləri müzakirə olunacaq

02-06-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə