Previous Next
Bağla

Azərbaycan MDB-də ən bahalı mobil rabitə tarifi olan ölkələrdəndir

22-02-2011 16:04
Azərbaycan MDB-də ən bahalı mobil rabitə tarifi olan ölkələrdəndir

Azərbaycan mobil telefon tarifinin bahalılığına görə MDB ölkələri arasında üçüncü yerdədir. “İqtisadi forum” jurnalının Rusiyanın “Rossiya” kanalına istinadən verdiyi məlumatda belə deyilir. Xəbərə əsasən, ölkə sakinlərinə mobil telefonla danışığın hər dəqiqəsi təxminən 12 sentə başa gəlir.

MDB-nin mobil rabitə bazarlarının araşdırılması nəticəsində bəlli olub ki, ən ucuz mobil rabitə qiymətləri Özbəkistan, ən bahalı qiymətlər isə Gürcüstandadır. Özbəkistanda mobil danığışın hər dəqiqəsi üçün iki sent, Gürcüstanda isə təxminən 15 sent ödəmək lazım gəlir. İkinci ən bahalı mobil rabitə tarifi Qazaxıstandadır. Bu ölkədə şirkətlər abunəçilərdən hər dəqiqə danışıq üçün, orta hesabla, 13 sent alırlar. Qiymətlərin bahalığına görə, növbəti yerləri Moldova və Ermənistan tutur. Bu ölkələrdə mobil rabitə tarifinin dəqiqəsi, uyğun olaraq, 11 sent və 10 sentdir. Mobil danışıq dəyəri Belarusda səkkiz sent, Ukraynada yeddi sent təşkil edir.

Tacikistan və Qırğızıstanda qiymətlər eynidir. Bu ölkələrdə mobil rabitənin bir dəqiqəsi beş sentə başa gəlir. Tacikistanda bu ilin fevral ayından mobil rabitə danışıqlarına aksiz vergisi tətbiq edilir. Bundan sonra abunəçilər, əlavə olaraq, üç faiz həcmində vergi ödəməli olacaqlar. Ölkənin Maliyyə Nazirliyinin məlumatına görə, mobil rabitə operatorlarının illik gəliri 300 milyon dollar təşkil edir.

Jurnalda qeyd olunur ki, ekspertlər MDB ölkələrinin mobil rabitə bazarının Rusiyadan xeyli geri qaldığı fikrindədirlər. Rusiya isə hələ də Avropaya çata bilməyib. MDB ölkələrinin əksəriyyətində, ən azı, bir Rusiya operatoru fəaliyyət göstərir. Ən yaxşı rəqabətin olduğu bazar Ukrayna hesab olunur. Artıq bütün tezliklər tutulduğundan mobil rabitə operatorları yeni xidmət təklif etməyə üstünlük verirlər.

Qazaxıstanda dörd nəsil rabitə xidməti tətbiq edilir. Özbəkistan, Tacikistan, Ermənistan və Qırğızıstanda videozəng xidmətləri geniş yayılıb. Araşdırmalar göstərir ki, Qafqaz ölkələrində Orta Asiya ilə müqayisədə az sms yazmağa üstünlük verir, əvəzində nömrələrə daha çox diqqət ayırırlar. Gürcüstanda köhnə nömrəni saxlamaqla, operatoru asanlıqla dəyişmək mümkündür.

Azərbaycanda üç mobil rabitə operatoru fəaliyyət göstərir. Bu bazarın əsas payı “Azercell” şirkətinin payına düşür.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda qiymətlər avropa ölkələrindən xeyli bahadır

Azərbaycanda qiymətlər avropa ölkələrindən xeyli bahadır

19-05-2014
MDB ölkələrində telekommunikasiya bazarının gəlirləri artacaq

MDB ölkələrində telekommunikasiya bazarının gəlirləri artacaq

31-01-2011
Rusiyanın mobil operatoru Azərbaycanla əlaqələrini genişləndirir

Rusiyanın mobil operatoru Azərbaycanla əlaqələrini genişləndirir

09-06-2009
Avropa İttifaqı qanunvericilik əsasında SMS-lərin qiymətini endirmək niyyətindədir

Avropa İttifaqı qanunvericilik əsasında SMS-lərin qiymətini endirmək niyyətindədir

10-10-2008
Mobil telefon xidmətləri 660 milyon manat gəlir gətirib

Mobil telefon xidmətləri 660 milyon manat gəlir gətirib

20-10-2013
Azərbaycanda 5G-nin tətbiq ediləcəyi tarix açıqlanıb

Azərbaycanda 5G-nin tətbiq ediləcəyi tarix açıqlanıb

08-10-2019
«Nar Mobile» yeni hədiyyə kampaniyası

«Nar Mobile» yeni hədiyyə kampaniyası

02-04-2009
Azərbaycan ərazisində turistik Sim-kartların realizəsi qeyri-qanunidir

Azərbaycan ərazisində turistik Sim-kartların realizəsi qeyri-qanunidir

24-08-2009
Braziliyada kasıblara pulsuz mobil telefonlar veriləcək

Braziliyada kasıblara pulsuz mobil telefonlar veriləcək

14-11-2009
Azərbaycanda telefon danışıqları tarifləri aşağı sanıla bilər

Azərbaycanda telefon danışıqları tarifləri aşağı sanıla bilər

08-12-2010
Rusiya ilə Azərbaycan arasında rominq qiymətləri azaldılacaq

Rusiya ilə Azərbaycan arasında rominq qiymətləri azaldılacaq

10-12-2018
«Azercell»dən növbəti «Roamcell» xidməti

«Azercell»dən növbəti «Roamcell» xidməti

19-03-2009
Azərbaycanda mobil rabitə tarifləri azaldılacaq

Azərbaycanda mobil rabitə tarifləri azaldılacaq

22-01-2009
Nar Mobile rabitə çıxışı olmayan Masallı sakinlərinə dəstək oldu

Nar Mobile rabitə çıxışı olmayan Masallı sakinlərinə dəstək oldu

10-02-2011
Adobe-un rüblük mədaxili ilk dəfə olaraq $1 milyardı keçib

Adobe-un rüblük mədaxili ilk dəfə olaraq $1 milyardı keçib

27-12-2010
Mobil rabitə 1 trilyon dollar gəlir gətirəcək

Mobil rabitə 1 trilyon dollar gəlir gətirəcək

26-10-2010
SimSim abonentləri İtaliya və Belarusda da öz nömrələrindən istifadə edəcəklər

SimSim abonentləri İtaliya və Belarusda da öz nömrələrindən istifadə edəcəklər

06-12-2008
Azərbaycan mobil rabitə şəbəkəsində nömrənin daşınması xidmətləri tətbiq olunacaq

Azərbaycan mobil rabitə şəbəkəsində nömrənin daşınması xidmətləri tətbiq olunacaq

14-07-2009
Çində mobil rabitə abunəçilərinin sayı 600 milyon nəfəri ötüb

Çində mobil rabitə abunəçilərinin sayı 600 milyon nəfəri ötüb

25-07-2008
Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri mobil rabitə operatorlarını kəskin tənqid edib

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri mobil rabitə operatorlarını kəskin tənqid edib

22-01-2011
Ay ərzində 100 dəqiqə mobil rabitə ilə danışıq üçün orta tarif 6,9 manatdır

Ay ərzində 100 dəqiqə mobil rabitə ilə danışıq üçün orta tarif 6,9 manatdır

25-05-2015
Azərbaycanın milli kosmik rabitə peyki mobil danışıq qiymətlərinə təsir edəcək

Azərbaycanın milli kosmik rabitə peyki mobil danışıq qiymətlərinə təsir edəcək

24-01-2009
«Azərbaycanın mobil rabitə sahəsində «billinq» sisteminin tam tətbiqi üçün vaxt tələb olunur»

«Azərbaycanın mobil rabitə sahəsində «billinq» sisteminin tam tətbiqi üçün vaxt tələb olunur»

24-09-2010
Mobil rabitə operatorları avqustun 1-dən mobil nömrələrin daşınması prosesinə başlamasa

Mobil rabitə operatorları avqustun 1-dən mobil nömrələrin daşınması prosesinə başlamasa

17-07-2013





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə