Previous Next
Bağla

Azərbaycanın milli kosmik rabitə peyki mobil danışıq qiymətlərinə təsir edəcək

24-01-2009 16:17
Azərbaycanın milli kosmik rabitə peyki mobil danışıq qiymətlərinə təsir edəcək

  Azərbaycanın milli «AzerSat» rabitə peyki ilə bağlı işlər gedir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi mənsublarının dediyinə görə, layihənin iqtisadi və texniki tələbləri ilə bağlı yerli mütəxəssislərlə xarici ölkələrdən dəvət edilmiş ekspertlərin hesabatı artıq hazırdır: «Layihənin dəyəri ən azı 60-100 milyon dollardır. Bir sıra şirkətlər iştirak etmək üçün müraciət etsələr də, layihənin maliyyə mənbələrinin dəqiqləşdirilməsi ilə bağlı işlərimizi davam etdiririk».

  Kosmosda «AzerSat»ın olması telefon, İnternet və teleradio siqnallarının ötürülməsini yaxşılaşdırıb sürətləndirməklə yanaşı, ölkənin xarici səs və görüntü siqnallarının ötürülməsi sahəsində xarici ölkələrin müvafiq texniki vasitələrindən tam asılılığını aradan qaldırmağa imkan verəcək.

  Mütəxəssislər deyirlər ki, «AzerSat» ölkədə mobil rabitə və İnternet tariflərini minimum 2 dəfə aşağı sala bilər. Hazırda ölkədəki İnternetin durumundan izafi bəhs etməyə hacət yoxdur. Sadəcə, onu deyək ki, «milli İnternet»imiz Türkiyədəki tariflərlə müqayisədə 4, Rusiya ilə müqayisədə isə 2 dəfə bahadır. Sürət, müxtəlif servislər və qoşulma arealının genişliyi kimi ünsürlər isə Özbəkistan, Qırğızıstan səviyyəsindədir.

  Mobil rabitə tariflərinin baha olmasına gəldikdə isə, «Azərcell» və «Bakcell» mobil rabitə operatorlarının texniki servis menecerləri bildirirlər ki, bu, Azərbaycanın rabitə peykinin olmaması səbəbindən belədir: «Azərbaycan mobil telekommunikasiya üçün başqa ölkələrin peyklərindən istifadə edir. Buna görə də icarə tariflər ucbatından müştərilərə təklif etdiyimiz paketlər indiki qiymətdədir. Lakin bütün imkan və səylərimizdən istifadə edərək, tarifləri aşağı salmaq istiqamətində addımlar atırıq».«NarMobile» yetkililəri də eyni mövqedədir.

 

xeberler.az/Ellada

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“AzerSat”-ın yaradılması ilə bağlı tenderdə Amerika şirkəti qalib gəlib

19-08-2009

Azərbaycan milli rabitə peykinin buraxılması üçün icarəyə iki qlobal orbital mövqe götürmək niyyətindədir

14-01-2009

Milli peykin hazırlanması ilə bağlı xarici ölkələrin mütəxəssisləri ilə müzakirələr başa çatıb

08-07-2008

Azərbaycanın ilk milli süni peyki 2012-ci ilin payızında orbitə çıxarılacaq

22-10-2010

«Azərbaycanın mobil rabitə sahəsində «billinq» sisteminin tam tətbiqi üçün vaxt tələb olunur»

24-09-2010

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri mobil rabitə operatorlarını kəskin tənqid edib

22-01-2011

Ümumdünya İqtisadi Forumunun reytinqində Azərbaycan İKT göstəriciləri xeyli yüksəlib

05-09-2013

“Azərbaycanda 9,1 milyon mobil abunəçi var”

06-01-2011

Rabitə Nazirliyi xarici kanallardan Beynəlxalq Telekommunikasiya Təşkilatına şikayət etdi

29-11-2010

Azərbaycanda mobil rabitə tarifləri azaldılacaq

22-01-2009

Milli rabitə peykinin orbitə çıxarılması üzrə layihənin ümumi məbləği açıqlandı

12-08-2009

Milli peyklə bağlı üç ölkə ilə müqavilə imzalanacaq

23-07-2010

Fevral ayının sonuna kimi internet tariflərinin qiyməti yenidən aşağı endiriləcək!!!

29-01-2009

Azərbaycanda telefon danışıqları tarifləri aşağı sanıla bilər

08-12-2010

Azərbaycanda internet qiymətlərindəki dəyişiklik hiss olunmayacaq dərəcədə cüzidir

08-12-2008

Milli peykin orbitə buraxılması reallaşır

01-08-2008

Bakcell Bakı metropolitenində mobil internet (3G) təşkil edəcək

24-02-2012

Azərbaycanda qiymətlər avropa ölkələrindən xeyli bahadır

19-05-2014

Rabitə peykinin yaradılması üçün tender elan ediləcək

23-02-2009

İnternet qiymətləri kəskin düşərsə AİF, RİTN qarşısında piket keçirməkdən imtina edə bilər

22-01-2009

İnternet qiymətləriylə bağlı yenilik olmayacaq

03-09-2010

“Azərbaycanda internet qiymətlərinin yenidən endirilməsi məsələsinə baxıla bilər”

14-01-2009

Azərbaycanda ilk 3G lisenziyası təqdim edilib

01-12-2009

Azərbaycanda hər 100 nəfərə 78 mobil telefon düşür

28-07-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə