Previous Next
Bağla

Azərbaycan MDB-nin informasiyalaşdırma üzrə Koordinasiya Şurasının iclasında iştirak edib

30-09-2010 18:55
Azərbaycan MDB-nin informasiyalaşdırma üzrə Koordinasiya Şurasının iclasında iştirak edib

 Kişinyovda (Moldova) MDB ölkələrinin Regional Rabitə Birliyi (RRB) yanında informasiyalaşdırma üzrə Koordinasiya Şurasının 16-cı iclası keçirilib.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, tədbirdə Azərbaycanı rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov təmsil edib.

İclas zamanı Şura üzvləri tərəfindən MDB ölkələrinin informasiyalaşdırma sahəsində əməkdaşlıq strategiyasının yerinə yetirilməsinə dair məlumat dinlənilib. Həmçinin tədbir çərçivəsində RRB-yə üzv-ölkələrdə informasiya-kommunikasiya texnologiyalarının inkişafı, eləcə də informasiya cəmiyyətinin qurulması məqsədilə milli proqramların, layihələrin və yeni texnologiyaların reallaşdırılması və tətbiqi istiqamətində görülmüş işlər haqqında məruzələr təqdim olunub. Şura sözügedən məsələ üzrə üzv-ölkələr arasında təcrübə mübadiləsinin davam etdirilməsini məqsədəuyğun hesab edib.

Bundan başqa, iclasda MDB ölkələrində «elektron hökumətlər» infrastrukturlarının informasiya təhlükəsizliyinin təmin olunması üzrə görülən tədbirlər müzakirə olunub.

Sonda Koordinasiya Şurasının üzvləri İKT sahəsində əməkdaşlığın davam etdirilməsinin, eləcə də RRB-yə üzv-ölkələrdə informasiya cəmiyyətinin qurulması üzrə birgə fəaliyyətin tərtib olunmasının əhəmiyyətini və zəruriliyini vurğulayıb.

mənbə: APA

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakıda Regional Rabitə Birliyinin İnformasiyalaşdırma üzrə Komissiyasının iclası başlanır

17-12-2009

Azərbaycan informasiya təhlükəsizliyi üzrə iclasda iştirak edəcək

09-04-2013

Azərbaycan Regional Rabitə Birliyinin tədbirlərində iştirak edir

24-08-2010

MDB-nin 2030-cu ilədək informasiya təhlükəsizliyi strategiyası müzakirə olunub

18-05-2021

MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun ekspert qrupunun iclası keçirilir

07-12-2009

Bakıda RRB-nin tədbirləri keçiriləcək

07-09-2010

İnternetin inkişafı üzrə Koordinasiya Şurasının növbəti iclası keçirilib

17-12-2008

Kiyevdə GUAM-ın İnformasiya texnologiyaları üzrə işçi qrupunun iclası keçirilib

17-12-2010

Azərbaycan Regional Rabitə Birliyinin iclasında təmsil olunacaq

25-10-2015

Bakıda Beynəlxalq Telekommunikasiya İttifaqının regional seminarı keçirilir

14-12-2009

İnformasiya Cəmiyyətinin İnkişafı üzrə İşçi Qrupunun iclası keçirilib

17-04-2019

Bakıda MDB-nin iştirakçı ölkələrinin Dövlətlərarası Hökumət Rabitəsi üzrə Koordinasiya Şurasının 30-cu iclası keçirilib

17-10-2023

Bakıda Regional Rabitə Birliyi komissiyalarının birgə iclası keçiriləcək

03-09-2010

Standartlaşdırma üzrə “İnformasiya-kommunikasiya texnologiyaları” Texniki Komitəsinin növbəti iclası keçirilib

29-12-2008

Azərbaycan tezliklərin səmərəli istifadəsi üzrə ekspert görüşündə iştirak edir

16-12-2010

Azərbaycan Qazaxıstanda keçirilən Rəqəmsal Yayım üzrə Koordinasiya Qrupunun iclasında iştirak edəcək

01-09-2009

Azərbaycan Regional Rabitə Birliyinin iclaslarında təmsil olunacaq

02-05-2015

Nazirlik nümayəndələri beynəlxalq tədbirdə iştirak edib

18-04-2017

MDB-yə üzv ölkələrin kitabxanalararası abonement sistemində güzəştli poçt tarifləri müzakirə olunacaq

17-11-2009

Azərbaycan MDB ölkələrini e-səhiyyə üzrə yeni qanunları birgə işləməyə çağırıb

12-06-2021

Azərbaycan NGN-la bağlı keçirilən beynəlxalq forumda iştirak edir

24-08-2009

Bakıda “Telekommunikasiya və informasiya texnologiyaları” konfransı keçirilib

05-11-2009

Elektron kommunikasiyaların tənzimlənməsi üzrə seminar başladı

08-10-2010

Azərbaycan Regional Rabitə Birliyinin mükafatına layiq görülüb

08-05-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə