Previous Next
Bağla

Azərbaycan nümayəndə heyəti Silikon Vadisinə səfər edib

25-07-2025 15:57
Azərbaycan nümayəndə heyəti Silikon Vadisinə səfər edib

49-cu ICPC Dünya Finalına hazırlıq çərçivəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) nümayəndə heyətinin ABŞ-nin Kaliforniya ştatında yerləşən Silikon Vadisinə səfəri baş tutub. Səfər zamanı “ICPC Foundation”ın dəstəyi və təşkilatçılığı ilə 2-4 iyul tarixlərində bir sıra rəsmi tədbir və görüşlər keçirilib. 

Xeberler.az bildirir ki, 2 iyul tarixində Silikon Vadisində yerləşən “Quora” şirkətinin baş ofisində Bakıda keçiriləcək ICPC 2025 Dünya finalına həsr olunmuş beynəlxalq şəbəkələşmə tədbiri keçirilib. 

Tədbirdə İRİA-nın İdarə Heyətinin sədr müavini Şahin Əliyev təqdimatla çıxış edib. Təqdimatda o, Agentliyin innovasiya, rəqəmsal və təhsil istiqamətləri üzrə fəaliyyəti, əldə etdiyi nəaliyyətlər, məhsul və həllər barədə məlumat verib. Şahin Əliyev İRİA-nın Azərbaycanda İKT sahəsi üzrə insan kapitalının inkişafına verdiyi töhfələrdən bəhs edərək ICPC Dünya Finalına hazırlıqların davam etdiyini vurğulayıb. 

Qeyd edək ki, şəbəkələşmə tədbiri ICPC Fondunun prezidenti Dr. Uilyam Pouçer,  “Quora” şirkətinin qurucusu və OpenAI İdarə Heyətinin üzvü  Adam D’Angelonun  dəstəyi ilə təşkil olunub. 

Səfər çərçivəsində “Google”, “Meta" kimi nəhəng şirkətlər,  “Silkroad Hub” mərkəzi və Silikon Vadisində yerləşən innovasiya mərkəzləri və texnoloji muzeylərə ziyarətlər təşkil edilib. Silikon Vadisində çalışan azərbaycanlı mütəxəssislər,  eyni zamanda qlobal texnologiya şirkətləri ilə potensial əməkdaşlıq imkanları müzakirə edilib.

Qeyd edək ki, sözügedən tədbir və görüşlərin keçirilməsində başlıca məqsəd azərbaycanlı və xarici ICPC məzunları ilə əlaqələrin qurulması, İKT sahəsində fəaliyyət göstərən mütəxəssislərlə şəbəkələşmə, Bakıda keçiriləcək 49-cu ICPC Dünya Finalı ilə bağlı təqdimatın edilməsi və gələcək əməkdaşlıq imkanlarının müzakirəsi olub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan beynəlxalq proqramlaşdırma müsabiqəsinin finalına hazırlaşır

19-03-2025

İRİA: ICPC Azərbaycanda startapların sayının artmasına töhfə verəcək

04-09-2025

ICPC dünya finalı çərçivəsində qaliblər mükafatlandırılıb

03-09-2025

ICPC 2025 Dünya Finalında Azərbaycanı BANM təmsil edəcək

29-08-2025

Samir Məmmədov: ICPC Finalı dünyanın ən parlaq gənc beyinlərinin görüş nöqtəsidir

01-09-2025

ICPC prezidenti Bakını "planetin ən ağıllı şəhəri" adlandırıb

01-09-2025

Azercell Beynəlxalq Müsabiqəsinin telekommunikasiya tərəfdaşıdır

18-08-2025

Bakı Proqramlaşdırma Müsabiqəsinin Dünya Finalına ev sahibliyi edəcək

13-02-2025

Azercell-in dəstəyi ilə keçirilən ICPC Dünya Finalı başa çatıb

10-09-2025

ABB Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin tərəfdaşıdır

29-08-2025

İRİA “Plugand Play” ilə əməkdaşlığa başlayır

01-12-2025

BDU-nun komandası ICPC-nin Azərbaycan üzrə finalına vəsiqə qazanıb

31-10-2025

İRİA: ICPC kimi yarışlar dünyanın parlaq beyinlərini bir araya gətirir

04-09-2025

İRİA və Çad Respublikası rəqəmsal inkişaf üzrə əməkdaşlığı müzakirə edib

17-03-2026

Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin açılış mərasimi olub

02-09-2025

İRİA və “Plug and Play” "GOAL" proqramına start verir

23-03-2026

Məktəblilər arasında "R.M. 90" proqramlaşdırma müsabiqəsi keçirilib

22-10-2025

BMU-da Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi keçirilib

28-10-2024

Silikon Vadisində Azərbaycan İnnovasiyalar Evi yaradılacaq

17-01-2020

ABŞ-da Azərbaycan İnnovasiyalar Evinin açılış mərasimi keçirilib

20-02-2020

Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsi keçiriləcək

08-11-2019

Silikon Vadisinin startap proqramı Azərbaycanda

18-10-2019

ADA ICPC-nin aparıcı iştirakçı universitetləri sırasına daxil olub

04-09-2025

İRİA ilin ən böyük texnologiya sərgisinə qatılıb

20-10-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə