Previous Next
Bağla

BMU-da Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi keçirilib

28-10-2024 20:33
BMU-da Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) 49-cu ICPC - Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin dörddə bir mərhələsi keçirilib.

Müsabiqə ICPC-nin Azərbaycan üzrə ev sahibi statusunda olan BMU, o cümlədən ADA Universitetinin təşkilatçılığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə reallaşıb.

Xeberler.az məlumat verir ki, müsabiqədə respublikanın 22 ali təhsil müəssisəsindən hər biri 3 tələbədən və 1 liderdən ibarət 51 komanda iştirak edib.

Açılış mərasimində BMU-nun İnformasiya və kompüter texnologiyaları fakültəsinin dekanı professor Vaqif Qasımov çıxış edərək universitetdə İT ixtisasları üzrə tələbələrin təhsil alması üçün yaradılan geniş maddi-texniki və tədris bazası haqqında məlumat verib. Eyni zamanda, BMU-nun müxtəlif belə tədbirlərə və müsabiqələrə ev sahibliyi etdiyini, müsabiqələrin yüksək səviyyədə keçirilməsi üçün müvafiq şərait yaradıldığını deyib.

Tədbirdə müsabiqəyə ilk dəfə qatılan Qarabağ Universitetinin kafedra müdiri dosent Ramil Məmmədli və ICPC Azərbaycanın münsiflər heyətinin sədri, ADA Universitetinin professoru Fuad Hacıyev çıxış edərək komandalara yarışda uğurlar diləyiblər.

Sonra ICPC Azərbaycanın regional direktoru və koordinatoru, BMU-nun İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının baş müəllimi Etibar Seyidzadə və texniki komitənin sədri, BMU elektron sistem inzibatçısı Rauf Süleymanlı Azərbaycan ali təhsil müəssisələrinin bu müsabiqədə iştirakları, əldə edilmiş uğurlar və texniki məsələlər barədə məlumat veriblər.

Müsabiqədə müvəffəqiyyət qazanan komandalar dekabrın 13-15-də Gürcüstanda keçiriləcək 49-cu ICPC - Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin yarımfinal mərhələsində və Cənubi Qafqaz açıq çempionatında (komanda və fərdi) iştirak edəcəklər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

48-ci Beynəlxalq proqramlaşdırma müsabiqəsinin Azərbaycan üzrə təsnifat mərhələsi keçirilib

25-10-2023

BDU-nun komandası ICPC-nin Azərbaycan üzrə finalına vəsiqə qazanıb

31-10-2025

Qarabağ Universitetinin tələbələri proqramlaşdırma üzrə beynəlxalq müsabiqənin finalına vəsiqə qazanıblar

24-10-2024

Tələbələrimiz beynəlxalq proqramlaşdırma müsabiqəsində qalib oldu

11-12-2015

Tələbələrin proqramlaşdırma üzrə müsabiqəsinin finalı keçirilib

26-10-2015

Bakı Proqramlaşdırma Müsabiqəsinin Dünya Finalına ev sahibliyi edəcək

13-02-2025

Proqramlaşdırma üzrə beynəlxalq müsabiqənin qalibləri açıqlanıb-Foto

24-10-2016

Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsi keçiriləcək

08-11-2019

Azercell-in dəstəyi ilə keçirilən ICPC Dünya Finalı başa çatıb

10-09-2025

ICPC dünya finalı çərçivəsində qaliblər mükafatlandırılıb

03-09-2025

ABB Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin tərəfdaşıdır

29-08-2025

Azercell Beynəlxalq Müsabiqəsinin telekommunikasiya tərəfdaşıdır

18-08-2025

BMU məzunu “Stipendium Hungaricum” təqaüdünü qazanıb

11-09-2024

Azərbaycan beynəlxalq proqramlaşdırma müsabiqəsinin finalına hazırlaşır

19-03-2025

BMU-da informasiya texnologiyaları üzrə yeni fakültə yaradılıb

13-09-2024

BANM tələbələri Tbilisidə keçirilən müsabiqədə mükafatlandırılıb

15-01-2025

BMU Texnoparkı “Innovation Lab” sertifikatına layiq görülüb

27-08-2025

Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin açılış mərasimi olub

02-09-2025

Koreya Elm və Texnologiya Siyasəti İnstitutunun nümayəndə heyəti BMU-da olub

25-10-2024

BMU ilə Özbəkistan universiteti arasında memorandum imzalanıb

18-02-2025

BMU-nun 4 komandası Dünya Robototexnika Çempionatının finalına vəsiqə qazanıb

09-04-2025

BMU tələbəsi Astanada keçirilən hakatonda 3-cü yeri tutub

21-10-2024

Beynəlxalq proqramlaşdırma müsabiqəsi yekunlaşdı

10-12-2014

BMU tələbələri rəqəmsal innovasiyalar hakatonunda uğur qazanıblar

14-10-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə