Previous Next
Bağla

"Mobil operatorlara qanun çərçivəsində təzyiq olunacaq"

24-11-2010 03:34
"Mobil operatorlara qanun çərçivəsində təzyiq olunacaq"

Bu gün Bakıda Regional Rabitə Birliyi nazirlərinin 43-cü iclası keçirilib. İclasda birliyə daxil olan ölkələrdə peyk rabitəsinin inkişafı, rəqəmsal yayımın vəziyyəti, yeni elektron rabitə xidmətləri, poçt xidmətlərinin inkişafı və bu sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub. İclasda rouminq xidmətlərinə xüsusi diqqət yetirilib. Azərbaycan tərəfi təklif edib ki, birliyə daxil olan ölkələrdə rouminq tarifləri azaldılsın. Bununla bağlı mobil rabitə operatorlarına təkliflər verildiyini deyən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov hesab edir ki, rouminq xidmətlərindən istifadə edənlər gələn ilin əvvəlindən tariflərin endirilməsini hiss edəcək.

Onun sözlərinə görə, hazırda rouminq qiymətləri bazar mühitində tənzimlənir: “Rouminq qiymətlərinin problemi odur ki, bir ölkədən yox, digər ölkədən və mobil operatorlardan da asılıdır. Demək olar ki, bütün ölkələrdə bu qiymətlər dövlət tərəfindən tənzimlənmir. Ona görə də bir qədər əvvəl MDB Hökumət Başçıları Şurasının iclasında da belə qərar çıxarılıb, həmçinin RRB də qərara gəlib ki, bu məsələlərlə məşğul olsun. Çünki RRB-nin mobil operatorlara təsiri böyükdür, həmçinin birliyin nəzdində beynəlxalq operatorların şurası da var”.

Ona görə də nazir hesab edir ki, rouminqlə bağlı məsələləri həll etmək mümkün olacaq: “Ölkələrin də hamısı bu məsələyə çox ciddi yanaşırlar. Biz qərara gəldik ki, RRB-yə daxil olan ölkələri əhatə edən təkliflər veriləcək, operatorlara müəyyən dərəcədə qanun çərçivəsində təzyiqlər ediləcək ki, rouminq qiymətlərini aşağı salsınlar”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Əli Abbasov mobil operatorların rominq tariflərindən razı deyil

11-02-2011

Rouminq qiymətləri endiriləcək

10-12-2010

Azərbaycanda telefon danışıqları tarifləri aşağı sanıla bilər

08-12-2010

Azərbaycanda rouminq tariflərinin azaldılması istiqamətində işlərə başlanılıb

06-12-2010

MDB-nin 2030-cu ilədək informasiya təhlükəsizliyi strategiyası müzakirə olunub

18-05-2021

Azərbaycan "Şərq Tərəfdaşlığı" ölkələri ilə regional rouminq sazişi imzalayacaq

09-07-2021

Rominqlə bağlı ölkələrarası ekspert qrupu yaradıla bilər

04-12-2015

Azərbaycanda gələn həftədən etibarən konturlar ləğv olunur

23-02-2011

Avropa İttifaqı qanunvericilik əsasında SMS-lərin qiymətini endirmək niyyətindədir

10-10-2008

Qarşılıqlı Rouminq Ekpertlər Qrupunun (IREG) 55-ci illik iclası işə başladı

30-10-2008

Azərbaycan Regional Rabitə Birliyinin tədbirlərində iştirak edir

24-08-2010

İnformasiya Cəmiyyətinin İnkişafı üzrə İşçi Qrupunun iclası keçirilib

17-04-2019

Ukrayna və Moldova rəsmən Aİ-nin rouminq zonasına daxil olub

02-01-2026

«Azercell» şirkəti Tacikistan və Liberiya operatorları ilə rouminq sazişi imzalayıb

18-12-2008

Yarım ildən sonra Avropa İttifaqı rouminq xidmətlərinin qiymətini aşağı salacaq

03-12-2008

«Azercell» Estoniya, Lüksemburq və Lixtenşteyn ilə rouminq sazişi bağlayıb

11-12-2008

Azərbaycan Regional Rabitə Birliyinin mükafatına layiq görülüb

08-05-2015

Bakcell şirkəti rouminq qiymətlərində endirim etdi

22-04-2011

«Beeline» şirkəti «Azerfon» şəbəkəsində beynəlxalq rouminq xidmətlərinə başlayıb

16-03-2009

Azərbaycan rabitə şəbəkələrində dələduzluqla mübarizə məsələlərinin müzakirəsində iştirak edib

17-06-2021

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri mobil rabitə operatorlarını kəskin tənqid edib

22-01-2011

“Mobil texnologiyalar daha əlçatan olmalıdır”

04-04-2015

Azərbaycan Regional Rabitə Birliyinin iclasında təmsil olunacaq

25-10-2015

“Bakcell” rouminq tərəfdaşlarının sayını 2,5 dəfə artırıb

27-08-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə