Previous Next
Bağla

Azərbaycan Televiziyasının arxivi rəqəmsallaşdırırlır

05-05-2023 08:45
Azərbaycan Televiziyasının arxivi rəqəmsallaşdırırlır
QSC-nin İctimaiyyətlə Əlaqələr və Sosial Media şöbəsinin məlumatına görə, AzTV-TRT-TİKA arasında arxiv materiallarından səmərəli istifadə ilə bağlı əməkdaşlıq memorandumu imzalanıb.
 
1956-cı il fevralın 14-də fəaliyyətə başlayan Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin 67 il ərzində toplanmış min saatlarla arxiv materialları, bura xəbərlər üçün süjetlərdən tutmuş sənədli və bədii filmlər, tamaşalar, hətta cizgi filmləri daxildir, yenidən işıq üzü görəcək.
 
Təəssüf ki, “Qızıl fond” adlandırılan və xalqımızın tarixini, XX əsrin 60-70-80-ci illərində ölkəmizdə baş verən ictimai-siyasi prosesləri, sosial-mədəni hadisələri əks etdirən həmin materiallar bugünədək araşdırılmayıb, köçürülməyib və istifadə edilməyib. Səbəb zəruri texniki avadanlıqların olmaması idi. Lakin hazırda həmin avadanlıq TİKA və TRT-nin köməkliyi ilə əldə edilib və təmənnasız AzTV-yə hədiyyə olunub.
Bu gün köçürmə avadanlığının təqdimatı və QSC-nin nəzdində yaradılan köçürmə otağının açılışı baş tutub. Tədbirdə AzTV sədri Rövşən Məmmədov, Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndəsi Nurəddin Ərdoğan, TİKA Bakı proqram koordinatoru Fatih Yılmaz, TRT Bakı təmsilçisi Murat Akkoç, Anadolu Agentliyinin Bakı təmsilçisi Tolga Özgenç, Türk Dünyası Universitetinin dekanı Mehmet Yüce və Prezident Administrasiyasının nümayəndələri iştirak ediblər.
 
Tədbir iştirakçıları öncə AzTV-nin şəhid jurnalistlərinin xatirəsini yad ediblər. Daha sonra AzTV-TRT-TİKA arasında arxiv materiallarından səmərəli istifadə ilə bağlı əməkdaşlıq memorandumu imzalanıb. Ardınca isə köçürmə otağına baxış keçirilib. Aparılan müzakirələr əsasında xüsusi olaraq vurğulandı ki, AzTV-TRT-TİKA əməkdaşlığı bundan sonra da inkişaf etdirilərək yeni sahələri, xüsusən mütəxəssislərin mübadiləsi, gələcəkdə də zəruri texniki avadanlıqların əldə edilməsi, AzTV əməkdaşlarının TRT nəzdində ixtisasartırma kurslarına intensiv cəlb olunması və s. kimi mühüm istiqamətlər daxildir.
 
Onu da əlavə edək ki, QSC-nin arxiv materialları yalnız köçürülməyəcək, “Qızıl fond” bundan sonra vaxtı ötmüş və istifadəyə yararsız lentlərdə deyil elektron arxiv sistemində mühafizə olunacaq.
 
Xatırladaq ki, Elektron Arxiv Sistemi Prezident İlham Əliyevin tapşırığı və dövlət başçısının müvafiq sərəncamı əsasında QSC-yə 1 milyon manat vəsaitin ayrılması ilə yaradılır. Proses may ayının sonunda başa çatacaq. Daha sonra 67 il ərzində formalaşmış “Qızıl fond” hissə-hissə, tarixi mərhələlər üzrə elektronlaşdırılacaq ki, bu da fondun keyfiyyətli və ən əsası təhlükəsiz müdafiəsi, qorunması deməkdir.
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“İdman Azərbaycan” kanalına icraçı direktor təyin olunub

“İdman Azərbaycan” kanalına icraçı direktor təyin olunub

24-07-2009
“TRT 1-in yayımı qısa zamanda bərpa olunacaq”

“TRT 1-in yayımı qısa zamanda bərpa olunacaq”

02-11-2016
“Hicran” tamaşasını keyfiyyətli formada yayımlayacaq

“Hicran” tamaşasını keyfiyyətli formada yayımlayacaq

02-02-2023
Azərbaycan Televiziya və Radio Verilişləri QSC-yə sədr təyin edilib

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-yə sədr təyin edilib

00-00-0000
AzTV-də yeni təyinatlar olub

AzTV-də yeni təyinatlar olub

22-07-2009
Hesablama Palatası AzTV-də yoxlama aparacaq

Hesablama Palatası AzTV-də yoxlama aparacaq

10-01-2023
TRT Anadolu yayıma başladı

TRT Anadolu yayıma başladı

01-11-2010
Ekspert:AzTV-nin Bədii Şurasının növbəti iclası keçirilib

Ekspert:AzTV-nin Bədii Şurasının növbəti iclası keçirilib

07-06-2022
Türkiyənin TRT-1 kanalı Azərbaycanın milli tezliyində yayımlanacaq

Türkiyənin TRT-1 kanalı Azərbaycanın milli tezliyində yayımlanacaq

29-04-2009
AzTV bir milyon manatlıq tenderin qalibini açıqlayıb

AzTV bir milyon manatlıq tenderin qalibini açıqlayıb

13-11-2022
AzTV auditor seçib

AzTV auditor seçib

11-04-2023
"Mədəniyyət" TV 14 Fevralda açılacaq

"Mədəniyyət" TV 14 Fevralda açılacaq

03-02-2011
TRT telekanalı Qarabağ problemi barədə veriliş və sənədli filmlər hazırlayıb

TRT telekanalı Qarabağ problemi barədə veriliş və sənədli filmlər hazırlayıb

28-12-2010
TRT-nin yayımı dayandırıldı

TRT-nin yayımı dayandırıldı

01-11-2016
Hesablama Palatası AzTV-də yoxlamalara başlayıb

Hesablama Palatası AzTV-də yoxlamalara başlayıb

03-04-2023
Azərbaycanda ən çox ziyarət olunan dövlət saytları açıqlanıb

Azərbaycanda ən çox ziyarət olunan dövlət saytları açıqlanıb

06-02-2023
TİKA və MEK əməkdaşlığı genişləndirir

TİKA və MEK əməkdaşlığı genişləndirir

28-04-2026
Ölkəmizdə arxiv fondlarının məlumat sisteminə elektron çıxış imkanı yaradılıb

Ölkəmizdə arxiv fondlarının məlumat sisteminə elektron çıxış imkanı yaradılıb

24-12-2015
TRT kanalının erməni dilində saytı fəaliyyətə başlayıb

TRT kanalının erməni dilində saytı fəaliyyətə başlayıb

15-10-2009
Türkiyənin dövlət radiosu ermənicə yayıma başlayacaq

Türkiyənin dövlət radiosu ermənicə yayıma başlayacaq

02-01-2009
Azərbaycan Televiziyasının veb saytı yaradılıb

Azərbaycan Televiziyasının veb saytı yaradılıb

05-09-2019
TRT Azərbaycanda radiomonitorinq aparacaq

TRT Azərbaycanda radiomonitorinq aparacaq

17-01-2023
Milli Arxiv İdarəsinin 2 milyon manatlıq tenderinin qalibi məlum oldu

Milli Arxiv İdarəsinin 2 milyon manatlıq tenderinin qalibi məlum oldu

29-08-2023
TRT erməni dilində telekanal açacaq

TRT erməni dilində telekanal açacaq

05-01-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə