Previous Next
Bağla

TİKA və MEK əməkdaşlığı genişləndirir

28-04-2026 19:53
TİKA və MEK əməkdaşlığı genişləndirir

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı proqram koordinasiya ofisində Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) nümayəndə heyəti ilə görüş keçirilib.

Xeberler.az məlumat verir ki, görüşün əsas məqsədi tərəflər arasında mövcud əməkdaşlıq imkanlarının dəyərləndirilməsi və gələcək birgə layihələrin müzakirəsi olub.

Görüşdə TİKA-nın Bakı proqram koordinatorunun müavinləri Kürşat Özdemir və Güven Çolak, əməkdaş Abbas Hümmətov, MEK-in rəqəmsallaşma, innovasiya və elektron xidmətlər üzrə direktor müavini tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev, Süni intellekt və rəqəmsal kitabxana şöbəsinin baş mütəxəssisi riyaziyyat üzrə fəlsəfə doktoru Azad Qurbanov, həmçinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü iştirak ediblər.

Müzakirələr zamanı TİKA-nın Bakı proqram koordinatorluğunun fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr və müxtəlif sahələr üzrə təqdim etdiyi dəstək mexanizmləri haqqında danışılıb. Xüsusilə qeyd edilib ki, TİKA Azərbaycan Milli Elmlər Akademiyası və onun tərkibində fəaliyyət göstərən Mərkəzi Elmi Kitabxana ilə birgə layihələrin icrasında maraqlıdır və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar mövcuddur.

Daha sonra MEK-in əsas fəaliyyət istiqamətləri, hədəfləri və müasir texniki infrastrukturu barədə məlumat verilib. Kitabxanada son illərdə həyata keçirilən rəqəmsallaşdırma layihələri, innovativ xidmətlər və qardaş Türkiyənin müxtəlif qurumları ilə qurulan səmərəli əməkdaşlıq nümunələri vurğulanıb.

Görüşün sonunda tərəflər qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi, birgə layihələrin hazırlanması və konkret istiqamətlər üzrə fəaliyyətin davam etdirilməsi barədə razılığa gəliblər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
 Elektron Akademiya şöbəsinin müdiri MEK-in vikipediyaçıları ilə görüşüb

Elektron Akademiya şöbəsinin müdiri MEK-in vikipediyaçıları ilə görüşüb

26-01-2023
“AMEA-da elektron kitabxana yeni mərhələdə” adlı təqdimat mərasimi keçirilib

“AMEA-da elektron kitabxana yeni mərhələdə” adlı təqdimat mərasimi keçirilib

26-09-2024
Rəqəmsal kitabxanalar mövzusunda tədbir keçirilib

Rəqəmsal kitabxanalar mövzusunda tədbir keçirilib

22-05-2019
Elektron elmi-intellektual bazanın yaradılması müzakirə edilib

Elektron elmi-intellektual bazanın yaradılması müzakirə edilib

29-02-2016
 Mərkəzi Elmi Kitabxanada İT-dən istifadə genişləndirilir

Mərkəzi Elmi Kitabxanada İT-dən istifadə genişləndirilir

12-01-2016
MEK-in növbəti “Vikipediya” təlimləri yekunlaşıb

MEK-in növbəti “Vikipediya” təlimləri yekunlaşıb

11-12-2025
AMEA  texnoparkı Moskva ilə birgə layihələr hazırlayacaq

AMEA texnoparkı Moskva ilə birgə layihələr hazırlayacaq

19-04-2017
MEK-də elektron kitabxana və rəqəmsal xidmətlər genişləndirilib

MEK-də elektron kitabxana və rəqəmsal xidmətlər genişləndirilib

15-12-2025
 İnnovasiya fəaliyyəti və patent məsələsi müzakirə edilib

İnnovasiya fəaliyyəti və patent məsələsi müzakirə edilib

02-12-2016
Mərkəzi Elmi Kitabxana Vahid Qeydiyyat Sisteminin yenilikləri ilə bağlı təlim keçirib

Mərkəzi Elmi Kitabxana Vahid Qeydiyyat Sisteminin yenilikləri ilə bağlı təlim keçirib

22-11-2018
İsa Həbibbəyli “İnnovasiyalar Mərkəzi”nin direktoru ilə görüşüb

İsa Həbibbəyli “İnnovasiyalar Mərkəzi”nin direktoru ilə görüşüb

26-08-2025
“TRT 1-in yayımı qısa zamanda bərpa olunacaq”

“TRT 1-in yayımı qısa zamanda bərpa olunacaq”

02-11-2016
MEK-də Hiperkitap rəqəmsal verilənlər bazasına əlçatanlıq təmin edilib

MEK-də Hiperkitap rəqəmsal verilənlər bazasına əlçatanlıq təmin edilib

15-01-2026
Macarıstan İnnovasiyalar İdarəsi ilə anlaşma memorandumu imzalanıb

Macarıstan İnnovasiyalar İdarəsi ilə anlaşma memorandumu imzalanıb

21-11-2014
ETİ-nin Təbiət və dəqiq elmlər şöbəsinin əməkdaşları beynəlxalq  konfransda iştirak ediblər

ETİ-nin Təbiət və dəqiq elmlər şöbəsinin əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

22-06-2022
Mərkəzi Elmi Kitabxananın saytı yenilənəcək

Mərkəzi Elmi Kitabxananın saytı yenilənəcək

09-02-2017
MEK EBSCO elektron məlumat bazasını oxucuların istifadəsinə verib

MEK EBSCO elektron məlumat bazasını oxucuların istifadəsinə verib

29-10-2018
İnformasiya Texnologiyaları İnstitutunun təhsil şöbəsinin fəaliyyət planı müzakirə olunub

İnformasiya Texnologiyaları İnstitutunun təhsil şöbəsinin fəaliyyət planı müzakirə olunub

23-01-2019
MEK elektron arxivlərin etibarlı mühafizəsini təklif edir

MEK elektron arxivlərin etibarlı mühafizəsini təklif edir

14-03-2019
AMEA-da elektron elmin inkişaf istiqamətləri müzakirə olunub

AMEA-da elektron elmin inkişaf istiqamətləri müzakirə olunub

22-07-2025
 AMEA-nın Yüksәk Texnologiyalar Parkı ANAMA ilə Niyyət Sazişi imzalayıb

AMEA-nın Yüksәk Texnologiyalar Parkı ANAMA ilə Niyyət Sazişi imzalayıb

02-10-2018
Türkiyənin müasir elektron resursları adlı seminar keçirilib

Türkiyənin müasir elektron resursları adlı seminar keçirilib

06-11-2019
MEK və Macarıstanın şirkəti arasında onlayn görüş keçirilib

MEK və Macarıstanın şirkəti arasında onlayn görüş keçirilib

14-04-2022
MEK “Elsevier”in beynəlxalq elektron bazasına abunəliyi həyata keçirir

MEK “Elsevier”in beynəlxalq elektron bazasına abunəliyi həyata keçirir

29-05-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə