Previous Next
Bağla

Azərbaycan və Koreya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclası keçirilib

07-02-2020 17:47
Azərbaycan və Koreya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclası keçirilib

Bakıda Azərbaycan və Koreya hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclası keçirilib.

Xeberler.az bildirir ki, Azərbaycan nümayəndə heyətinə komissiyanın həmsədri, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Koreya nümayəndə heyətinə isə komissiyanın həmsədri, Koreya Respublikası Ticarət, Sənaye və Energetika nazirinin müavini Park Kiyounq rəhbərlik edib.

Tədbirdə ölkələrimiz arasında İKT, elektron hökumət, nəqliyyat, energetika, elm, mədəniyyət və digər sahələrdə geniş əməkdaşlıq perspektivləri müzakirə edilib. Hər iki ölkənin bir sıra beynəlxalq təşkilatlar, xüsusən BMT çərçivəsində də fəal əməkdaşlıq etdiyi bildirilib. Azərbaycan və Koreyanın makroiqtisadi göstəriciləri, həmçinin iki ölkə arasında ticarət həcmi barədə fikir mübadiləsi aparılıb və hazırkı iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb.

İclasda Azərbaycanın neft ixracından asılılığı azaltmaq üçün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində gördüyü işlər yüksək qiymətləndirilib. Azərbaycan tərəfi 1995 – 2019-cu illərdə Koreyadan cəlb olunmuş investisiyaların əksəriyyətinin qeyri-neft sektoruna yatırıldığını açıqlayıb. Qeyd olunub ki, Azərbaycanda sənaye, tikinti, ticarət, xidmət və nəqliyyat sahələrində 74 Koreya şirkəti qeydiyyatdan keçib və digər sahələrdə də investisiyaların cəlb olunması üçün böyük potensial mövcuddur.

Bildirilib ki, Koreya Respublikası iqtisadi əməkdaşlıq baxımından Azərbaycan üçün prioritet ölkədir. İki ölkə arasında əməkdaşlıq xüsusilə infrastruktur, energetika, inşaat, nəqliyyat, informasiya texnologiyaları, ətraf mühit, alternativ enerji kimi sahələrdə inkişaf edir. Azərbaycan tərəfi Koreyanın etibarlı tərəfdaş ölkə olduğunu və iqtisadi əlaqələrin genişləndirilməsinin hər iki ölkə üçün ümumi məqsəd olduğunu vurğulayıb. Həmçinin, Azərbaycanda dövlət maliyyəsi hesabına həyata keçirilən
irimiqyaslı layihələrdə Koreya şirkətlərinin iştirakı məmnunluqla qeyd olunub və qeyri-neft sektoru və sosial sahələr üzrə Koreya sərmayələrinin artırılmasının vacibliyi bildirilib.

Hər iki ölkədə keçirilən sərgilər, yarmarkalar, konfranslar, biznes-forumlar və digər tədbirlər barədə məlumat mübadiləsinin aparılması məqsədilə ölkələrin iş adamları üçün biznes-forumların təşkili, həmçinin biznes tərəfdaşlarının tapılmasında qarşılıqlı dəstəyin göstərilməsi təklif olunub.

Azərbaycan tərəfi Koreya Respublikasının texniki ali məktəbləri və texnologiya yönümlü şirkətlərini Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində İnnovasiyalar Agentliyi tərəfindən yaradılan Texnoloji Transfer Mərkəzinin fəaliyyətində iştirak etməyə dəvət edib. Komissiyanın iclasında o da vurğulanıb ki, ticari-iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi və hər iki ölkənin ixracyönümlü məhsullarının qarşılıqlı olaraq digər ölkə bazarında satışı üçün səylərin artırılması vacibdir.

Bildirilib ki, Azərbaycan Cənubi Qafqaz regionunda Koreyanın əsas ticarət tərəfdaşıdır. Müzakirələrdən sonra Azərbaycan Respublikası Hökuməti və Koreya
Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci görüşünün yazısı imzalanıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Koreya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq müzakirə edilib

Koreya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq müzakirə edilib

14-06-2016
Azərbaycan Cənubi Koreyanın “ağıllı” idarəetmə mərkəzlərinin təcrübəsi ilə tanış olub

Azərbaycan Cənubi Koreyanın “ağıllı” idarəetmə mərkəzlərinin təcrübəsi ilə tanış olub

08-06-2023
Azərbaycan və İraq arasında Birgə Komissiyanın 4-cü iclası keçirilib

Azərbaycan və İraq arasında Birgə Komissiyanın 4-cü iclası keçirilib

04-12-2025
Azərbaycan və İraq hökumətləri arasında Birgə Komissiyanın ikinci iclası keçirilib

Azərbaycan və İraq hökumətləri arasında Birgə Komissiyanın ikinci iclası keçirilib

06-08-2021
Nazir Rəşad Nəbiyev Misirin beynəlxalq əməkdaşlıq naziri ilə görüşüb

Nazir Rəşad Nəbiyev Misirin beynəlxalq əməkdaşlıq naziri ilə görüşüb

25-02-2022
Vyanada Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib

Vyanada Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib

12-06-2025
Nazir Koreya Respublikasının Azərbaycandakı səfiri ilə görüşüb

Nazir Koreya Respublikasının Azərbaycandakı səfiri ilə görüşüb

11-04-2022
Azərbaycan və Avstriya arasında texnologiya üzrə əməkdaşlıq müzakirə olunub

Azərbaycan və Avstriya arasında texnologiya üzrə əməkdaşlıq müzakirə olunub

02-06-2015
Bakıda Koreya Dövlətinin Yaranması Günü münasibətilə  tədbir keçirilib

Bakıda Koreya Dövlətinin Yaranması Günü münasibətilə tədbir keçirilib

09-10-2019
Azərbaycan və Avstriya arasında əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 10-cu iclası keçirilib

Azərbaycan və Avstriya arasında əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 10-cu iclası keçirilib

16-05-2022
"Ağıllı şəhər", "ağıllı kənd" layihələrində Çex şirkətləri ilə əməkdaşlıq edilə bilər

"Ağıllı şəhər", "ağıllı kənd" layihələrində Çex şirkətləri ilə əməkdaşlıq edilə bilər

12-01-2023
 Nazir müavini Avstriya Nazirliyinin Xarici İqtisadi Əlaqələr Qrupunun rəhbəri ilə görüşüb

Nazir müavini Avstriya Nazirliyinin Xarici İqtisadi Əlaqələr Qrupunun rəhbəri ilə görüşüb

16-05-2022
Azərbaycan və Misir İKT sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan və Misir İKT sahəsində əməkdaşlığı müzakirə edib

24-11-2025
Səfir Azərbaycanda  İKT sahəsini yüksək qiymətləndirib

Səfir Azərbaycanda İKT sahəsini yüksək qiymətləndirib

30-09-2015
Nazir Rəşad Nəbiyev Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt  Sultanovla görüşüb

Nazir Rəşad Nəbiyev Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanovla görüşüb

09-09-2021
Nazir Koreya Prezidenti yanında Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin sədri ilə görüşüb

Nazir Koreya Prezidenti yanında Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin sədri ilə görüşüb

23-11-2021
                        Avstriyanın özəl şirkətləri Bakıya gəlir

Avstriyanın özəl şirkətləri Bakıya gəlir

02-03-2018
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavininə yeni vəzifələr verilib

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavininə yeni vəzifələr verilib

13-03-2025
Rumıniya ilə sosial sahədə əməkdaşlıq genişləndiriləcək

Rumıniya ilə sosial sahədə əməkdaşlıq genişləndiriləcək

28-04-2022
İqtisadi Zonaların İnkişafı Agentliyi Tatarıstanın texnoparkı ilə memorandum imzalayıb

İqtisadi Zonaların İnkişafı Agentliyi Tatarıstanın texnoparkı ilə memorandum imzalayıb

29-04-2023
Əli Abbasov İraqın ölkəmizdəki səfiri ilə görüşüb

Əli Abbasov İraqın ölkəmizdəki səfiri ilə görüşüb

12-08-2015
Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub

03-02-2022
Azərbaycanla İran arasında Dövlət Komissiyasının 15-ci iclası keçirilib

Azərbaycanla İran arasında Dövlət Komissiyasının 15-ci iclası keçirilib

12-03-2022
Azərbaycan və Avstriya texnika, texnologiya sahələri üzrə müzakirə aparacaq

Azərbaycan və Avstriya texnika, texnologiya sahələri üzrə müzakirə aparacaq

16-05-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə