Previous Next
Bağla

Vyanada Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib

12-06-2025 13:28
Vyanada Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib

Vyanada Azərbaycan və Avstriya arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 11-ci iclası keçirilib.

Xeberler.az məlumat verir ki, qarışıq Komissiyanın Avstriya Respublikası tərəfindən həmsədri, bu ölkənin İqtisadiyyat, Enerji və Turizm üzrə Federal Nazirliyinin İqtisadi məsələlər, innovasiyalar və beynəlxalq siyasət departamentinin baş direktoru Florian Frauşer Azərbaycan nümayəndə heyətini salamlayaraq bildirib ki, Azərbaycan və Avstriya inkişaf edən iqtisadi və mədəni əlaqələrə malik ölkələrdir və müxtəlif sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün potensial mövcuddur.

İclasda Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən həmsədri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov ölkəmizin ötənilki makroiqtisadi göstəriciləri və iki ölkə arasında ticarət dövriyyəsinin həcmi barədə məlumat verib.

Samir Məmmədov işğaldan azad edilmiş Azərbaycan ərazilərində aparılan yenidənqurma və bərpa işlərindən danışıb. Diqqətə çatdırılıb ki, işğaldan azad edilən ərazilər yenidən qurulur və bu region “yaşıl enerji” zonası elan olunub.

Nazir müavini Azərbaycanda nəqliyyat və rəqəmsal inkişaf sahələrində həyata keçirilən işlər, eləcə də Orta Dəhlizlə inkişaf etdirilməsi üçün görülən tədbirlər haqqında Avstriya tərəfinə ətraflı məlumat verib.

İclasda çıxış edən Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli ölkəmizin Cənubi Qafqaz regionundakı aparıcı rolu və iqtisadi imkanları, Avstriya ilə siyasi, iqtisadi və digər sahələrdə əlaqələr və mövcud potensial barədə məlumat verib, Qarışıq Komissiyanın tərəflər arasında əməkdaşlığın genişləndirilməsi üçün mühüm platforma olduğunu vurğulayıb.

İclas zamanı qarşılıqlı investisiyalar, sənaye, ticarət, kənd təsərrüfatı, energetika, nəqliyyat, rəqəmsal inkişaf və İKT, səhiyyə, mədəniyyət, turizm, gənclər və idman sahələrində əməkdaşlıq imkanlarına dair geniş müzakirələr aparılıb.

İclasın sonunda Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 11-ci iclasının Protokolu imzalanıb.

Qeyd edək ki, Qarışıq Komissiya 13 noyabr 1998-ci il tarixində Vyana şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Avstriya Respublikası Federal Hökuməti arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq haqqında Saziş”ə əsasən yaradılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nazir müavini Avstriya Nazirliyinin Xarici İqtisadi Əlaqələr Qrupunun rəhbəri ilə görüşüb

16-05-2022

Azərbaycan və Avstriya texnika, texnologiya sahələri üzrə müzakirə aparacaq

16-05-2015

Azərbaycan və Avstriya arasında əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 10-cu iclası keçirilib

16-05-2022

Azərbaycan və Avstriya arasında texnologiya üzrə əməkdaşlıq müzakirə olunub

02-06-2015

Azərbaycan və İraq arasında Birgə Komissiyanın 4-cü iclası keçirilib

04-12-2025

Avstriyanın özəl şirkətləri Bakıya gəlir

02-03-2018

Azərbaycan və İraq hökumətləri arasında Birgə Komissiyanın ikinci iclası keçirilib

06-08-2021

Avstriya və Azərbaycan biznes dairələrinin iştirakı ilə “dəyirmi masa” keçirilib

12-06-2025

"Ağıllı şəhər", "ağıllı kənd" layihələrində Çex şirkətləri ilə əməkdaşlıq edilə bilər

12-01-2023

Azərbaycan və Misir İKT sahəsində əməkdaşlığı müzakirə edib

24-11-2025

Azərbaycan və Koreya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclası keçirilib

07-02-2020

Prezident nazir Ramin Quluzadəyə yeni vəzifə verib

03-03-2020

Koreya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq müzakirə edilib

14-06-2016

İqtisadi Zonaların İnkişafı Agentliyi Tatarıstanın texnoparkı ilə memorandum imzalayıb

29-04-2023

Nazir Rəşad Nəbiyev Misirin beynəlxalq əməkdaşlıq naziri ilə görüşüb

25-02-2022

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavininə yeni vəzifələr verilib

13-03-2025

Nazir Ramin Quluzadə Avstriya nümayəndə heyəti ilə görüşüb

10-10-2019

Əli Abbasov İraqın ölkəmizdəki səfiri ilə görüşüb

12-08-2015

Ramin Quluzadə Avstriyanın vitse-kansleri ilə görüşüb

19-09-2018

Bakıda Koreya Dövlətinin Yaranması Günü münasibətilə tədbir keçirilib

09-10-2019

Bakıda Azərbaycan-İsrail İnnovasiya Forumu keçirilib

13-02-2023

Azərbaycan və Qazaxıstanı birləşdirən Xəzər sualtı optik xəttin tikintisi müzakirə edilib

05-03-2024

Səfir Azərbaycanda İKT sahəsini yüksək qiymətləndirib

30-09-2015

Əlaqələndirmə və monitorinq üzrə alt İşçi Qrupun növbəti iclası keçirilib

13-01-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə