Previous Next
Bağla

Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə “ABB Davr” Bank layihəsinin açılışı oldu!

24-08-2026 14:30
Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə “ABB Davr” Bank layihəsinin açılışı oldu!

Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin onlayn formatda iştirakı ilə “ABB Davr” Bank layihəsinin açılışı olub. Layihənin açılışı Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimi tədbiri çərçivəsində edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Özbəkistan Prezidenti ilə mətbuata birgə bəyanatında bu hadisəni aparıcı Azərbaycan bankının Özbəkistan bazarına daxil olması kimi dəyərləndirib.

Layihə ABB-nin Özbəkistanın kommersiya banklarından olan Davr Bankın əsas nəzarət səhm paketini əldə edərək bu ölkənin bazarında “ABB Davr” Bank adı ilə fəaliyyətini nəzərdə tutur.

Xatırladaq ki, avqustun 22-də Daşkənddə təşkil olunmuş IV Özbəkistan-Azərbaycan regionlararası forumunda ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimovla Davr Bankın təsisçisi və Müşahidə Şurasının sədri Lütfulla Ubayev Davr Bankın əsas nəzarət səhm paketinin ABB tərəfindən alınmasına dair anlaşma sənədi imzalamışdılar.

Beləliklə, layihəyə start verildi və ABB 2026-2028-ci illər üzrə strateji inkişaf planında nəzərdə tutulmuş coğrafi genişlənmə hədəfinə uyğun olaraq Özbəkistanın maliyyə bazarına daxil oldu. Bank “ABB Davr” Bank brendi ilə Özbəkistanın bütün regionlarında korporativ və fərdi müştərilərə universal maliyyə xidmətləri göstərəcək. ABB Maliyyə Qrupu son illərdə özünü doğrultmuş korporativ idarəetmə sistemini, rəqəmsallaşma, süni intellekt əsaslı innovativ layihələrini, kiçik və orta bizneslər üçün universal maliyyə həllərini Özbəkistan bazarında da geniş tətbiq edəcək.

40 milyona yaxın əhalisi olan, iq tisadiyyatı ardıcıl sürətlə inkişaf edən Özbəkistanın bank sektorunda yeni təcrübələr yaratmağa çalışacaq. Xüsusilə ölkədəki kiçik və orta bizneslərin inkişafı üçün əlavə imkanlar açacaq.

Bu bazarda məqsədyönlü fəaliyyət ABB-yə də böyük imkanlar qazandıracaq. Tanınmış Azərbaycan brendi olan ABB Maliyyə Qrupunun regional və beynəlxalq imicini daha da möhkəmləndirəcək.

ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov Özbəkistan bazarında iştiraka yaradılmış şəraitə görə Azərbaycan və Özbəkistan prezidentlərinə, həmçinin bu prosesə dəstək vermiş müvafiq dövlət qurumlarına minnətdarlığını bildirib: “Bizim üçün böyük şərəfdir ki, ABB-nin yeni strateji dövrdə qarşıya qoyduğu coğrafi genişlənmə hədəfinə doğru ilk tarixi addım məhz qardaş Özbəkistandan başlandı. Bu layihəni Özbəkistanda uzunmüddətli fəaliyyətimizin başlanğıcı kimi qiymətləndiririk, biznes, vətəndaşlar, eləcə də ölkə iqtisadiyyatı üçün etibarlı maliyyə tərəfdaşı olmaq istəyirik. Niyyətimiz yeni imkanlar yaratmaq, iqtisadiyyata dəstək olmaq, Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın daha da inkişafına töhfə verməkdir”.

Davr Bankın təsisçisi və Müşahidə Şurasının sədri Lütfulla Ubayev bildirib: “Bu əqdlə biz bank xidmətlərini keyfiyyətcə yeni mərhələyə daşıyırıq. Yeni tərəfdaşımızın təcrübəsi, innovativ texnologiyaları və dayanıqlı kapitalı Davr Bank-a ən qısa zamanda müştərilərinə qabaqcıl maliyyə məhsulları təqdim etməyə imkan verəcək. Bu tərəfdaşlıq bankımız üçün daha yüksək sabitliyin və güclü texnoloji sıçrayışın təminatıdır”.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxladı!

Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxladı!

16-06-2026
Fitch ABB-nin reytinqini növbəti dəfə yüksəltdi!

Fitch ABB-nin reytinqini növbəti dəfə yüksəltdi!

07-08-2026
ABB-nin Gəncə filialı yenilənmiş binasında xidmətə başlayıb

ABB-nin Gəncə filialı yenilənmiş binasında xidmətə başlayıb

26-05-2026
ABB-nin Saatlı filialı yenilənmiş binada  xidmətə başlayıb

ABB-nin Saatlı filialı yenilənmiş binada xidmətə başlayıb

04-06-2025
Gömrük xərclərini ABB-nin İnternet Bankçılıq  platformasında hesabla

Gömrük xərclərini ABB-nin İnternet Bankçılıq platformasında hesabla

17-12-2024
ABB 230 000 000 dollarlıq yeni sindikativ  kredit cəlb edib

ABB 230 000 000 dollarlıq yeni sindikativ kredit cəlb edib

29-04-2026
ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!

ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!

25-11-2024
ABB-nin Daşkəsən filialı da yeniləndi!

ABB-nin Daşkəsən filialı da yeniləndi!

20-05-2025
ABB bu il də səhmdarlarına 200 000 000 manat  dividend ödəyəcək

ABB bu il də səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək

09-05-2026
ABB sahibkarlığın maliyyələşdirilməsi üzrə ən yaxşı banklardandır

ABB sahibkarlığın maliyyələşdirilməsi üzrə ən yaxşı banklardandır

03-12-2025
ABB “Neftçilər”də yeni filial açıb

ABB “Neftçilər”də yeni filial açıb

26-11-2025
ABB 200 000 000 dollarlıq sindikativ  kredit cəlb etdi!

ABB 200 000 000 dollarlıq sindikativ kredit cəlb etdi!

28-04-2025
ABB növbəti dəfə yüksək təhlükəsizlik sertifikatı alıb

ABB növbəti dəfə yüksək təhlükəsizlik sertifikatı alıb

19-12-2025
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazanıb

ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazanıb

06-03-2026
ABB Xankəndidə Çağrı Mərkəzi yaradır

ABB Xankəndidə Çağrı Mərkəzi yaradır

24-06-2026
ABB Sahibkarlar Gününü müştəriləri  ilə qeyd edib

ABB Sahibkarlar Gününü müştəriləri ilə qeyd edib

28-04-2025
İndi aviabiletlər də ABB Business-də alınır

İndi aviabiletlər də ABB Business-də alınır

16-01-2026
ABB-dən 200 000 manata qədər təmir krediti

ABB-dən 200 000 manata qədər təmir krediti

13-03-2026
ABB “Qarabağ” Futbol Klubunun rəsmi tərəfdaşı oldu!

ABB “Qarabağ” Futbol Klubunun rəsmi tərəfdaşı oldu!

30-07-2025
ABB şahmat çempionatının qalibi oldu!

ABB şahmat çempionatının qalibi oldu!

21-05-2026
ABB “Data və süni intellekt sertifikasiya proqramı”nı təqdim edib

ABB “Data və süni intellekt sertifikasiya proqramı”nı təqdim edib

17-11-2025
ABB yeni korporativ saytını təqdim edib

ABB yeni korporativ saytını təqdim edib

19-11-2025
Xankəndidə ABB-nin Çağrı Mərkəzinin  açılışı olub

Xankəndidə ABB-nin Çağrı Mərkəzinin açılışı olub

03-07-2026
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirib

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirib

20-09-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə