Previous Next
Bağla

“Hökumət buludu”nun arxitekturası işlənib-hazırlanıb

14-01-2022 13:17
“Hökumət buludu”nun arxitekturası işlənib-hazırlanıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Hökumət buludu”nun arxitekturasını işləyib-hazırlayıb.

Xeberler.az Report-a istinadən bildirir ki, həmin arxitekturada “Hökumət buludu”nun fəaliyyətinin aktiv, ehtiyat, arxiv, test data mərkəzləri olmaqla dörd data mərkəzi vasitəsilə həyata keçirilməsi planlaşdırılır.

Ölkə prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiqlənmiş “Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planının 2.4.5-ci yarımbəndinin icrası ilə əlaqədar dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması, saxlanılması, aparılması və inteqrasiyasının effektiv təşkili mərkəzləşmiş şəkildə “Hökumət buludu”nun (G-cloud) yaradılmasını zəruri edir. Adıçəkilən Strateji Yol Xəritəsinə uyğun olaraq “Hökumət buludu” layihəsi özündə dövlət informasiya sistemlərinin və ehtiyatlarının vahid platformaya inteqrasiyasının effektiv təşkili yolu ilə dövlət idarəçiliyində xərclərin azaldılmasını və dövlət qurumları arasında koordinasiyanın yüksəldilməsini ehtiva edən irihəcmli bir layihədir.

Dövlət başçısının “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında" 3 iyun 2019-cu il tarixli fərmanına əsasən, “Hökumət buludu” layihəsinin həyata keçirilməsi ilə dövlət informasiya sistemlərinin istismarına, infrastrukturunun qurulmasına və standartlarının formalaşdırılmasına, habelə dövlət idarəçiliyində informasiya sistemlərinin yaradılması və saxlanılması xərclərinin azaldılmasına və dövlət qurumları üçün mərkəzləşdirilmiş infrastrukturun yaradılmasına nail olunacaq. Beləliklə, dövlət qurumlarının informasiya texnologiyalarına, elektron xidmətlərin yaradılmasına və göstərilməsinə tələb olunan dövlət xərclərinin optimallaşdırılması, informasiya sistemlərinin fəaliyyətinin daha müasir standartlar əsasında keyfiyyətli, dayanıqlı və təhlükəsiz infrastrukturda təşkilinin təmin edilməsi imkanı yaranacaq.

Fərmanda qeyd olunduğu kimi, “Hökumət buludu”nun fiziki təhlükəsizliyinin və kibertəhlükəsizliyinin təmin edilməsi üçün Xüsusi Dövlət Mühafizə Xidməti ilə “bulud” infrastrukturunun təhlükəsizliyinin kompleks şəkildə qorunması üçün birgə tədbirlər görüləcək.

“Hökumət buludu” layihəsinin reallaşdırılması ilə dövlət qurumları İT infrastruktur ilə bağlı xərclərin azaldılmasına nail olacaq. Belə ki, “bulud” texnologiyası İT infrastrukturunun “hovuz prinsipi” əsasında vahid platformadan idarə edilməsini təmin etməklə resursların daha səmərəli istifadəsini mümkün edəcək. Dünya təcrübəsi onu göstərir ki, “Hökumət buludu”na miqrasiya etmiş dövlətlər İT xərclərinə 25-30 % qənaət etmiş olurlar.

Yeni yaradılacaq data mərkəzləri “Uptime Institute” təşkilatının “TIER III” beynəlxalq sertifikatına, İT xidmətlərinin göstərilməsi və idarə edilməsi üzrə “ISO-20000” və informasiya təhlükəsizliyi üzrə “ISO 27001” standartlarına cavab verməklə “bulud” xidmətləri üzrə müasir dünya standartlarına uyğunlaşdırılacaq. Həmçinin, data mərkəzlərdə istifadə olunan avadanlıqlar “N+” prinsipi əsasında idarə olunacaq. Bu isə öz növbəsində hər hansı avadanlıqda profilaktika işləri aparılarkən və ya texniki nasazlıq baş verdiyi təqdirdə, xidmətin fasiləsizliyinin təmin olunması məqsədilə ehtiyatda olan ikinci avadanlıqdan istifadə olunması deməkdir. Beləliklə, informasiya texnologiyalarının idarə olunmasının düzgün və etibarlı şəkildə qurulması bu prosesin təhlükəsiz həyata keçirilməsi üçün bütün hallarda 99,982 faiz dayanıqlılıq səviyyəsi təmin ediləcək.

“Hökumət buludu”na qoşulmuş dövlət qurumları onlar üçün ayrılmış İT resurslarını “Özünüidarəetmə platforması” vasitəsilə idarə etmək imkanına malik olacaqlar.

 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

ƏƏSMN İT xərclərinə 30 faizədək qənaət edəcək

28-03-2022

“Hökumət buludu”nun Milli Data Mərkəzi yaradılacaq

22-12-2020

Nazirliyə yeni səlahiyyətlər verilib

18-08-2020

AzInTelecom BakuTel 2019 sərgisində yeni məhsullarını təqdim edib

07-12-2019

Azərbaycanda Hökumət Buludu yaradılır

04-06-2019

Dövlət Statistika Komitəsi bütün informasiya sistemlərini “Hökumət buludu”na köçürüb

10-03-2023

“Azərenerji” informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb

02-04-2024

Elm və Təhsil Nazirliyi İT resurslarını “Hökumət buludu”na köçürüb

07-11-2024

Dövlət Vergi Xidməti ehtiyat məlumatlarını Yevlax Data Mərkəzinə köçürür

19-12-2022

Mədəniyyət Nazirliyi informasiya sistemlərini tam olaraq “Hökumət buludu”na köçürüb

27-12-2023

“Hökumət buludu”na Keçid Planı” təsdiqlənib

01-11-2020

“Azərişıq” İT resurslarını “Hökumət buludu”na köçürür

27-12-2022

MEDİA informasiya sistemlərini tam olaraq “Hökumət buludu”na köçürüb

29-02-2024

FHN İT resurslarını qismən “Hökumət buludu”na köçürüb

21-12-2023

ANAMA informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb

26-07-2023

Azərbaycan Turizm Bürosu İT sistemlərini “Hökumət buludu”na köçürüb

18-10-2024

Şuşa DQİ qismən İT sistemlərini "Hökumət buludu"na köçürüb

25-09-2025

Dövlət komitəsinə Yevlax Data Mərkəzində rezerv serverlər ayrılıb

23-11-2022

Daha bir qurum informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb

17-08-2023

Milli Depozit Mərkəzi İT sistemlərini “Hökumət buludu”na köçürüb

05-11-2024

Səhiyyə Nazirliyi İT sistemlərini qismən “Hökumət buludu”na köçürür

23-05-2023

Agentlik informasiya sistemlərini “Hökumət buludu”na köçürüb

27-02-2024

İTSDA informasiya sistemlərini "Hökumət buludu"na köçürüb

17-01-2023

AHİK İT sistemlərini “Hökumət buludu”na köçürüb

17-06-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə