“Azərbaycanda ifadə azadlığı ilə bağlı problemlər var. Problemlərin aradan qaldırılması üçün tədbirlər görülməlidir”.
Xeberler.az bildirir ki, bunu AŞPA baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek deyib. O bildirib ki, media davranış etikasına əməl etməli, məhkəmələrdə Avropa qaydaları tətbiq edilməli, millət vəkilləri diffamasiyaya görə cinayət məsuliyyətinin aradan qaldırılıb-qaldırılmaması ilə bağlı müzakirələr aparmalıdır.
Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdir müavini Vüqar Əliyev isə “Diffamasiya haqqında” qanunun qəbulunun uzaqda olmadığını bildirib. O deyirb ki, hökumət qanunun qəbulunun əleyhinə olmayıb: “Ancaq bunun üçün şərait yaranmalı, problemlər aradan qaldırılmalıdır. Bu sahədə dövlət üzərinə düşən işləri görür”.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri