Previous Next
Bağla

CASCFEN növbəti ifadə azadlığı seminarını İsmayıllıda keçirib

05-08-2015 10:33
CASCFEN növbəti ifadə azadlığı seminarını İsmayıllıda keçirib

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) “Müəllimlər üçün onlayn ifadə azadlığı mədəniyyəti” mövzusunda növbəti seminarını İsmayıllıda keçirib.

CASCFEN-dən  Xeberler.az-a verilən məlumata görə, İsmayıllıdakı Heydər Əliyev Mərkəzində baş tutmuş seminarı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası maliyyələşdirib. Tədbirdə 24 nəfər iştirak edib.

Tədbirdə İsmayıllı rayon təhsil şöbəsinin təmsilçisi Ramiz Baloğlanov Azərbaycanda ifadə azadlığı mədəniyyətinin genişləndirilməsi üçün atılan addımları yüksək dəyərləndirib.

Daha sonra CASCFEN sədri Azər Həsrət İsmayıllı rayonunda seminarın keçirilməsinin təsadüf olmadığını deyib.

“Biz İsmayıllı müəllimlərinin yeni texnologiyalara olan marağını nəzərə alaraq bu rayonu da layihəmizə daxil etmişik. Bilirik ki, sizin rayonun müəllimləri istər rayon səviyyəsində, istərsə də ölkə səviyyəsində belə proqramlarda həvəslə iştirak edirlər, çoxlu uğurlara imza atıblar. O baxımdan düşündük ki, seminarımız üçün ən uyğun iştirakçıları elə bu rayondan tapa bilərik”, – deyə Azər Həsrət bildirib.

Seminarın eksperti, Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı isə çıxışında qeyd edib ki, İsmayıllı hər zaman Azərbaycan dövlətçiliyi tarixində öz rolunu oynayıb.

Ekspert Əkbər Qoşalı isə Azərbaycanda sosial şəbəkə istifadəçiləri arasında tez-tez rast gəlinən hallardan örnəklər verməklə ortaya çıxan problemlər haqqında təcrübəsini paylaşıb.

Bundan sonra Azər Həsrət netiketin 10 qızıl qaydası haqqında geniş bilgi verib və seminar başa çatıb.

Anonim sorğu zamanı iştirakçılardan 17-si seminarı əla, 6-sı isə yaxşı qiymətləndirib.

Sonda sertifikatlar təqdim edilib, qrup şəkli çəkdirilib.

 

Xeberler.az

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

CASCFEN Tərtərdə ifadə azadlığı seminarı keçirib

01-08-2015

Müəllimlər üçün onlayn ifadə azadlığı seminarı başa çatdı

08-09-2015

“Müəllimlər üçün onlayn ifadə azadlığı mədəniyyəti” mövzusunda seminar keçirilib

11-07-2015

“Müəllimlər üçün onlayn ifadə azadlığı mədəniyyəti” seminarı keçirilib

25-05-2015

Lənkəranda onlayın ifadə azadlığı mədəniyyəti mövzusunda seminar keçirilib

09-06-2015

Müəllimlər üçün sonuncu onlayn ifadə azadlığı seminarı keçiriləcək

26-08-2015

“Müəllimlər üçün onlayn ifadə azadlığı mədəniyyəti” seminarı keçirildi

23-06-2015

CASCFEN müəllimlər üçün növbəti netiket seminarı keçirib

31-03-2015

“Onlayn etika – netiket” proqramı çərçivəsində seminarlar keçirilib

06-01-2015

Milli Məclis İTV Yayım Şurasına 3 yeni üzv seçib

14-04-2017

Google Rusiya və İspaniyada niyə dayanır?

16-12-2014

“Virtual aləmdə etik normaların gözlənilməsi” layihəsi çərçivəsində tədbir keçiriləcək.

16-06-2014

“Azərbaycanda ifadə azadlığı ilə bağlı problemlər var

17-11-2009

Bakıda İnternet idarəçiliyi mövzusunda konfrans keçiriləcək

27-02-2016

Starsburqda internet təhlükəsizliyi ilə bağlı beynəlxalq konfrans keçirilir-Foto

09-09-2016

Prezident İsmayıllıda Su Elektrik Stansiyasının açılışında iştirak edib

11-08-2016

Nar İsmayıllıda 4G şəbəkəsini qurdu

20-09-2018

Azərbaycan Parlamenti "Diffamasiya haqqında" qanun layihəsini qəbul etməyə hazırdır.

02-07-2010

 Bakıda Avropa qurumları ilə birgə ifadə və media azadlığı müzakirə edilib 

02-09-2016

“İnformasiya Cəmiyyətinin Jurnalisti” 2011 Layihəsi çərçivəsində Jurnalistlər üçün keçirilən Treninqlər başa çatıb

29-12-2011

“Azərbaycanın İnnovativ İnkişafı” mövzusunda seminar keçirilib

18-04-2016

“İfadə Azadlığı və Media Azadlığı” layihəsinin təqdimatı keçirilir

29-09-2015

Öz kontenti olan xəbər portalları dəstək ala biləcək

03-02-2016

Bakıda ifadə və media azadlığına dair təqdimat olacaq

28-09-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə