Previous Next
Bağla

Azərbaycanda İKT təqaüd proqramına qeydiyyat başlayıb

31-01-2023 17:03
Azərbaycanda İKT təqaüd proqramına qeydiyyat başlayıb

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşkil etdiyi “Technest” Təqaüd Proqramı yeni tədris ilinə start verib.

Agentlikdən Xeberler.az-a bildirilib ki, tədris ili çərçivəsində Bakı şəhəri üzrə 2-ci qeydiyyat dalğası elan edilib. Qeydiyyat ölkənin İKT sahəsində 10-dan çox aparıcı tədris mərkəzinin təqdim etdiyi 50-yə yaxın ixtisas üzrə aparılacaq. Proqram üzrə 2023-cü ilin ilk rübündə 1000-dən çox, il ərzində ümumilikdə isə Azərbaycan üzrə 3000 nəfərə təqaüdün verilməsi planlaşdırılır.

Qeydiyyatdan keçən şəxslər müsabiqə mərhələlərindən sonra təqaüdə cəlb olunacaq və göstəricilərindən asılı olaraq təqaüd qazanan şəxslərin təhsil haqqlarının 70, 90 və 100 faizi “Technest” tərəfindən təmin ediləcək.

Qeyd edək ki, 2-ci mərhələdə qeydiyyat yeni tərəfdaşların təklif etdiyi ixtisaslar üzrə aparılacaq. Qeydiyyat və ixtisaslarla bağlı ətrafı məlumat əldə etmək üçün qeyd olunan linkə daxil ola bilərsiniz: (https://technest.idda.az/) .

Son qeydiyyat tarixi fevralın 10-dur.

Xatırladaq ki, “Technest” Təqaüd Proqramı çərçivəsində İRİA İKT sahəsində tədris prosesinin peşəkar və səmərəli təşkilini həyata keçirir. Hər kəs üçün əlçatan təhsil imkanı yaradan proqramdan 12 yaşdan yuxarı Azərbaycan vətəndaşları faydalana bilər. Proqram çərçivəsində İKT üzrə ixtisalaşmış 12 aparıcı təlim mərkəzi ilə 50-yə yaxın ixtisasın tədrisi həyata keçirilir. 2022-ci il üzrə “Technest” Təqaüd Proqramı çərçivəsində təqaüd qazanan şəxslərin sayı 618, işəqəbul əmsalı 90 faiz təşkil edir.

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Technest” Təqaüd Proqramına yeni qeydiyyat başlayıb

31-10-2023

Tələbələrə “Technest” təqaüd proqramı barədə məlumat verilib

23-11-2023

Rəşad Nəbiyev Göyçayda “Technest” təqaüdçüləri ilə görüşüb

06-03-2023

“Technest” Təqaüd Proqramı çərçivəsində yeni tədris ili üzrə təlimlərə qeydiyyat başladı.

26-09-2022

"İl sonuna qədər 5 min nəfərə Technest təqaüdü verilməsi hədəflənir"

11-03-2024

“Technest” təqaüdçüləri peşəkar HR-ların hədəfində!

20-10-2022

‘’Technest’’ çərçivəsində İKT sahəsində təhsil alan daha 50 gənc məzun olub

25-07-2022

Cəzaçəkmə müəssisələrində İKT sahəsi üzrə təlimlər keçirilib

18-07-2023

“Technest” proqramı çərçivəsində 137 tələbə üçün yumşaq bacarıqlara aid konfrans keçirilib

10-08-2023

İKT sahəsində karyera qurmaq istəyənlərə şad xəbərlər-Müsahibə

01-02-2023

“Technest’’ çərçivəsində tələbələrin innovativ layihələrinin təqdimatı keçirilib

09-03-2022

DİN-in elan etdiyi təqaüd proqramının qalibləri müəyyənləşib

24-10-2025

Məktəblilərə elektronika üzrə təlim keçirilir

25-02-2022

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə ABB İnnovasiya Mərkəzi növbəti əməkdaşlığa start verir

06-06-2022

RİNN və ABB birgə yeni layihəyə start verir

04-03-2022

Gömrük Akademiyasında kibertəhlükəsizlik dərsləri başlayıb

06-02-2023

Nar-dan tələbələrə təqaüd proqramı

22-09-2018

Yenilənmiş “mygov” rəqəmsal hökumət platformasının təqdimatı keçirilir

17-09-2024

Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim proqramına qeydiyyat başlayıb

03-11-2025

NRYTN-nin elan etdiyi təqaüd proqramına qoşulan təhsil müəssisələrinin sayı artıb

29-09-2021

Sahibsiz heyvanların qidalandırılmasını asanlaşdıran həll təqdim edilib

24-02-2022

Türkiyənin texnologiya şirkəti Azərbaycanda fəaliyyətə başlayır

15-03-2024

Kibertəhlükəsizlik Mərkəzinə qeydiyyat üçün 3 gün qalıb

28-11-2025

Azərbaycanın cəzaçəkmə müəssisələrində olan 15 məhbus İKT kursunu başa vurub

12-09-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə