Previous Next
Bağla

Sahibsiz heyvanların qidalandırılmasını asanlaşdıran həll təqdim edilib

24-02-2022 19:16
Sahibsiz heyvanların qidalandırılmasını asanlaşdıran həll təqdim edilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) elan etdiyi “Technest” təqaüd proqramı çərçivəsində “Code and More” təhsil layihəsinin tələbələri “AzInTelecom” MMC-nin dəstəyilə sahibsiz heyvanlara yardım edilməsini nəzərdə tutan “ANIMAX” adlı layihə hazırlayıblar.

Xeberler.az bildirir ki, məqsəd küçə heyvanlarına diqqətin artırılması, onların qida ilə təmin olunması və bu istiqamətdə insanların işinin asanlaşdırılmasıdır.

Layihə mobil tətbiq və xüsusi olaraq hazırlanmış yem qablarından ibarətdir. Mobil tətbiqi yükləyən istifadəçi quraşdırılmış qurğunun yerini xəritədə asanlıqla seçib yem sifariş edir və həmin qurğu sifarişi qəbul edərək heyvanlar üçün nəzərdə tutulmuş qabı yemlə doldurur.

Beləliklə, insanlar layihənin köməyilə sahibsiz heyvanlara qayğı göstərərək onları rahatlıqla qida ilə təmin edə bilərlər.

Heyvanları yemlə təmin edən qurğuların Bakının müxtəlif ərazilərində quraşdırılması nəzərdə tutulur.

“Code and More” tələbələri “ANIMAX”ı ərsəyə gətirmək üçün kontroller cihaz, sensorlar, server, mobil tətbiq və veb-interfeysdən istifadə ediblər. Layihənin mart ayında tam şəkildə təhvil verilməsi nəzərdə tutulur.

Xatırladaq ki, RİNN-in elan etdiyi “Technest” təqaüd proqramının məqsədi informasiya texnologiyaları üzrə ölkəmizdə kadrların yetişdirilməsini sürətləndirmək, bu sahədə mövcud çatışmazlıqları aradan qaldırmaq və ölkədə rəqəmsal inkişafa töhfə verməkdir.

Proqram çərçivəsində “Code and More” ilə yanaşı, digər təhsil müəssisələrində də bulud həlləri, bulud inzibatçılığı, böyük verilənlər, kibertəhlükəsizlik, avtomatika, elektronika, müxtəlif proqramlaşdırma dilləri, “UI/UX” dizayn kimi müxtəlif istiqamətlər üzrə tədris həyata keçirilir.

“Technest” çərçivəsində mart ayında “Code and More” təhsil layihəsinə məktəblilər arasında avtomatika və elektronika üzrə növbəti tələbə qəbulu elan ediləcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Məktəblilərə elektronika üzrə təlim keçirilir

Məktəblilərə elektronika üzrə təlim keçirilir

25-02-2022
“Baktelecom” “Code and More” elektronika təlimində məktəblilərə dəstək oldu

“Baktelecom” “Code and More” elektronika təlimində məktəblilərə dəstək oldu

14-02-2022
NRYTN-nin elan etdiyi təqaüd proqramına qoşulan təhsil müəssisələrinin sayı artıb

NRYTN-nin elan etdiyi təqaüd proqramına qoşulan təhsil müəssisələrinin sayı artıb

29-09-2021
“Technest’’ çərçivəsində tələbələrin innovativ layihələrinin təqdimatı keçirilib

“Technest’’ çərçivəsində tələbələrin innovativ layihələrinin təqdimatı keçirilib

09-03-2022
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi təqaüd proqramı elan edir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi təqaüd proqramı elan edir

08-09-2021
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə ABB İnnovasiya Mərkəzi növbəti əməkdaşlığa start verir

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə ABB İnnovasiya Mərkəzi növbəti əməkdaşlığa start verir

06-06-2022
“Technest” Təhsil proqramı Azərbaycan gəncliyi üçün açılmış yeni fürsətlər pəncərəsidir ­

“Technest” Təhsil proqramı Azərbaycan gəncliyi üçün açılmış yeni fürsətlər pəncərəsidir ­

22-06-2022
NRYTN-ın təqaüd proqramını qazanan şagird və tələbələrlə görüş keçirilib

NRYTN-ın təqaüd proqramını qazanan şagird və tələbələrlə görüş keçirilib

02-10-2021
Rəşad Nəbiyev Göyçayda “Technest” təqaüdçüləri ilə görüşüb

Rəşad Nəbiyev Göyçayda “Technest” təqaüdçüləri ilə görüşüb

06-03-2023
Mingəçevir Dövlət Universitetində “Elektronika və avtomatika” təlimi davam edir

Mingəçevir Dövlət Universitetində “Elektronika və avtomatika” təlimi davam edir

03-10-2024
Gömrük Akademiyasında kibertəhlükəsizlik dərsləri başlayıb

Gömrük Akademiyasında kibertəhlükəsizlik dərsləri başlayıb

06-02-2023
RİNN və ABB birgə  yeni layihəyə start verir

RİNN və ABB birgə yeni layihəyə start verir

04-03-2022
Azərbaycanda İKT təqaüd proqramına qeydiyyat başlayıb

Azərbaycanda İKT təqaüd proqramına qeydiyyat başlayıb

31-01-2023
“Technest” Təqaüd Proqramına yeni qeydiyyat başlayıb

“Technest” Təqaüd Proqramına yeni qeydiyyat başlayıb

31-10-2023
Azercell 25 tələbəyə təqaüd ayırdı

Azercell 25 tələbəyə təqaüd ayırdı

22-12-2022
“Code Academy” layihəsini bitirən tələbələrin “Məzun günü” keçirilib

“Code Academy” layihəsini bitirən tələbələrin “Məzun günü” keçirilib

04-11-2024
‘’Technest’’ çərçivəsində İKT sahəsində təhsil alan daha 50 gənc məzun olub

‘’Technest’’ çərçivəsində İKT sahəsində təhsil alan daha 50 gənc məzun olub

25-07-2022
Tələbələrə “Technest” təqaüd proqramı barədə məlumat verilib

Tələbələrə “Technest” təqaüd proqramı barədə məlumat verilib

23-11-2023
"İl sonuna qədər 5 min nəfərə Technest təqaüdü verilməsi hədəflənir"

"İl sonuna qədər 5 min nəfərə Technest təqaüdü verilməsi hədəflənir"

11-03-2024
Nar-dan tələbələrə təqaüd proqramı

Nar-dan tələbələrə təqaüd proqramı

22-09-2018
Code Academy AzTU tələbələrinə diplomlar təqdim edib

Code Academy AzTU tələbələrinə diplomlar təqdim edib

04-07-2023
Qafqaz Universitetinin tələbələri Azercell-də

Qafqaz Universitetinin tələbələri Azercell-də

17-04-2015
Nar tələbələr üçün təqaüd proqramı elan edir

Nar tələbələr üçün təqaüd proqramı elan edir

23-09-2019
İKT sahəsində karyera qurmaq istəyənlərə şad xəbərlər-Müsahibə

İKT sahəsində karyera qurmaq istəyənlərə şad xəbərlər-Müsahibə

01-02-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə