Previous Next
Bağla

‘’Technest’’ çərçivəsində İKT sahəsində təhsil alan daha 50 gənc məzun olub

25-07-2022 12:44
‘’Technest’’ çərçivəsində İKT sahəsində təhsil alan daha 50 gənc məzun olub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin həyata keçirdiyi ‘’Technest’’ Təqaüd Proqramı çərçivəsində İKT sahəsində təhsil alan daha 50 gənc məzun olub.

Xeberler.az bildirir ki, Azərbaycan-İsrail Təhsil Mərkəzində keçirilən Məzun Günündə ölkənin bir sıra nüfuzlu şirkət və müəssisələrinin məsul əməkdaşları iştirak edib.

Məzunlar komanda şəklində innovativ layihə təkliflərini auditoriyaya təqdim edib, onlara sertifikatlar təqdim olunub.

‘’Technest’in layihə rəhbəri Fatimə Ələkbərova bildirib ki, 50 məzundan 10-u tədris müddəti zamanı işlə təmin olunub.

"Məqsədimiz Azərbaycanda İKT sahəsində peşəkar insan kapitalının formalaşmasına töhfə verməkdir. Çox şadam ki, ‘’Technest’’ təqaüdçüləri çox qısa müddətdə böyük şirkətlərin diqqətini cəlb edə biliblər. Təbii ki, burada əsas meyar keyfiyyətli təhsildir’’, - o qeyd edib.

"UX/Uİ’’ ixtisası üzrə təhsil alan mütəxəssislər veb platformaların və mobil tətbiqlərin vizual cəhətdən dizayn edilməsi, həmçinin menu strukturunun yığılması prosesini həyata keçirirlər. ‘’QA’’ üzrə ixtisaslaşan məzunlar isə veb layihələrin istifadədən öncə onların keyfiyyətə nəzarətini, həmçinin sisteminin funksiyalarının düzgün işləməsini və məhsulun müştəri gözləntilərinə cavab verməsini təftiş edir. ‘’Full/Stack’’ üzrə təhsil almış mütəxəssislər istənilən veb platformada həm ‘’FrontEnd’’ həm də ‘’BackEnd’’ funksiyalarını icra etməklə yanaşı bunu istifadəçiyə çatdıra biləcək təqdimat bacarıqlarına da yiyələnmiş olurlar.

(Report)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

‘’Barama İnkubasiya Proqramı 2021’’ başa çatıb

02-06-2021

İnnovasiyalar Agentliyində Türkiyə Sənaye və Texnologiyalar nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib

18-06-2021

Azərbaycanda Vençur Kapital Fondu yaradılır

14-06-2022

Azərbaycan startapları xarici investorlara təqdim edilib

30-10-2022

“Azerconnect Group” “Beynəlxalq Kibertəhlükəsizlik Günləri” konfransında iştirak edib

23-09-2024

Battlefield Hardline-nın betasına qatılanların sayı açıqlandı

09-02-2015

CityNet-in əsas tərəfdaşlığı ilə GameSummit festivalı keçiriləcək

08-12-2023

"Yaşıl texnologiyalar"ın gəlir gətirmək yolları müzakirə olunur

19-09-2024

BANM kibertəhlükəsizlik yarışında qalib oldu

02-10-2024

Bakcell-in dəstəyi ilə Yay Məktəbi başlayır

21-07-2017

Gələn il telefon pulu artırılmayacaq

22-09-2008

“TEKNOFEST” çərçivəsində daha bir müsabiqə elan olunub

03-02-2022

Türkiyə texnologiya sahəsində beynəlxalq konfransa hazırlaşır

06-06-2015

Colin’s və Azərbaycan startapı əməkdaşlığa başlayıblar

28-07-2025

İKT sahəsində karyera qurmaq istəyənlərə şad xəbərlər-Müsahibə

01-02-2023

Samsung Galaxy Note 10-un təqdimat tarixi açıqlandı

03-07-2019

DOST Agentliyi Ən yaxşı debüt sertifikatına layiq görülüb

07-12-2019

“Koreyanın Elektron Hökumət üzrə İnkişaf Strategiyası’’ mövzusunda seminar təşkil olunub

10-07-2020

Bakcell və “ASAN Məktub” növbəti dəfə uşaqların arzularını həyata keçirib

31-05-2021

Dünyanın ən bahalı mobil telefonları

29-03-2012

Azercell növbəti dəfə TEDx Bakı-2015 konfransına dəstək olub

20-04-2015

A’Startap Sammitinə qeydiyyat başladı

27-06-2018

Fizika üzrə Nobel mükafatının qalibləri açıqlanıb

03-10-2023

Aİ süni intellekt sahəsinə 1,3 milyard avro investisiya yatıracaq

31-03-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə