Previous Next
Bağla

Azərbaycan və Özbəkistan saxta IMEI kodlarına qarşı birgə mübarizə aparacaq

22-11-2022 12:27
Azərbaycan və Özbəkistan saxta IMEI kodlarına qarşı birgə mübarizə aparacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelecom” MMC ilə “Özbəkistanın telekommunikasiya şəbəkələrinin idarə edilməsi üzrə Respublika Mərkəzi” Dövlət Unitar Müəssisəsi arasında memorandum imzalanıb.

Xeberler.az bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, memorandum mobil cihazların qeydiyyatı sahəsində birgə fəaliyyətin təşkilini nəzərdə tutur.

Bununla əlaqədar Özbəkistanın İnformasiya Texnologiyalarının və Kommunikasiyalarının İnkişafı Nazirliyi, Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin, “Özbəkistanın telekommunikasiya şəbəkələrinin idarə edilməsi üzrə Respublika Mərkəzi” Dövlət Unitar Müəssisəsinin, həmçinin “İnformasiya Texnologiyaları Mərkəzi” şirkətinin rəhbər şəxsləri “AzInTelecom”da olublar. Görüşdə şirkətin surəti köçürülmüş IMEI kodlarla qeydiyyatdan keçirilən mobil cihazlara qarşı Azərbaycanda həyata keçirdiyi mübarizə tədbirləri haqda məlumat verilib. Tərəflər bu sahədə əməkdaşlıq perspektivləri, itirilmiş və oğurlanmış, surəti köçürülmüş IMEI kodlarının vahid “qara siyahı”sının inteqrasiya edilməsi, təcrübə və məlumat mübadiləsi barədə müzakirə aparıblar.

Görüşün yekununda mobil cihazların qeydiyyatı sahəsində birgə fəaliyyətin təşkili ilə bağlı memorandum imzalanması ilə yanaşı, müvafiq İşçi Qrupunun yaradılmasına qərar verilib.

“AzInTelecom” mütəmadi olaraq monitorinq edərək surətinin köçürülməsi şübhəsi olan IMEI kodları üzrə ətraflı araşdırma aparır. Həmin IMEI kodunun köçürüldüyü cihazlar yalnız üzərində olan nömrələrlə telekommunikasiya şəbəkəsindən istifadəyə davam edirlər. Bu istiqamətdə mübarizə tədbirləri çərçivəsində indiyə qədər 460 IMEI koduna “klon” statusu verilib. Həmin IMEI kodları son üç ayda 261093 ədəd mobil nömrəyə aid abunəçi kimliyi ilə şəbəkədə görünüb

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“AzInTelecom” tərəfindən 68 minə yaxın IMEI kod bloklanıb

30-04-2026

“AzInTelecom” tərəfindən 58 mindən çox IMEI koda “klon” statusu verilib

19-01-2026

330 IMEI koduna “klon” statusu verilib

27-10-2022

11 mindən çox IMEI ilə 600 mindən çox şəbəkəyə qoşulma cəhdi olub

03-08-2023

Azərbaycanda IMEI ilə yarım milyondan çox şəbəkəyə qoşulma cəhdi olub

11-07-2023

1230 IMEI koda “klon” statusu verilib

25-01-2023

Şəbəkəyə qoşulan 12,5 mindən çox IMEI koda “klon” statusu verilərək blok edilib

19-09-2023

2100-dən çox IMEI koda “klon” statusu verilib

29-03-2023

Bu günədək şəbəkəyə qoşulan 8574 IMEI koda “klon” statusu verilib

25-05-2023

“AzInTelecom” tərəfindən 23 minə yaxın IMEI koda “klon” statusu verilib

13-08-2024

“AzInTelecom” tərəfindən 24 mindən çox “klon” IMEI kod bloklanıb

02-10-2024

“AzInTelecom” 65 minə yaxın IMEI koda “klon” statusu verib

11-03-2026

İKTA və “AzInTelecom” əməkdaşlarından ibarət nümayəndə heyəti Ankaraya səfər edib

10-10-2024

Telefonların qeydiyyat rüsumu ilə bağlı dəyişikliyin icrasına başlanıb

04-12-2023

Azərbaycanda telefon qaçaqmalçılığına qarşı önəmli addım

13-05-2009

Portal üzərindən 50 minə yaxın mobil cihazın IMEI kodu yoxlanılıb

11-11-2015

Mobil cihazlarla bağlı elektron xidmətlər aktual olub

02-07-2015

Mobil cihazların qeydiyyatına dair dəyişikliklərin mahiyyəti açıqlanıb

01-12-2022

Portal üzərindən 48 minə yaxın mobil cihazın IMEI kodu yoxlanılıb

12-10-2015

IMEI kodların klonlaşdırılması ilə bağlı mübarizə aparılır

29-10-2019

Mobil telefon istifadəçilərinin hüquqlarının qorunması məqsədilə yeni mexanizm hazırlanıb

17-01-2022

157 Zəng Mərkəzinin fəaliyyəti optimallaşdırılıb

20-08-2016

Mobil cihazların IMEI qeydiyyatı pullu oldu

03-11-2014

IMEI kodunun yoxlanılması ən populyar xidmət olub

04-08-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə