Previous Next
Bağla

Azərbaycanda informasiya təhlükəsizliyi üzrə 18 milli standart var

02-03-2020 13:14
Azərbaycanda informasiya təhlükəsizliyi üzrə 18 milli standart var

“Bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da kibertəhlükəsizliyin təmin olunmasına dövlət səviyyəsində xüsusi diqqət ayrılır”.

Xeberler.az bildirir ki, bunu Bakıda keçirilən II Beynəlxalq Kibertəhlükəsizlik Həftəsinin açılışında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Onun sözlərinə görə, Azərbaycanda kibertəhlükəsizliyə önəm verilir və bu sahədə strategiya hazırlanır: “Bu gün ölkəmizdə rəqəmli transformasiya sürətlə gedir. Bu sahə ölkə başçısının diqqət mərkəzindədir. Qəbul olunmuş Milli strategiya, Strateji yol xəritəsi, müvafiq fərman və sərəncamların icrası bu istiqamətdə əhəmiyyətli nəticələr əldə olunmasını təmin edir. Fiber-optik, LTE şəbəkəsi genişlənir. “5G”-yə keçid üzrə hazırlıq işləri aparılır, sınaq keçirilir. Ölkədə bir çox kritik informasiya infrastrukturları fəaliyyət göstərir. Dövlət idarəetməsi, təhsil, səhiyyə, enerji, təhlükəsizlik, müdafiə, ədliyyə, kənd təsərrüfatı, bank-maliyyə və başqa sahələrdə ölkə əhəmiyyətli informasiya sistemləri istifadə olunur. Data mərkəzlər fəaliyyət göstərir, “Hökumət Buludu” yaradılır”, - deyə nazir müavini qeyd edib.

O əlavə edib ki, ölkə əhalisinin 80%-i internet istifadəçisidir: “Bütün bunlar ölkəmizin kiberməkanının təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasını şərtləndirir. Bu istiqamətdə müvafiq addımlar atılır”.

Nazir müavini Azərbaycanın 2008-ci ildə Avropa Şurasının “Kibercinayətkarlıq haqqında'' Konvensiyasını imzaladığını diqqətə çatdırıb. “Kibertəhlükəsizliyə cavabdeh qurumlar, o cümlədən nazirlik yanında Elektron Təhlükəsizlik Xidməti fəaliyyət göstərir. Beynəlxalq standartlar əsasında İnformasiya təhlükəsizliyi üzrə 18 milli standart hazırlanıb və qeydiyyata alınıb. Dövlət qurumlarında istifadə olunan proqram təminatlarının lisenziyalaşdırılması həyata keçirilir. Kibertəhlükəsizliklə bağlı müxtəlif konfranslar, seminarlar, təlimlər keçirilir. “Kibertəhlükəsizlik həftəsi” bunun bariz nümunəsidir”.

Xatırladaq ki, bu gündən başlayaraq martın 6-na qədər Bakıda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkil etdiyi II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi”nin ilk tədbiri – “Kibertəhlükəsizlik konfransı” keçiriləcək. Tədbir kibertəhlükəsizlik sahəsində milli ekosistemin formalaşdırılması və inkişafı üzrə nazirliyin həyata keçirdiyi əlaqəli fəaliyyətin davamı olaraq, dövlət-özəl əməkdaşlığı çərçivəsində sahə üzrə ümumilikdə 30-dan çox qurum, müəssisə və təşkilatın tərəfdaşlığı ilə baş tutacaq.

Tədbirdə günün müasir trendləri və çağırışları nəzərə alınaraq, sahə üzrə yerli və beynəlxalq şirkətlərin təmsilçilərinin yeni kibertəhlükəsizlik həlləri ilə bağlı təqdimatları və məruzələri dinlənilib. “Kritik infrastrukturun kibertəhlükəsizliyi”, “Sənaye və bank sistemlərinin pentesti”, “Ağıllı şəhərlərin kibertəhlükəsizliyi”, “Kiberstartaplara investisiya qoyuluşu”, “Müasir iş yerlərinin kibertəhlükəsizliyi”, “Kibersığorta”, “Elektron ticarətdə kibertəhlükəsizlik” və digər önəmli mövzular bu sırada yer alıb.

“Kibertəhlükəsizlik konfransı”nda dövlət qurumlarının, özəl təşkilatların, akademik və ali təhsil müəssisələrinin, beynəlxalq təşkilatların, mobil operatorların, bankların, İKT şirkətlərinin, internet xidmət provayderlərinin və operatorlarının, diplomatik korpusların, qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti və internet ictimaiyyətinin, ABŞ, Macarıstan, İsrail, Belarus, Rusiya, Hindistan və s. ölkələrin nümayəndələrindən ibarət ümumilikdə 250-dən çox səlahiyyətli şəxs və sahə üzrə mütəxəssis iştirak edir.

Konfransla paralel olaraq 15 yerli və beynəlxalq şirkətin kibertəhlükəsizlik üzrə həllərinin nümayiş etdirildiyi “Cyber Village” sərgisi keçirilir. 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
II Beynəlxalq “Kibertəhlükəsizlik konfransı” öz işinə başlayıb

II Beynəlxalq “Kibertəhlükəsizlik konfransı” öz işinə başlayıb

02-03-2020
Azərbaycanda Kibertəhlükəsizlik üzrə Milli Strategiya hazırlanır

Azərbaycanda Kibertəhlükəsizlik üzrə Milli Strategiya hazırlanır

05-09-2018
İsveçrədə Qlobal Kibertəhlükəsizlik Konfransı keçirilib

İsveçrədə Qlobal Kibertəhlükəsizlik Konfransı keçirilib

02-12-2024
Samir Məmmədov: Kibertəhlükəsizlik Mərkəzi milli kibertəhlükəsizlik ekosistemini gücləndirir

Samir Məmmədov: Kibertəhlükəsizlik Mərkəzi milli kibertəhlükəsizlik ekosistemini gücləndirir

09-02-2026
Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

16-06-2026
Kibertəhlükəsizlik sahəsində yeni dövlət qurumu fəaliyyətə başlayıb

Kibertəhlükəsizlik sahəsində yeni dövlət qurumu fəaliyyətə başlayıb

04-06-2026
“Azərbaycanda kibertəhlükəsizliyə yanaşma yüksək səviyyədədir”

“Azərbaycanda kibertəhlükəsizliyə yanaşma yüksək səviyyədədir”

23-09-2023
MDB ölkələri üçün kibertəhlükəsizlik üzrə ilk regional təlimlər Bakıda keçirilir

MDB ölkələri üçün kibertəhlükəsizlik üzrə ilk regional təlimlər Bakıda keçirilir

05-09-2018
Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçiriləcək

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçiriləcək

21-05-2026
Azercell “CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı”nın sponsorudur

Azercell “CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı”nın sponsorudur

06-10-2025
Sahib Ələkbərov: Azərbaycanda İnformasiya və kibertəhlükəsizlik laboratoriyaları yaradılacaq

Sahib Ələkbərov: Azərbaycanda İnformasiya və kibertəhlükəsizlik laboratoriyaları yaradılacaq

19-09-2024
Azərbaycanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik riskləri reyestri yaradılacaq

Azərbaycanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik riskləri reyestri yaradılacaq

28-08-2023
“4-cü Milli Kibertəhlükəsizlik Forumu” işə başlayıb

“4-cü Milli Kibertəhlükəsizlik Forumu” işə başlayıb

04-06-2026
Kibertəhlükəsizlik: kritik risklər adlı təlim keçirilib

Kibertəhlükəsizlik: kritik risklər adlı təlim keçirilib

21-10-2019
Naxçıvanda “Kiber Suverenlik” konfransı keçiriləcək

Naxçıvanda “Kiber Suverenlik” konfransı keçiriləcək

14-05-2025
Qurumlarda kibertəhlükəsizlik departamentləri yaradılır

Qurumlarda kibertəhlükəsizlik departamentləri yaradılır

31-01-2024
Azərbaycan Milli Kibertəhlükəsizlik İndeksi üzrə dünya reytinqində 21 pillə irəliləyib

Azərbaycan Milli Kibertəhlükəsizlik İndeksi üzrə dünya reytinqində 21 pillə irəliləyib

06-05-2026
Kibertəhlükəsizlik üzrə beynəlxalq sertifikatlaşdırma seminarı keçirilib

Kibertəhlükəsizlik üzrə beynəlxalq sertifikatlaşdırma seminarı keçirilib

05-03-2020
Nazir müavini: "Kibertəhlükəsizlikdə proaktiv yanaşmaya ehtiyac yaranıb"

Nazir müavini: "Kibertəhlükəsizlikdə proaktiv yanaşmaya ehtiyac yaranıb"

24-07-2023
DTX-də Kibertəhqiqat istiqaməti fəaliyyətə başlayıb

DTX-də Kibertəhqiqat istiqaməti fəaliyyətə başlayıb

04-06-2026
Bakıda Kibertəhlükəsizlik həftəsi işə başlayıb

Bakıda Kibertəhlükəsizlik həftəsi işə başlayıb

11-03-2019
“InnoWeek 2020” çərçivəsində kibertəhlükəsizlik üzrə vebinar baş tutub

“InnoWeek 2020” çərçivəsində kibertəhlükəsizlik üzrə vebinar baş tutub

15-12-2020
Azərbaycanın informasiya məkanında təhlükəsizlik riskləri müəyyənləşdiriləcək

Azərbaycanın informasiya məkanında təhlükəsizlik riskləri müəyyənləşdiriləcək

28-08-2023
Taleh Kazımov: Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Mərkəzi Bank arasında memorandum imzalanacaq

Taleh Kazımov: Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Mərkəzi Bank arasında memorandum imzalanacaq

26-10-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə