Previous Next
Bağla

Kibertəhlükəsizlik üzrə beynəlxalq sertifikatlaşdırma seminarı keçirilib

05-03-2020 18:56
Kibertəhlükəsizlik üzrə beynəlxalq sertifikatlaşdırma seminarı keçirilib

II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində keçirilən növbəti seminar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin (İKT LAB) təşkil etdiyi Kibertəhlükəsizlik üzrə beynəlxalq sertifikatlaşdırma seminarı oldu. Məqsəd kibertəhlükəsizlik üzrə mütəxəssislərin beynəlxalq sertifikatlaşdırma imkanları barədə iştirakçıları məlumatlandırmaqdır.

Xeberler.az bildirir ki, “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin direktoru Rauf Cabarov mərkəz tərəfindən şəbəkə və İT mütəxəssisləri üçün peşəkar kibertəhlükəsizlik, “Cisco CCNA security” və digər istiqamətlərdə keçirilən təlimlər haqda məlumat verib. O, həmçinin “Azərbaycan Respublikasında 2020-2025-ci illər üçün informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə Milli Strategiya”nın qəbulunun əhəmiyyətini də qeyd edərək müvafiq sənədin hazırlandığını bildirib.

Kibertəhlükəsizlik mütəxəssisi, “İKT LAB”-ın təlimçisi Abdulla Abdullayev “Kill Chain” metodologiyası, kibertəhlükəsizlik üzrə sertifikatların kateqoriyaları və kibertəhlükəsizlik üzrə beynəlxalq sertifikatlar haqqında məlumat verib. “EC Council” təşkilatının "Certified Ethical Hacker (C|EH)" sertifikatlaşdırılmış etik haker proqramı və sertifikatlaşdırma imkanlarından bəhs edib. O, həmçinin qeyd edib ki, dünyada ən yüksək maaşı bulud texnologiyası üzrə sertifikata malik mütəxəssislər alır.

Şəbəkə və təhlükəsizlik mühəndisi Ramil Baxşıyev “CompTİA security+” proqramı və beynəlxalq sertifikatlaşdırma imkanlarından danışıb. Azərbaycan Standartlaşdırma İnstitutunun Təlim-Tədris Mərkəzi və İdarəetmə Sistemlərinin və Personalın Sertifikatlaşdırma Orqanının direktoru Saday Əliyev “ISO/IEC 27001:2015 İnformasiya Təhlükəsizliyi. Təhlükəsizlik metodları. İnformasiya təhlükəsizliyinin idarə edilməsi sistemləri. Tələblər” standartı əsasında beynəlxalq sertifikat haqda təqdimatla çıxış edib.

Qeyd edək k, kibertəhlükəsizlik üzrə beynəlxalq sertifikatlaşdırma seminarının davamı olaraq, 10-14 mart tarixlərində “ISO/IEC 27001:2015 standartı – “İnformasiya təhlükəsizliyinin idarə edilməsi sisteminə olan tələblər” əsasında beynəlxalq sertifikatlaşdırma təlimi və martın 10-dan başlayaraq 2 ay müddətində davam edəcək “CompTİA Security+”, yəni “İT təhlükəsizliyinin əsasları” beynəlxalq sertifikatlaşdırma təlimi təşkil ediləcək.

İştirakçılar təlimdə iştirak etməklə yanaşı, beynəlxalq imtahanları uğurla keçərək, beynəlxalq sertifikat almaq imkanı əldə edəcəklər.

Xatırladaq ki, “Kibertəhlükəsizlik həftəsi” sahə üzrə əlaqəli fəaliyyətin səmərəliliyinin artırılması və maarifləndirmə səviyyəsinin yüksəldilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən ikinci ildir keçirilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kibertəhlükəsizlik mütəxəssisləri üçün beynəlxalq təlimlərə qeydiyyat başlayıb

21-02-2020

İnformasiya təhlükəsizliyi üzrə təlim keçən yerli mütəxəssislərə beynəlxalq sertifikat veriləcək

12-03-2019

Kibertəhlükəsizlik: kritik risklər adlı təlim keçirilib

21-10-2019

Kibertəhlükəsizlik üzrə mütəxəssislər üçün “Pentestinq” seminarı keçirilib

03-03-2020

Elektron Təhlükəsizlik Xidməti tərəfindən elan edilmiş təcrübə proqramına start verilib

05-08-2022

“İKT LAB” kibertəhlükəsizlik üzrə ödənişsiz təlimlərə start verir

03-11-2020

Kibertəhlükəsizlik Akademiyasına tədris üçün qeydiyyat davam edir

21-08-2023

Kibertəhlükəsizlik: kritik risklər adlı təlim keçiriləcək

03-10-2019

Azərbaycanda Kibertəhlükəsizlik həftəsi keçiriləcək

04-03-2019

SOCAR-ın işçilərinə informasiya təhlükəsizliyi üzrə kurs keçirilib

08-04-2015

Kibertəhlükəsizliyin əsasları – CompTIA Security+” adlı vebinar keçiriləcək

15-09-2020

Qarabağ Universitetində “Cisco” Şəbəkə Akademiyası yaradılır

11-09-2024

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin tələbələri üçün təlim keçirilib

03-08-2023

İsveçrədə Qlobal Kibertəhlükəsizlik Konfransı keçirilib

02-12-2024

Azərbaycanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik riskləri reyestri yaradılacaq

28-08-2023

Azercell ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu

23-01-2026

Azercell “CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı”nın sponsorudur

06-10-2025

AzMİU əməkdaşları kibertəhlükəsizlik üzrə maarifləndirilib

13-12-2024

“Azerconnect Group” “Beynəlxalq Kibertəhlükəsizlik Günləri” konfransında iştirak edib

23-09-2024

Kibertəhlükəsizlik üzrə Gənclər Seminarı keçirilib

22-05-2019

Kibertəhlükəsizlik üzrə direktorat yaradılacaq

26-07-2019

AKTA UNEC-də seminar təşkil edib

03-03-2026

Elektron Təhlükəsizlik Mərkəzi beynəlxalq təşkilata üzv oldu

27-07-2016

Elektron Təhlükəsizlik Xidmətinin təcrübə proqramı yekunlaşıb

07-10-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə