Previous Next
Bağla

AMEA-da yeni informasiya sistemləri yaradılır

19-01-2017 10:54
AMEA-da yeni informasiya sistemləri yaradılır

AMEA-nın Rəyasət Heyətinin iclasında Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası üçün informasiya sistemlərinin yaradılması məsələsi müzakirə olunub.

İclasda AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev bilidirib ki, müasir texnologiyalar əsasında elmin informasiya təminatının formalaşdırılması, inkişaf və idarə olunmasının elmin mühüm istiqamətlərindəndir.

Xeberler.az-ın məlumatına görə, akademik qeyd edib ki, son illər AMEA-da bu sahədə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir:

“Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası və onun nəzdində fəaliyyət göstərən Elmi problemlər üzrə elmi şuralarda bu baxımdan mühüm işlər aparılır. Elmi tədqiqatların əlaqələndirilməsi, fundamental və tətbiqi tədqiqatların səmərəliliyinin artırılması, innovasiya fəaliyyətinin gücləndirilməsi məqsədilə onların fəaliyyətləri daima təkmilləşdirilir və inkişaf etdirilir. Respublikanın elmi qurumlarında aparılan tədqiqatların təşkili və idarə olunmasında pərakəndəlik və müasir texnologiyaların imkanlarından geniş istifadə olunmaması elmin idarə edilməsində ciddi problemlər yaradır”.

Akademik Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının fəaliyyətinə dəstək kimi ölkə üzrə elmi problemlərin və dissertasiya mövzularının reyestrlərinin (informasiya sistemlərinin) yaradılması zərurətinin meydana çıxdığını vurğulayıb.

AMEA Rəyasət Heyətinin müvafiq qərarı ilə artıq Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının və Elmi problemlər üzrə elmi şuraların veb-saytlarının yaradıldığını qeyd edən akademik Rasim Əliquliyev bu resurslarda müntəzəm olaraq öz əksini tapan məlumatların analizinin elmin idarə olunması məsələlərinin həllinə dəstək verəcəyini bildirib.

R.Əliquliyev elmi problemlər və dissertasiya mövzuları haqqında məlumatların uyğun olaraq “Elmi problemlər reyestri” və “Dissertasiya mövzuları reyestri” informasiya sistemlərində saxlanmasının respublikada elmi-tədqiqatların təşkili, əlaqələndirilməsi, idarə olunması, monitorinqi və qiymətləndirilməsi, büdcə vəsaitlərinin təyinatlı və səmərəli istifadə edilməsi, təkrarçılığın aşkarlanması və aradan qaldırılmasında mühüm rol oynayacağına əminliyini ifadə edib.

O, vurğulayıb ki, informasiya sistemlərinin verilənlər bazalarının AMEA-nın DATA mərkəzində yerləşdirilməsi ilə onların informasiya təhlükəsizliyi də təmin olunacaq.

Qeyd olunanları nəzərə alaraq, AMEA Rəyasət Heyəti Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası və Elmi problemlər üzrə elmi şuraların veb-saytlarının yaradılması işlərini başa çatmış hesab edərək, onların təhvil verilməsi haqqında qərar qəbul edib.

İclasda həmçinin Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası üçün “Elmi problemlər reyestri” və “Dissertasiya mövzuları reyestri” informasiya sistemlərinin yaradılması haqqında qərar qəbul edilib, müvafiq təşkilati və elmi-texniki işlərin təmin edilməsi İnformasiya Texnologiyaları İnstitutuna həvalə olunub.

 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Elmi problemlər reyestri” informasiya sistemi yaradılır

25-02-2016

Elektron elmin formalaşması problemləri araşdırılır

10-02-2016

Elmi tədqiqatlar üçün informasiya sistemləri yaradılır

06-10-2016

Elektron elmin formalaşması problemləri müzakirə olunub

27-06-2016

Elektron elmin inkişafı müzakirə olunub

18-01-2019

AMEA-nın veb-saytlarının monitorinqi keçiriləcək

15-07-2015

İnformasiya Texnologiyaları İnstitutunun stendi nümayiş olunub

28-04-2017

AMEA Rəyasət Heyətində əməkdaşların kompüter avadanlıqları ilə təminatı 100 faizə çatdırılıb

22-04-2014

“Elektron elm” layihəsinin reallaşdırılması üçün tədbirlər görülür

19-02-2009

Kompüter xidmətlərinin keyfiyyəti artırılır

15-02-2016

Tədqiqatçıların informatika üzrə hazırlığı kitabı çapdan çıxıb

30-03-2019

Rəqəmsal kriminalistika sahəsində sistemli elmi tədqiqatlara başlanılıb

04-02-2026

Elektron elmin mövcud vəziyyətinin monitorinqi keçiriləcək

10-03-2015

İnformasiya Texnologiyaları İnstitutunda müzakirələr aparılıb

10-06-2025

AzScienceNet -in 95 faizi fiber-optik kabel əsasında qurulub

09-07-2015

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

24-06-2015

AMEA-nın veb-portalının monitorinqi keçiriləcək

21-09-2016

Elmi Şuranın 6-cı iclası keçiriləcək

10-09-2015

Mürəkkəb bulud sistemlərinin intellektual analizi və sintezi problemləri araşdırılır

13-03-2023

“Ən son texnologiyalarla veb-saytlar hazırlanır”

07-10-2016

AMEA-nın elmi bölmələrinin veb-saytları təqdim olunub

10-04-2016

Korporativ kompüter xidmətlərinin keyfiyyəti yüksəldilir

03-02-2017

Big Data konfransı başa çatdı

25-02-2016

“İnformasiya təhlükəsizliyinin multidistiplinar problemləri” mövzusunda respublika elmi-praktiki konfransı keçiriləcək

08-01-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə