Previous Next
Bağla

Elektron elmin formalaşması problemləri araşdırılır

10-02-2016 12:52
Elektron elmin formalaşması problemləri  araşdırılır

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 3 saylı şöbəsinin 2015-ci il üçün fəaliyyət planı müzakirə olunub. 

AMEA-dan Xeberler.az-a verilən məlumata görə, şöbə müdiri Təhmasib Fətəliyev cari ildə planlaşdırılmış işlər haqqında məlumat verərək bildirib ki, şöbədə e-elmin formalaşması problemləri istiqamətində e-elmin formalaşmasının aktual elmi-nəzəri və praktiki məsələlərinin tədqiqi, bulud texnologiyası əsasında e-elmin texnoloji modelinin işlənməsi, “Verilənlər haqqında elm”in təşəkkülü və perspektiv məsələlərinin araşdırılması və digər mövzular üzrə tədqiqatların aparılması nəzərdə tutulur.

Elmi-innovasiya fəaliyyəti çərçivəsində görüləcək işləri diqqətə çatdıran T.Fətəliyev bu istiqamətdə AR Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyələşdirdiyi qrant layihəsi üzrə tədqiqatların davam etdiriləcəyini söyləyib.

O qeyd edib ki, Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası üçün “Elmi problemlər reyestri” informasiya sisteminin yaradılmasının konseptual məsələlərinin işlənməsi də cari ildə görüləcək işlər sırasındadır.

Sonra AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin plan layihəsi ilə bağlı təklif və tövsiyələrini səsləndirib.

AMEA-da elektron elmin müxtəlif problemlərinin araşdırılmasına böyük dəstək verildiyini söyləyən akademik elmin idarə edilməsində İKT-nin tətbiqinin e-elm layihəsi çərçivəsində reallaşdırıldığını vurğulayıb. Bildirib ki, e-elmin əsas istiqamətlərindən biri elmin informasiya təminatının müasir texnologiyalar əsasında yaradılması, inkişaf etdirilməsi və bu məlumatlar əsasında elmdə qərarların qəbul edilməsinə dəstəyin təmin olunmasıdır. Alimin sözlərinə görə, “Elmi problemlər reyestri” informasiya sisteminin yaradılması qeyd olunan məsələlərin həllində böyük əhəmiyyətə malik olacaq.

 

 Məltəm Talıbzadə 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Elektron elmin formalaşması problemləri  müzakirə olunub

Elektron elmin formalaşması problemləri müzakirə olunub

27-06-2016
“Elmi problemlər reyestri”  informasiya sistemi yaradılır

“Elmi problemlər reyestri” informasiya sistemi yaradılır

25-02-2016
AMEA-da yeni informasiya sistemləri yaradılır

AMEA-da yeni informasiya sistemləri yaradılır

19-01-2017
Proqram mühəndisliyinin nəzəri əsasları araşdırılır

Proqram mühəndisliyinin nəzəri əsasları araşdırılır

09-02-2016
Elmi tədqiqatlar üçün informasiya sistemləri yaradılır

Elmi tədqiqatlar üçün informasiya sistemləri yaradılır

06-10-2016
Gələcək nəsil elektron kitabxanaların formalaşması araşdırılır

Gələcək nəsil elektron kitabxanaların formalaşması araşdırılır

12-02-2016
Azərbaycanda saxta jurnalları aşkarlayan alqoritm hazırlanır

Azərbaycanda saxta jurnalları aşkarlayan alqoritm hazırlanır

10-04-2023
Rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri araşdırılır

Rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri araşdırılır

10-03-2025
Elektron elmin inkişafı müzakirə olunub

Elektron elmin inkişafı müzakirə olunub

18-01-2019
Elektron elm alimlərin səmərəli fəaliyyətini təmin edir

Elektron elm alimlərin səmərəli fəaliyyətini təmin edir

16-10-2015
Elektron tibblə bağlı araşdırmalar davam edir

Elektron tibblə bağlı araşdırmalar davam edir

21-02-2016
Texnoparkların idarə olunması üçün model və mexanizmlər  araşdırılır

Texnoparkların idarə olunması üçün model və mexanizmlər araşdırılır

19-01-2016
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

24-06-2015
AzScienceNet -in 95 faizi fiber-optik kabel əsasında qurulub

AzScienceNet -in 95 faizi fiber-optik kabel əsasında qurulub

09-07-2015
“Big Data problemi üzrə elmi-tədqiqatlar davam etdiriləcək”

“Big Data problemi üzrə elmi-tədqiqatlar davam etdiriləcək”

13-01-2016
Elektron elmin mövcud vəziyyətinin monitorinqi keçiriləcək

Elektron elmin mövcud vəziyyətinin monitorinqi keçiriləcək

10-03-2015
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında İKT infrastrukturu yaradılır

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında İKT infrastrukturu yaradılır

14-11-2013
Audiovizual texnologiya və e-tullantı problemləri araşdırılacaq

Audiovizual texnologiya və e-tullantı problemləri araşdırılacaq

23-01-2017
Mürəkkəb bulud sistemlərinin intellektual analizi və sintezi problemləri araşdırılır

Mürəkkəb bulud sistemlərinin intellektual analizi və sintezi problemləri araşdırılır

13-03-2023
“Əşyaların İnterneti”nin elmi-nəzəri problemləri araşdırılacaq

“Əşyaların İnterneti”nin elmi-nəzəri problemləri araşdırılacaq

19-02-2016
AMEA Rəyasət Heyətində əməkdaşların kompüter avadanlıqları ilə təminatı 100 faizə çatdırılıb

AMEA Rəyasət Heyətində əməkdaşların kompüter avadanlıqları ilə təminatı 100 faizə çatdırılıb

22-04-2014
E-dövlət üçün effektiv audio-video xidmətləri mühiti formalaşdırılacaq

E-dövlət üçün effektiv audio-video xidmətləri mühiti formalaşdırılacaq

15-01-2016
Elmi müəssisə və təşkilatların veb-saytlarının fəaliyyəti genişləndirilir

Elmi müəssisə və təşkilatların veb-saytlarının fəaliyyəti genişləndirilir

21-02-2016
Korporativ kompüter xidmətlərinin keyfiyyəti yüksəldilir

Korporativ kompüter xidmətlərinin keyfiyyəti yüksəldilir

03-02-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə