Previous Next
Bağla

Azərbaycanda ödənişli parklanma yerlərinin idarə edilməsinə başlanılıb

25-07-2023 16:31
Azərbaycanda ödənişli parklanma yerlərinin idarə edilməsinə başlanılıb

Bakının küçə və prospektlərində nəqliyyat vasitələrinin dayanma, durma və parklanması ilə bağlı mövcud problemlərin həll edilməsi, nəqliyyatın fasiləsizliyinin, yol-piyada hərəkətinin rahatlığının təmin olunması və şəhər mobilliyinin dayanıqlığına nail olunması üçün sistemli tədbirlər görülür.

Bu barədə Xeberler.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Xatırladaq ki, Nazirlər Kabineti “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında qərar qəbul edib. Şəhər mərkəzi ilə kənar yaşayış məntəqələrində yerləşən parklanma yerlərinə görə qiymətlərin diversifikasiyasını ehtiva edən qərara əsasən Bakı şəhəri üzrə 5 parklanma zonası müəyyən edilib və ödənişlər hər zonaya uyğun tətbiq edilir. IV parklanma zonasına aid ərazilərdə parklanma ödənişsizdir. Eyni zamanda qaydalara əsasən, digər zonalarda nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan 07:00-ə qədər, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmur. Təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda yaşayan sakinlər də müraciət edərək fərdi parklanma talonları ala və həmin parklanma yerlərindən ödənişsiz istifadə edə bilərlər.

Bu gündən qüvvəyə minən qərarın icrası ilə bağlı tədbirlər mərhələli qaydada həyata keçirilir. Artıq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən bu istiqamətdə işlərə başlanılıb. Görülən tədbirlər çərçivəsində mərkəz və I zonaları əhatə edən ərazilərdə infrastruktur işləri – yol nişanlarının quraşdırılması və nişanlanma xətlərinin təşkili həyata keçirilməkdədir.

Əvvəlcədən də qeyd olunduğu kimi, ödənişlər nağdsız formada mobil tətbiq, sms və ödəmə terminalı vasitəsilə həyata keçiriləcək. Tətbiq artıq hazırdır və yaxın günlərdə istifadəyə veriləcək. Proses başa çatdıqdan sonra ödənişli parklanmanın tətbiqinə ilkin olaraq mərkəz və I zona olmaqla mərhələli şəkildə başlanılacaq. Ödənişli parklanmanın tətbiq ediləcəyi hər bir küçə barədə əvvəlcədən məlumatlandırmanın həyata keçirilməsi nəzərdə tutulub. Parklanma yerlərində müəyyən olunmuş parklanma qaydalarına riayət olunması, ödəmələrin həyata keçirilməsinə nəzarət, o cümlədən ərazidə maarifləndirmə və məlumatlandırma məqsədilə nəzarətçilər, eləcə də “Nəqliyyat Könüllüləri” prosesə cəlb olunacaq.

"Yeni qaydalar tətbiq olunana qədər küçə parklanma yerlərindən istifadəyə görə sürücülərdən hər hansı bir ödəniş tələb oluna bilməz. Sürücülərə bunu nəzərə almalarını və qanunsuz ödənişlər etməməyi tövsiyə edirik", - deyə AYNA bəyan edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bu gündən nəqliyyat vasitələrinin parklanmasına görə ödənişlərin yığımı nağdsız olacaq

07-08-2023

Azərbaycanda parklanma mobil tətbiqlə idarə ediləcək

01-08-2023

“AzParking” tətbiqində internetsiz istifadə rejimi aktivləşdirilib

22-07-2025

Mobillik sahəsində effektiv tənzimlənmə tətbiqvedilir

19-07-2024

Ölkə yollarında 31 məntəqə üzrə 51 elektron tərəzi quraşdırılıb

19-07-2024

Azərbaycanda avtomobillərin parklanması üçün nağd ödəniş qəbul edilməyəcək

06-07-2023

“Nar” abunəçiləri parkinq xidmətinin haqqını SMS ilə ödəyə biləcəklər

16-08-2023

Bakı Nəqliyyat Agentliyi Hökumət Ödəniş Portalı-na inteqrasiya olunub

05-11-2018

Azərbaycan BƏƏ ilə elektrikli avtobusların alışını müzakirə edib

12-02-2026

“Koroğlu” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

02-05-2024

Nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı elektron portal istifadəyə verilib

03-12-2024

ABB-dən dayanıqlı gələcək üçün mühüm layihəyə dəstək

26-08-2024

AzMİU-nun tələbələri “Ağıllı parkinq qoruyucusu” layihəsini təqdim ediblər

07-11-2024

Maşınların parklanması ilə bağlı yenilik

12-11-2018

Vüsal Kərimli dayanma-durmaya görə sərt cəza istəyir

07-11-2018

Şəhərdaxili hərəkət (mobillik) planının icrasına dair hesabat konfrans

22-12-2023

COP29 üçün rəqəmsal nəqliyyat xəritəsi istifadəyə verilib

24-10-2024

Avtomagistraldan ödənişli yol kimi istifadə qaydaları təsdiqlənib

11-03-2019

Azərbaycanda dövlət‒özəl tərəfdaşlığı çərçivəsində TIR parkları yaradılacaq

22-12-2023

Azərbaycanda nəqliyyat sahəsi üzrə yeni dövlət standartları qəbul edildi

06-08-2024

AYNA tərəfindən şəhər darboğazlarında hərəkətin yenidən təşkili üzrə layihələrin icrasına başlanılıb

17-05-2024

“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb

28-08-2023

"Bakcell" parkinq ödənişlərini sürətli etdi

30-08-2023

Sərnişinlər onlayn bilet ödənişlərini "Apple Pay" və "Google Pay"dən edə biləcək

12-01-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə