Previous Next
Bağla

Mobillik sahəsində effektiv tənzimlənmə tətbiqvedilir

19-07-2024 17:06
Mobillik sahəsində effektiv tənzimlənmə tətbiqvedilir

Qanunvericiliyə edilən dəyişikliklər mobillik sahəsində effektiv tənzimlənmənin tətbiqinə şərait yaradır

 Yol hərəkəti haqqında Qanuna və İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərlə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən mətbuat nümayəndələri üçün brifinq keçirilib.

 Tədbirdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib ki, ölkəmizdə mobillik və ictimai nəqliyyat sisteminin daha da səmərəli təşkili, avtobus parkının yenilənməsi, sərnişin və yükdaşımalarında keyfiyyətin yüksəldilməsi, əhaliyə göstərilən nəqliyyat xidmətlərinin müasir standartlara uyğunlaşdırılması, ekoloji təmiz nəqliyyat vasitələrinin, eləcə də mikromobillik vasitələrinin təşviqi prioritet məsələlər kimi daim diqqət mərkəzində saxlanılır.

 “Bu istiqamətdə görülən işlər çərçivəsində qanunvericiliyin təkmilləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Son dəyişikliklər özündə mikromobillik, parklanma sahəsində qanunvericiliyin günün tələblərinə uyğunlaşdırılması, həmçinin normaların daha işlək hala gətirilməsi üçün tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsini əks etdirir. Qanunvericiliyə bir çox ilklər də daxil edilib”, – deyə nazir müavini qeyd edib.

 Brifinqdə bildirilib ki, yol hərəkətinin təşkili və tənzimlənməsi sahəsində aparılan işlərdən biri də nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinə nəzarətin gücləndirilməsi, velosipedçilərin, kiçik elektrik nəqliyyat vasitələri sürücülərinin hərəkət təhlükəsizliyinin təmin edilməsi, eləcə də parklanma sahəsində fəaliyyətin təkmilləşdirilməsidir.

 

Qeyd edilib ki, ölkəmiz üçün yeni olan kiçik elektrik nəqliyyat vasitələrinin istifadəsinin artmasına baxmayaraq, bununla bağlı məsələlər normativ aktlarla tənzimlənmirdi. Yeni dəyişikliklər hərəkət iştirakçılarının sağlamlığı və təhlükəsizliyini təmin etməklə bərabər, həm də bu sahədə məsuliyyətin artırılmasına, tənzimlənmənin daha da effektiv tətbiqinə imkan yaradır. Eyni zamanda kiçik elektrik nəqliyyat vasitələrinin hərəkətinə, həmin növ nəqliyyat vasitələrinin icarəsini həyata keçirən operatorların fəaliyyətinə dair tələblər müəyyənləşdirilib, mikromobilliyə dair yol nişanı və nişanlanma xətti qanunvericiliyə daxil edilib.

 Brifinqdə məlumat verilib ki, parklanma sahəsində dövlət qurumları üçün xidməti parklanma yerinin hüquqi əsasları müəyyən edilib, parklanmanın idarə edilməsinin mexanizmi təkmilləşdirilib. Mümkün sui-istifadə hallarının qarşısının alınması məqsədilə fərdi parklanma talonunun verilməsi ilə bağlı yeni normalar müəyyən edilib.

 Bildirilib ki, insanların sağlamlığının qorunması, yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsi, sürücü məsuliyyətinin artırılması, həmçinin daha effektiv nəzarət mexanizminin qurulması məqsədilə yeni cərimələr müəyyən olunub, bəzi mövcud cərimə məbləğləri artırılıb.

 Daha sonra mətbuat nümayəndələrinin sualları cavablandırılıb.

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda ödənişli parklanma yerlərinin idarə edilməsinə başlanılıb

25-07-2023

“Azərbaycanda mobilliyin transformasiyası proqramı” hazırlanıb

18-12-2023

Bu gündən nəqliyyat vasitələrinin parklanmasına görə ödənişlərin yığımı nağdsız olacaq

07-08-2023

Nəqliyyat sahəsində baş verənlər müzakirə olunub

27-01-2024

WUF13-də nəqliyyatın effektiv təşkili üçün rəqəmsal xəritə hazırlanıb

05-05-2026

Nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı elektron portal istifadəyə verilib

03-12-2024

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində taksi şirkətləri ilə görüş keçirilib

31-07-2024

Azərbaycan BƏƏ ilə elektrikli avtobusların alışını müzakirə edib

12-02-2026

Ekoloji nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması üçün tədbirlər görüləcək

28-12-2018

Azərbaycan Yol Nəqliyyatı Qrupunun iclasında təmsil olunub

18-02-2026

Azərbaycanda elektron tərəzilərin vahid monitorinq mərkəzi yaradılıb

05-12-2023

RİNN və AİB arasında anlaşma memorandumu imzalanıb

14-11-2024

Azərbaycanda parklanma mobil tətbiqlə idarə ediləcək

01-08-2023

“AzParking” tətbiqində internetsiz istifadə rejimi aktivləşdirilib

22-07-2025

ETX fərdi məlumatların mühafizəsi sahəsində layihəyə start verib

26-05-2026

Bakıda nəqliyyatla bağlı beynəlxalq elmi konfrans keçirilib

07-12-2023

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Nəqliyyat Forumunun Sammitində iştirak edib

28-05-2019

Ölkə yollarında 31 məntəqə üzrə 51 elektron tərəzi quraşdırılıb

19-07-2024

Rəqəmsallaşma alternativ xəbər mənbələrinin yaranmasına zəmin yaradır

02-05-2025

Şəhərdaxili hərəkət (mobillik) planının icrasına dair hesabat konfrans

22-12-2023

Azərbaycanda nəqliyyat sahəsi üzrə yeni dövlət standartları qəbul edildi

06-08-2024

Bu şəxslər avtomobil idarə edə bilməyəcək

03-01-2019

Ağırçəkili nəqliyyat vasitələrinə icazə “bir pəncərə”dən veriləcək

24-01-2023

Nəqliyyatda mobillik həlli tətbiqi istifadəyə verilib

05-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə