Previous Next
Bağla

Maşınların parklanması ilə bağlı yenilik

12-11-2018 10:21
Maşınların parklanması ilə bağlı yenilik

Bakıda avtomobillərin parklanması ilə bağlı gözlənilən yeniliklər açıqlanıb.

Xeberler.az  bildirir ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli Trend-ə açıqlamasında paytaxtda parklama yerlərində quraşdırılan parkomatlarla bağlı məsələyə toxunub: “Bakının müəyyən yerlərində quraşdırılmış parkomatlar və onun yanında xidmət göstərən şəxslər fərqli qiymətlər tələb edir. Bunlar Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş qiymətlər olmalıdır. Biz hazırda Bakının zona olaraq bölünməsini istəyirik, çünki şəhər mərkəzindəki qiymətlərlə şəhərətrafı qiymətlər eyni ola bilməz. Bununla əlaqədar olaraq işlərimiz yekunlaşmaq üzrədir. Müvafiq hökumət qurumlarına da müraciətlərimiz olacaq. Nəinki küçədə parklamalar, eyni zamanda yeraltı qarajlarda da tariflərin əsaslandırılmış şəkildə tətbiqini düşünürük. Artıq yeraltı parkinqlərlə əlaqədar təklifləri göndərmişik. Yerüstü parklamalara gəldikdə isə, Bakını zonalara ayırmaq şərti ilə ödənişin məbləği müəyyənləşdirilir”.

Onun sözlərinə görə, Bakı Nəqliyyat Agentliyinin (BNA) tətbiq edəcəyi parkinq sistemində məqsəd nağdsız ödənişləri təşviq etməkdir: “Həmçinin vətəndaşlar telefon vasitəsilə avtomobillərinin ölçülərinə uyğun yer sifariş edə biləcəklər. Gələn ildən şəhərin müəyyən girişlərində elektron tablolar quraşdırmaq istəyirik ki, ən yaxın parkinq və boş yerlər barədə məlumatlar orada göstərilsin. Məsələn, elə insanlar var ki, iş yerindən asılı olaraq həftənin 5 günü eyni yerdə parkinqdən istifadə edir. Bunun əvvəlcədən sifarişi, əvvəlcədən ödəniş etmək kimi seçimləri olacaq. Tətbiq edəcəyimiz bütün həll yolları bu günün informasiya-kommunikasiya texnologiyalarına cavab verəcək”.

Paytaxtdakı parklama yerlərinin Bakı Nəqliyyat Agentliyi tərəfindən təhvil alınması işinin ləngiməsi məsələsinə münasibət bildirən qurum rəhbəri qeyd edib ki, bu prosesdə müəyyən texniki məsələlər var: “Hazırda həmin məsələlər araşdırılır. Bu sahəyə dövlət müəyyən investisiya qoyub. Bu investisiya nəticəsində sistemin yenidən qurulmasını düşünürük. Aydınlaşdırırıq ki, burada yeni sistem tətbiq etsək, daha məqsədəuyğun olar, yoxsa mövcud sistemi təkmilləşdirək? Eyni zamanda, müəyyən sənədləşmə işləri var ki, təhvil alınmayıb. Bu işlərin növbəti ay ərzində yekunlaşacağını düşünürük. Məsələ ilə əlaqədar bütün dövlət qurumlarına müraciət etmişik. Ümid edirik ki, qarşıdakı ayda proses yekunlaşacaq”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Vüsal Kərimli dayanma-durmaya görə sərt cəza istəyir

Vüsal Kərimli dayanma-durmaya görə sərt cəza istəyir

07-11-2018
Azərbaycanda ödənişli parklanma yerlərinin idarə edilməsinə başlanılıb

Azərbaycanda ödənişli parklanma yerlərinin idarə edilməsinə başlanılıb

25-07-2023
“BNA rəhbəri səlahiyyətini icra edə bilmir, kim yuxudan tez dursa, bir şlaqbaum qoyur”

“BNA rəhbəri səlahiyyətini icra edə bilmir, kim yuxudan tez dursa, bir şlaqbaum qoyur”

09-04-2021
Ekspert : Ləğv olunmalı qurumlardan biri Bakı Nəqliyyat Agentliyidir

Ekspert : Ləğv olunmalı qurumlardan biri Bakı Nəqliyyat Agentliyidir

21-01-2019
Avtobus İnformasiya terminallarından 200-ü işləmir

Avtobus İnformasiya terminallarından 200-ü işləmir

30-10-2017
Azərbaycanda avtomobillərin parklanması üçün nağd ödəniş qəbul edilməyəcək

Azərbaycanda avtomobillərin parklanması üçün nağd ödəniş qəbul edilməyəcək

06-07-2023
"BNA öz səlahiyyətlərini icra edə bilmədiyini açıqlayır"

"BNA öz səlahiyyətlərini icra edə bilmədiyini açıqlayır"

28-04-2021
Avtomobillərin parkinqi asanlaşacaq

Avtomobillərin parkinqi asanlaşacaq

19-03-2016
Bakı-Sumqayıt qatarında kart sistemi tətbiq olunacaq

Bakı-Sumqayıt qatarında kart sistemi tətbiq olunacaq

17-08-2015
BNA-nın Bakı Şəhər İcra Hakimiyyətinə, NİİM-in isə DİN-ə verilməsi nəyi dəyişəcək?

BNA-nın Bakı Şəhər İcra Hakimiyyətinə, NİİM-in isə DİN-ə verilməsi nəyi dəyişəcək?

08-02-2022
IV İslam Həmrəyliyi Oyunları ilə bağlı bütün məlumatı onlayn izləmək olar

IV İslam Həmrəyliyi Oyunları ilə bağlı bütün məlumatı onlayn izləmək olar

14-04-2017
BNA Prezidentin fərmanını niyə icra etmir?

BNA Prezidentin fərmanını niyə icra etmir?

19-12-2019
130 milyonluq Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi haradadır ?

130 milyonluq Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi haradadır ?

06-04-2019
Bakıda avtobus marşrutlarını və körpülərin yerini kompüter təyin edəcək

Bakıda avtobus marşrutlarını və körpülərin yerini kompüter təyin edəcək

14-11-2010
"Azərkosmos": "Bakı Konqresinə biletlərin qiyməti ilə bağlı məsələyə müdaxilə edə bilmirik"

"Azərkosmos": "Bakı Konqresinə biletlərin qiyməti ilə bağlı məsələyə müdaxilə edə bilmirik"

14-09-2023
Avtovağzalda bir çox xidmətlər təkmilləşdiriləcək

Avtovağzalda bir çox xidmətlər təkmilləşdiriləcək

03-09-2018
Nəqliyyatla bağlı bütün məlumatlar bir saytda

Nəqliyyatla bağlı bütün məlumatlar bir saytda

11-09-2017
Bu gündən nəqliyyat vasitələrinin parklanmasına görə ödənişlərin yığımı nağdsız olacaq

Bu gündən nəqliyyat vasitələrinin parklanmasına görə ödənişlərin yığımı nağdsız olacaq

07-08-2023
Nəqliyyat kartlarını nə vaxt onlayn yükləyə biləcəyik?

Nəqliyyat kartlarını nə vaxt onlayn yükləyə biləcəyik?

18-09-2017
Azərbaycanın ilk mobil parkinq sistemi sərgidə

Azərbaycanın ilk mobil parkinq sistemi sərgidə

25-12-2014
Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejimində çalışır

Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejimində çalışır

04-07-2018
BNA Nəqiyyatın İntellektual İdarəetmə Sistemindən imtina edibmi?

BNA Nəqiyyatın İntellektual İdarəetmə Sistemindən imtina edibmi?

27-03-2019
Bakı Nəqliyyat Agentliyinin mobil əlavəsi hazırlanır

Bakı Nəqliyyat Agentliyinin mobil əlavəsi hazırlanır

26-09-2019
BNA: "BakıKart"ın balansını internet üzərindən artırmaq mümkün olacaq

BNA: "BakıKart"ın balansını internet üzərindən artırmaq mümkün olacaq

25-11-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə