Previous Next
Bağla
REKLAM YERİ

Şəhərdaxili hərəkət (mobillik) planının icrasına dair hesabat konfrans

22-12-2023 19:42
Şəhərdaxili hərəkət (mobillik) planının icrasına dair hesabat konfrans

Azərbaycan Texniki Universitetində (AzTU) yerinə yetirilən “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” məsləhət xidmətinin - layihəsinin hesabat konfransı keçirilib.

Tədbirdə Nazirlər Kabineti Aparatının Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinin müdiri Musa Pənahov, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, AzTU-nun rektoru Vilayət Vəliyev, müxtəlif qurumların nümayəndələri iştirak edib.

Layihə haqqında məlumat verən AzTU-nun rektoru Vilayət Vəliyev  bildirib ki, universitet-sənaye-dövlət tandemində həyata keçirilən ilk layihələrdən olan mobillik planının icrası istiqamətində işlərin görülməsinə 2022-ci ildə başlanılıb. Layihə AzTU-nun Logistika və Nəqliyyat İnstitutunda yerinə yetirilib. 2023-cü ildə ilkin olaraq universitetlə 16 şəhər və rayon (Yevlax şəhər, Şəki şəhər, Göyçay rayon, Ağcabədi rayon, Göygöl rayon, Şəmkir rayon, Naftalan şəhər, Mingəçevir şəhər, Tovuz rayon, Quba rayon, Qusar rayon, Xaçmaz rayon, Lənkəran şəhər, Biləsuvar rayon, Masallı rayon və Şirvan şəhər) icra hakimiyyətləri arasında müqavilə imzalanıb.

Müqavilə Dayanıqlı inkişaf məqsədlərinin ardıcıl həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 7.4.6.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 22 yanvar tarixli 25 nömrəli “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” qərarına uyğun işlərin görülməsini nəzərdə tutur.

Müqavilələrin icrasına uyğun olaraq tələbələrin də iştirakı ilə əhali arasında sorğular keçirilib. Sorğuların nəticəsi əsasında şəhərdaxili hərəkət (mobillik) planı və müvafiq tədbirlər planı hazırlanıb. Planda piyadalar üçün təhlükəli ərazilərdə piyada keçidlərinin salınması, avtobusların hərəkət rejimlərinin təkmilləşdirilməsi, yeni avtobus marşrutlarının yaradılması, parklanma yerlərinin seçilməsi, velosiped yollarının çəkilməsi kimi məsələlər əksini tapıb. Rektor onu da vurğulayıb ki, mobillik planında qeyd olunan məsələlərin sözügedən ərazilərdə tətbiqi nəticəsində nəqliyyatla bağlı neqativ hallar minimuma endiriləcək.

Sonra Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev çıxış edərək sözügedən layihədə universitet-sənaye-dövlət tandeminin iştirakını müsbət dəyərləndiriblər. Qeyd olunub ki, AzTU-nun nəqliyat sahəsində yüksəkixtisaslı kadrlar hazırlayan universitet olaraq bu istiqamətdə həyata keçirilən layihələrə dəstəyi hər zaman hiss olunur.

AzTU-nun Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov görülən işlərin hesabatı ilə bağlı geniş təqdimatla çıxış edib. Bildirib ki, AzTU-nun Logistika və Nəqliyyat İnstitutunda yerinə yetirilən layihə üzrə bölgələrdə əhali arasında sorğuların aparılmasına 100-ə yaxın tələbə (77 bakalavr, 22 magistr) və 15 müəllim cəlb olunub. Bundan başqa, Özbəkistan və Türkiyənin mobilliklə bağlı təcrübəsi öyrənilib.

Daha sonra Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Hafiz Yolçuyev təqdim edilən hesabatla bağlı fikirlərini bölüşüb.  

Tədbir sual-cavab sessiyası ilə davam edib

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AzTU-da 16 şəhərin hərəkət planı hazırlanıb

21-05-2024

AzTU və Almaniyanın Ali Təhsilin Qiymətləndirilməsi və Akkreditasiyası Agentliyi arasında müqavilə imzalanıb

12-12-2023

“Bilişim Vadisi Bakı”ya üzv olan şirkət nümayəndələri ilə görüş keçirilib

15-02-2024

Nəqliyyat sahəsində baş verənlər müzakirə olunub

27-01-2024

AzTU-nun Texnologiya Transfer Ofisinin təqdimatı keçirilib

14-03-2024

Qazi Universitetində “Tədqiqat-Təcrübə Proqramı”nda iştirak edən AzTU-nun heyəti ilə ilkin qiymətləndirmə görüşü keçirilib

07-06-2022

Azərbaycan Texniki Universitetində əmək yarmarkası keçirilib

20-10-2022

AzTU-nun İctimai şurasının növbəti iclası keçirilib

26-11-2021

Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar AzTU-da olub

07-03-2024

AzTU-da yeni tədris mərkəzinin açılışı olub

19-07-2022

AzTU ilə İRİA arasında əməkdaşlıq genişlənir

26-07-2024

Türkiyənin sənaye və texnologiya naziri AzTU-da görülən işlərlə tanış olub

04-04-2023

AzTU və Təhsil Nazirliyi yanında İctimai Şuranın təşkilatçılığı ilə seminar keçirilib

18-02-2021

AzTU ilə Bilişim Vadisi arasında əməkdaşlıq protokolu imzalanıb

28-02-2023

“Təhsildən tərəqqiyə” adlı tədbir keçirilb

17-01-2024

AzTU-da süni intellekt texnologiyalarına həsr olunan görüşü keçirilib

23-11-2023

AzTU-da İstanbul Texniki Universitetinin 250 illik yubileyi qeyd olunub

19-12-2023

AzTU-da universitet-sənaye tərəfdaşlığı çərçivəsində görüş keçirilib

12-06-2024

AzTU ilə “Baykar Texnoloji Azərbaycan” arasında memorandum imzalanıb

11-04-2025

AzTU-da “6-cı CODE Beynəlxalq Bakı 2023” mövzusunda konfrans keçirilib

05-05-2023

AzTU-nun rəqəmsal transformasiya üzrə Məşvərət Şurasının növbəti iclası keçirilib

27-01-2023

Bakıda nəqliyyatla bağlı beynəlxalq elmi konfrans keçirilib

07-12-2023

BŞTİ və AzTU startap layihələrlə bağlı əməkdaşlığa başlayır

27-01-2023

Məşhur aviasiya və kosmik şirkət ölkəmizdə yeni layihəyə başladı

10-11-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə