Azərbaycanda simsiz genişzolaqlı internetin inkişafı “rəqəmsal bərabərsizliyin” aradan qaldırılmasına yardım edə bilər

29-10-2010 / 11:58

Simsiz genişzolaqlı internetin inkişafı “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı”nın (Elektron Azərbaycan)” tərkib hissəsidir. Bu haqda Azərbaycanda simsiz genişzolaqlı internet əsasında elcell brendi altında internet-xidmətləri göstərən Datacell şirkətinin baş direktoru Ramiz Şərifov bəyan edib.

R. Şərifov qeyd etdi ki, simsiz texnologiyalar əsasında infrastrukturun inkişafı informasiya və kommunikasiya texnologiyaları sahəsində ən müasir istiqamətdir.
“Elektron Azərbaycan” Dövlət Proqramında “milli telekommunikasiyaların inkişafı”, “dövlət təşkilatları və özünüidarə orqanlarında İKT-nin tətbiqi və elektron xidmətlərinin inkişafı” kimi istiqamətlər nəzərdə tutulmuşdur. elcell xidmətlərinin əsaslandığı iBurst texnologiyasının istifadəsi zamanı sözügedən istiqamətlər üzrə müsbət nəticələr əldə oluna bilər. Bundan əlavə, simsiz genişzolaqlı internet biznes üçün yeni imkanlar açır.

Biznes aləmində elcell-ə olan böyük tələbat bunun növbəti dəfə təsdiqidir”, deyə Datacell-in baç direktoru qeyd edib.  

Son 5 il ərzində simsiz iBurst texnologiyasının tətbiqi elcell-in əhatə dairəsində “rəqəmsal bərabərsizliyin” aradan qaldırılması məsələsilə məşğul olmağa yardım edir. Hazırda elcell Bakı, Abşeron, Sumqayıt, Xırdalan, Gəncə və Şəkidə internetə simsiz genişzolaqlı girişi təmin edir. İnternetə giriş üçün daha da əlverişli şərtlərin yaradılması məqsədilə elcell-in tarifləri 9 manatadək endirilmişdir; və bu tarif Azərbaycanda və regionun digər ölkələrində simsiz genişzolaqlı internet bazarında təqdim olunan digər təkliflər arasında ən aşağı tarifdir. Bundan əlavə, elcell-in tarifləri Avropada simsiz genişzolaqlı internet sahəsində göstərilən xidmətlərin orta tariflərinə uyğundur ki, bu da Azərbaycanda texnologiyaların inkişafının sübutudur.
“Strateji inkişafın ilkin mərhələsində elcell simsiz genişzolaqlı internetə tələbat olan regionlarda öz əhatə zonasını genişləndirirdi.

Hazırkı mərhələdə biznes-konsepsiyamız “hər yerdə və hər kəs üçün” nəzərdə tutulur. Bu, bizə “rəqəmsal bərabərsizliyin” aradan qaldırılması və ümummilli internet-infrastrukturun inkişafı üzrə aparılan dövlət siyasətinin tərkib hissəsi olmağımıza imkan verir. Artıq elcell işgüzar adamların, tələbələrin, ziyalıların əvəzedilməz yardımçısına çevrilmişdir. Məqsədimiz hamı üçün yeni imkanlar yaratmaq, xidmət keyfiyyətini artırmağa davam etmək və elcell-in əhatə dairəsini genişləndirməkdir”, R. Şərivov qeyd edib

                                                                                                                                 xeberler.az/Ellada


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.