«Elcell» abunəçilərinə İnternet ödənişləri sistemindən istifadə etmək imkanı yaradıb

18-03-2009 / 18:09

Azərbaycanın «Datacell» şirkəti («Elcell» brendi ilə fəaliyyət göstərən İnternet xidməti) «Azericard» Prosessinq Mərkəzi ilə birlikdə xidmətlərin on-line rejimdə ödəniş sistemini tətbiq edib.

Şirkətin baş ofisindən verilən məlumata görə, internet xidmətlərinin ödəmə prosesinin operativ və rahat formada həyata keçirmək imkanı «Elcell»in abunəçilərinə vaxtlarına qənaət etməyə şərait yaradır. Ödənişlər İnternet vasitəsilə növbəsiz və komissiya haqqı ödənilmədən, 24 saat ərzində, istənilən kompüterdən və istənilən yerdən həyata keçirilə bilər.

Ödəmə prosesi «Azericard» Prosessinq Mərkəzi vasitəsilə həyata keçirilir. Ödənişlərin həyata keçirilməsi üçün «Visa» və «Mastercard» beynəlxalq ödəniş sistemlərinin plastik kartları qəbul edilir. Yeni sistem İnternetdə ödəniş kartlarının təhlükəsizliyinə beynəlxalq standartlara uyğun zəmanət verir və «3D Secure» ümumdünya standartlarının tələblərinə cavab verir.
Xatırladaq ki, «Elcell» – «Datacell LLC» şirkətinin 2005-ci ildə yaratdığı brenddir. «Elcell» brendi ilə göstərilən xidmətlər «iBurst» texnologiyası əsasında qurulub. Bu texnologiya İnternetə DSL surəti ilə genişzolaqlı simsiz səyyar qoşulma imkanı verir, VoIP daxil etməklə bütün İnternet standartları və əlavələrinin dəstəklənməsini təmin edir.

«iBurst» texnologiyası şəbəkənin keçirtmə qabiliyyətini 3 dəfə artırmağa imkan verir. Baza stansiyası təqdim olunan mühəndis və texniki həllər hesabına, bir tezlikdə, siqnalın keyfiyyətinə xələl yetirmədən, eyni vaxtda üç müxtəlif istiqamətdən və abunələrdən daxil olan siqnalları ötürmək qabiliyyətinə malikdir. Demək olar ki, bu sistemdə WiMAX texnologiyasının bütün imkanları mövcuddur.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə