Previous Next
Bağla

Azərbaycanda telefonla idarə olunacaq Ağıllı bağ yaradılır

28-03-2019 14:24
Azərbaycanda telefonla idarə olunacaq Ağıllı bağ yaradılır

Azərbaycanda ilk dəfə Qubada müasir texnologiyaların tətbiq olunduğu “Ağıllı bağ” yaradılır. 15 hektar sahədə salınan meyvə bağına cəmi 3 nəfər nəzarət edəcək. Bu bağda aqrotexniki qulluq işləri telefon və ya kompüter vasitəsilə uzaqdan idarə olunacaq.

Xeberler.az  bildirir ki, Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu yeni layihənin icrasına başlayıb. “Ağıllı bağ” layihəsi çərçivəsində salınan meyvə bağının becərilməsi tamamilə avtomatlaşdırılaraq, kompüter idarəetməsi tətbiq olunacaq.

Qarışıq meyvə bağında alma, armud, heyva, şaftalı və gilas olmaqla, ümumilikdə, 23 min meyvə ağacı becəriləcək. Artıq tinglərin əkin prosesinə başlanılıb.

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qurbanov  bildirib ki, bu bağda avtomatlaşdırılmış suvarma və gübrələmə sistemləri quraşdırılacaq. Ən böyük yeniliklərdən biri də odur ki, su mənbəyi üçün qazılan subartezian quyusu günəş panellərindən alınmış elektrik enerjisi ilə çalışacaq. Gələcəkdə bu təcrübədən ölkəmizin çətin relyefli, elektrik enerjisi ilə təminat yerindən uzaq məsafədə yerləşən təsərrüfat sahələrində də yararlanmaq mümkün olacaq.

“Ağıllı bağ”da günəş şüalarına, dolu və şaxtaya qarşı örtük sistemi də yaradılacaq. Bununla da məhsul itkisinin qarşısı alınacaq.

Bu bağların əsas üstünlüyü ondan ibarətdir ki, məhsuldarlıq 25 faiz artacaq. Bağda çalışanların sayı isə minimuma düşəcək. Bağ salındıqdan sonra cəmi 3 nəfər - su mühəndisi, mexanizator və aqronom becərilmə prosesinə nəzarət edəcək.

Daha bir yenilik “ağıllı bağ”da dədə-baba alma sortlarından ən populyarı “Qızıl Əhmədi”nin və institut tərəfindən yaradılan yeni “Sədəf” sortunun superintensiv qaydada yetişdirilməsi sınaqdan keçiriləcək.

“Ağıllı bağ”ın tam formalaşdırılması, becərilmənin avtomatlaşdırılmış idarəetmə sisteminə qoşulması iyun ayının sonuna kimi başa çatdırılacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda ilk dəfə superintensiv texnologiya əsasında fındıq bağları salınır

30-08-2023

Nanotexnologiyaların meyvəçilikdə tətbiqi sahəsində tədqiqatlar aparılacaq

17-02-2023

Bağçalar distant formaya keçirilə bilər? - Açıqlama

30-09-2020

“Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi”nə start verilib

15-04-2025

İki bağçaya elektron qeydiyyat başlayıb

23-02-2024

“Kənd təsərrüfatında süni intellektin tətbiqinə dair” “Bootcamp” keçirilib

07-08-2025

Gələn ay uşaqların bağçalara qəbulu üçün elektron qeydiyyat başlayacaq

05-06-2023

Meyvə yığan robot

27-01-2016

Ağıllı günəş elektrik stansiyası hazırlanıb

29-08-2019

Ekspert məktəbə qəbul üçün olan elektron sistemdən danışdı

09-03-2019

Qarabağ “Ağıllı şəhər”ə və “ağıllı kənd”ə çevriləndə belə olacaq

16-02-2021

“Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” tədbiri keçirilib

16-04-2025

Ağıllı soyuducu istehsal ediləсək

05-09-2016

Ekspert: BŞİH-in bu saytının fəaliyyətinə icazə verilməsin

23-01-2020

Azərbaycanda aqrar təyinatlı bir sıra qurğu və maşınlar ƏDV-dən azad edilib

16-06-2023

Bu gündən Zəngilanın Ağalı kəndinə sakinlərin köçürülməsinə başlanılır

19-07-2022

Bakutel-2019 sərgisində Əşyaların interneti həlləri təqdim olunacaq

02-12-2019

Ağıllı skamyalar

03-10-2017

"Səhvlərə yol verə bilmərik. Hər şey düzgün, şəffaf olmalıdır"

12-08-2022

Bu gün bağçalar üçün elektron növbə sistemi yenidən aktivləşdiriləcək

15-09-2023

Uşaq bağçalarına qəbul elektron qaydada olacaq

24-04-2019

Ağıllı televizor almaq məsləhətdirmi ?

02-02-2016

LG Class təqdim olunacaq

16-09-2015

Nazir: İşçi qrupun fəaliyyəti “Ağıllı şəhər” və “Ağıllı kənd” xidmətlərinə sürətli keçid üçün zəmin yaradacaq

20-04-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə