Alma ilə armudu ayırmaq mövzusunda robotlar da artıq insanlar kimi fəaliyyət göstərəcək.
Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, ABŞ-da Cambridge Consultants adında texnoloji məsləhət şirkətin hazırladığı yeni robotik sistem meyvələri bir-birindən ayırıb, siniflərə bölə bilir.
Qeyd edilir ki, bu qida istehsalı sektorunda köklü dəyişiklik edə bilər.
Meyvə yığan robot meyvələri siniflərə görə ayırd edə bildiyi üçün digər robotlardan “ağıllı” olmağı ilə seçilir.
Əslində bu robotun belə bir əməliyyatı edə bilməsi üçün bitkiləri doğru tanıması, toplama fəaliyyəti üçün əvvəlcə hansı bitkini seçəcəyini qərar verməsi və bitkiyə zərər vermədən daşıması lazımdır.
Bu fəaliyyəti həyata keçirmək üçün Cambridge Consultants-ın robotlarında meyvələrin təzyiqini ölçən sensorlar və vakuum sistemi var.
Robotlar alma kimi spesifik bir meyvə yığma fəaliyyətində öncə meyvələr arasında almanı tanıyır və ən başdakı almanın koordinatlarını müəyyən edir. Sonra bu fəaliyyəti həyata keçirir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri