Previous Next
Bağla

Azərbaycanda yeni viza növü tətbiq ediləcək

09-10-2019 15:01
Azərbaycanda yeni viza növü tətbiq ediləcək

Azərbaycan hökuməti yeni viza növünün - “Start-up VISA”ın tətbiqinə hazırlaşır.

Xeberler.az Report-a isdinadən bildirir ki, artıq bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) və Dövlət Miqrasiya Xidməti (DMX) arasında müzakirələr aparılır.

DMX-nin rəisi Vüsal Hüseynov açıqlamasında xəbəri təsdiq edib: “Bizə müvafiq təklif daxil olub. Burada qanunvericiliklə bağlı bəzi məsələlər var, hazırda üzərində işləyirik".

NRYTN yanında İnnovasiyalar Agentliyinin sədri Tural Kərimli isə bildirib ki, hazırda rəhbərlik etdiyi qurum bu istiqamətdə iş aparır: “Azərbaycanda startapların dəstəklənməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Bunun nəticəsi olaraq bir sıra dövlət müəssisələri, o cümlədən NRYTN yanında İnnovasiyalar Agentliyi publik hüuqui şəxsi yaradılıb. Agentliyin məqsədi yerli sahibkarlıq subyektlərinə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərmək və onların transferini təşkil etmək, innovasiya yönümlü elmi tədqiqatları dəstəkləmək, innovativ layihələri (o cümlədən startapları) təşviq etmək, onları qrant, güzəştli kredit və nizamnamə kapitalına sərmayə (o cümlədən vençur maliyyələşməsi) vasitəsilə maliyyələşdirmək, innovasiya təşəbbüskarlığını təbliğ etməkdir”.

Onun sözlərinə görə, Agentlik makroiqtisadi miqyasda ölkədə yeni iş yerləri açacaq, yeni dəyər və məhsul yaradacaq yerli sahibkarlarla yanaşı əcnəbi sərmayəçiləri də Azərbaycana yatırıma təşviq edib onlarla iş aparır: “Belə ki, xaricdən gələcək yeni istedadların, sahibkarların ölkənin ekosisteminə daxil olmağın sadələşdirilmiş prosesini təmin etmək məqsədi ilə, dövlət sərhədinin buraxılış məntəqələrindən müəyyən olunmuş qaydada keçməklə Azərbaycana gəlməsinə və Azərbaycandan getməsinə, orada göstərilmiş müddət ərzində ölkədə müvəqqəti olmasına hüquq verəcək rəsmi sənəd – "Start-up Visa" – layihəsinin üzərində işlər aparılır. Odur ki, süni intellekt, blokçeyn texnologiyaları, əşyaların interneti, maliyyə texnologiyaları, startaplar və s. bu kimi innovativ sahələrdə bir startapınız varsa və yaxud da buna hazırlaşırsınızsa, Azərbaycanda işinizə davam etmək şansınız yüksəkdir".

Xatırladaq ki, bir sıra ölkələrdə - Latviya, Litva, Estonia, Fransa, Danimarka, Irlandiya, Italiya, Isveç, Niderland, Çilidə bu cür vizalardan istifadə olunmaqdadır. 2014-cü ildə açılmış İtaliyanın “Startap Visa”sına 2019-cu ilin I rübünün sonuna qədər 434 müraciət edilib, onlardan 230 müraciət təsdiqlənib. Estoniyada isə “Start-up Visa” 2017-ci ildən açılıb və ilk 6 ayda artıq 400 belə viza müraciət edilib. Onlardan 113 müəssisənin müraciəti təsdiqlənib. Litvada da “Start-up Visa” 2017-ci ildən açılıb. 2018-ci ildə bu viza üçün 178 xarici şirkət müraciət edib ki, bu da 2017-ci il ilə müqayisədə 41% daha çoxdur. 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bu dövlət qurumları fəaliyyətini dayandırır

29-08-2019

İnnovasiyalar Agentliyinin Nizamnaməsi təsdiqlənib

23-02-2019

Litvada iş qurmaq istəyən startaplar üçün yeni imkan

01-03-2017

Ekspert : Ölkədə innovasiyaların inkişafı üçün yeni mərhələ başlayacaq

07-11-2018

Azərbaycanda yeni qurum yaradıldı

07-11-2018

Blokçeyn texnologiyalarının innovativ sahibkarlıqda tətbiqi mövzusunda seminar keçirilib

13-03-2019

Fransadan İT sahəsində çalışanlar üçün xüsusi viza proqramı

18-01-2017

21 aprel – Ümumdünya Yaradıcılıq və İnnovasiya Günüdür

21-04-2020

ASAN xidmət yerli vətəndaşlara da viza verəcək

15-01-2018

Vençur fondları ilə bağlı dəyişikliklər təklifi hökumətə göndərilib

25-11-2024

İnnovasiyalar və Texnologiyalar Forumu keçirilib

03-06-2019

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin adı dəyişdirilib

12-10-2021

“ASAN Viza” sistemində yeniliklər edilib

07-07-2017

Daha bir ölkə ASAN Viza ala biləcək

01-05-2018

Avqust ayında ASAN Viza-nın verilməsi rekord həddə çatıb

10-09-2019

ASAN Viza-ya ən çox hansı ölkələrdən müraciət olur?

19-06-2017

Bu elektron xidmət dövlət büdcəsinə 4,2 milyard qazandırıb

15-11-2022

Azərbaycanda viza almaq üçün yeni qaydalar qüvvəyə minib

23-06-2015

Startaplar üçün nəzərdə tutan blokçeyn platforması

14-12-2018

ASAN: “COP29 Xüsusi Viza”sını elektron formada almaq olar

31-10-2024

Ekspertlər startup mühitindən niyə narazıdır ?

24-07-2019

E-viza almaq üçün qaydalar təsdiqləndi

03-09-2015

3 saat ərzində e-viza almaq imkanı-Yenilik

30-08-2017

Azərbaycanda “ASAN Viza” sistemi yaradılır-Fərman

01-06-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə